İstanbulda Azərbaycan Film Festivalı keçirilir

 

                                                                                          Əli İsa Cabbarov: “Film festivalına çox uğurlu filmlər seçilib”

 

Türkiyənin İstanbul şəhərində Azərbaycan Film Festivalı keçirilir. Fevralın 2-dək davam edəcək bu festival Azərbaycan cəmiyyətinin Türkiyənin nüfuzlu vəqflərindən olan Suna Kıraç Fondu tərəfindən yaradılmış Pera Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Festivalda “Arşın mal alan”, “Yarasa”, “Buta”, “Qala”, “İlahi məxluq”, “40-cı qapı”, “Çovkan”, “Çölçü” kimi Azərbaycan filmləri nümayiş olunacaq. Festival haqqında “Üç nöqtə”yə danışan Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, tanınmış rejissor Əli İsa Cabbarov bildirdi ki, festival üçün uğurlu filmlər seçilib: “Mədəniyyət Nazirliyinin bir çox tədbirləri olub. Bir neçə xarici ölkədə film günləri təşkil edilib. Mən hesab edirəm ki, belə filmləri yalnız dəstəkləmək tez-tez təşkil etmək lazımdır. Müsabiqələrdə filmlərin seçilməsi üçün çox diqqətli olmaq lazımdır. Qeyd edim ki, İstanbulda keçirilən festivalda iştirak edən filmlər çox uğurlu filmlərdir. Bu filmlərin seçilməsi Azərbaycan kinosunun uğuru, gələcək zaman üçün inkişafı tanınmasıdır. Mən bu proqramı dəstəkləyirəm inanıram ki, Azərbaycan filmləri üçün atılan yaxşı addımlarından biridir”.

Əli İsa Cabbarov onu da bildirdi ki, müsabiqələrdə iştirak zamanı çəkiliş qrupu da aparmaq lazımdır. Ona görə ki, festivaldakı kinomatoqrafçılarla iştirak edən digər qonaqlarla bir başa əlaqə yaransın: “Festivalda tək film nümayiş olunmur. Həm ki, gələcək filmlərin, birgə əməkdaşlığın bünövrəsi qoyula bilər. Rejissor ssenaristlə, ssenarist rejissorla tanış ola bilər. Rejissor ekran filminə öz aktyorunu tapa bilər. Belə əlaqələr bir mənalı şəkildə uğur gətirə inkişaf edə bilər”.

Rejissorun sözlərinə görə, ekran əsərlərimizin Azərbaycanın hüdudlarından kənarda təbliğinə, tanınmasına çox diqqət, vaxt ayırmaq lazımdır. Belə festivallar Azərbaycan kinosuna böyük təsir edə bilər. Azərbaycanın İstanbulda keçirdiyi bu festival çox müvəffəqiyyətlidir”.

Kinoların seçilməsinə gəlincə, Əli İsa Cabbarov vurğuladı ki, festivallara qısa metrajlı filmlər əlavə etmək olar: “Belə filmlərin iştirakı rəngarənglik yaradar. İstanbuldakı film festivalına çox uğurlu filmlər seçilib. Mən bu proqramı dəstəkləyirəm. Yəqin ki, festival təşkilatçıları bildiriblər ki, tam metrajlı filmlər nümayiş olunsun. Tam metrajlı filmlər nöqteyi-nəzərindən çox uğurlu seçimdir. Həmin filmlər festivalda iştirak edən qonaqlarda Azərbaycan kinosu haqqında müsbət təəssüratlar yaradacaq. Kinolarımız haqqında bütün məlumatları ordan götürə biləcəklər. Azərbaycan filmlərinin bütün aspektləri, janrları haqqında bu kinolarda məlumatlar var”.

Əli İsa Cabbarov sonda qeyd etdi ki, belə festivalların bir sıra Avropa ölkələrində keçirmək lazımdır: “Mən fikir vermişəm ki, italyanlar bizim kinoları çox gözəl başa düşürlər. Avropa ölkələrindən İtalya, Fransa, Almaniya kimi ölkələrə diqqət ayırmaq lazımdır. Bir təbii ki, Orta Asiyadan Qazaxıstan Rusiyada nümayişləri çoxaltmaq lazımdır. O zaman biz ölkələrin kinolarındakı yeniliklərindən xəbərdar olacayıq. Filmlərimizə həm prodüser, həm rejissor, ssenarist , aktyor tapa bilərik”.

 

Aygün Asimqızı

Üç nöqtə .-2014.- 30 yanvar.- S.13.