“Filmlərimiz Kann festivalında…….”

 

  Əli İsa Cabbarov: “Orada iştirak qələbə deməkdir

 

Mayın 14-dən 25-dək 67-ci Kann Beynəlxalq Kinofestivalı keçirilir. Kann festivalının əsas müsabiqələrindən olan “Qısa metr” proqramına “Sonuncu”, “Rejissor ikihəftəliyi” poqramına isə “Torn” qisametrajlı filmlərimiz daxil edilib. Bu haqdaÜç nöqtə”yə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib. O, Azərbaycan kinosunun Kann festivalında iştirakını əlamətdar bir hadisə olduğunu bildirdi: “Hər iki filmin yaradıcı heyəti gənclərdir. Bu filmlərdən birininin yaradıcı heyəti rusiyalılar olsa da, baş rolun ifaçısı azərbaycanlı İdris Rüstəmovdur. Rasim Cəfərovun baş rolda oynadığı “Tornfilm isə Azərbaycan məhsuludur. Yalnız rejissorlarından biri türkdür. Rejissor və prodüserlər gənc və müstəqil kinoda işləyənlərdir. Bu filmlərin gənclər tərəfindən və müstəqil rejissorlar tərəfindən çəkilməsi çox əlamətdardır. Bu göstərir ki, müstəqil kino şirkətlərinin çəkdikləri filmlər Azərbaycandan kənara çıxa bilir. Son illərdə çəkilən Azərbaycan filmlərindən ən çox festivallarda iştirak edən, ən çox mükafatlar gətirənlərin əksəriyyəti də özəl kino şirkətlərinin məhsullarıdır. “Butafilm”, “Dərviş prodüser mərkəzi” həmin şirkətlərdəndir. Bu onu göstərir ki, Azərbaycan kinosunda ümumi problemlərə, vəsait çatışmazlığına baxmayaraq filmlər çəkilir və ölkəmizi xaricdə uğurla təmsil edirlər”.

Rejissor onu da dedi ki, filmdə çəkilənlərlə yanaşı istedadlı rejissorlarımızın və prodüserlərimizin də Kann festivalında iştirak etmələri çox yaxşı olardı. Ə. Cabbarovun sözlərinə görə, Azərbaycan kinosunun Kann festivalından mükafatla qayıtmaq şansı azdır: “Kinomuzun Kann festivalına düşdüyüRejissorlar həftəsi” və “Tənqidçilər həftəsi” çox mötəbər müsabiqələrdir. Orada iştirak qələbə deməkdir. Ona görə də mükafat olacaq- olmayacaq tam müzakirə obyekti deyil. Mən həmkarlarımı təbrik edirəm. Bu festival gələcək kinomuz üçün yol açacaq. Azərbaycan kinosunun adı orada katoloqlara düşür. Tanışlıq olacaqlar, əlaqələr qurulacaqlar”.

Qeyd edək ki, “Sonuncu” bədii filminin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey PikalovAleksandr Krasavin, baş rolun ifaçısı isə İdris Rüstəmovdur. “Torn” qisametrajlı filminin rejissorları Elmar İmanovEngin Kundağ, baş rolun ifaçıları Rasim Cəfər və Zülfiyyə Qurbanovadır. Builki festivalda ölkəmizdən dövlət və bir sıra müstəqil kino şirkətlərini təmsil edən 20-dən artıq kinematoqrafçı iştirak edir.

 

Rəqsanə Həsənova

Üç nöqtə.-2014.- 23 may.- S.13.