Səbaildə Zərifə Əliyevaya həsr olunmuş tədbir və konsert keçirilib.

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü paytaxtımızın Səbail rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar tarixlə bağlı  rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif toplantılar təşkil olunur.

 Xatirə tədbirləri çərçivəsində Səbail rayon İcra Hakimiyyəti tərəfindən  Bülbül adına orta-ixtisas musiqi məktəbində  görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş tədbir və məktəbin şagirdlərinin ifasında konsert proqramı təşkil olunmuşdur. Tədbirdə Səbail rayon rəhbərliyi, elm, mədəniyyət, incəsənət xadimləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak ediblər.

Məktəbin akt zalına toplaşan qonaqları salamlayan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqojiictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Zərifə zanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə insan  müalicə olunub.

Geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanmış Zərifə xanım Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillikmüdriklik məktəbidir.

Bildirilib ki, görkəmli alim bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan, fəal ictimai xadim idi. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olub.

Tədbirdə Bülbül adına orta-ixtisas musiqi məktəbinin şagirdləri  məktəbin direktoru, Azərbaycanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə hazırlanmış konsert proqramı ilə qonaqlar qarşısında çıxış ediblər. Çıxışçılar arasında bir sıra beynəlxalq və respublika müsabiqələrinin laureatları, Azərbaycan Respublikası Prezidenti təqaüdçüləri və məktəbin əlaçı şagirlər var idi ki, onların ifasında səslənən Azərbaycan və dünya bəstəkarlarının klassikxalq mahnıları zala toplaşanların alqışları ilə qarşılanıb.

Əlamətdar günlə bağlı rayon İcra Hakimiyyəti tərəfindən məktəbə pianino hədiyyə olunub. Məktəbin direktoru məktəbə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

Üç  nöqtə.- 2015.-28 aprel.- S.- 3