«İlk Avropa Oyunları ilə tarixə düşdük»

Nərgiz Nəsirzadə: “Alim Qasımovun ifasını eşitdikdən sonra həyəcan itirdiöz dünyamıza daxil olurduq

  “Bakı 2015” İlk Avropa Oyunlarının açılışının Leylisi, Dövlət Rəqs Ansamblının rəqassəsi Nərgiz Nəsirzadə “Üç nöqtə”yə seçimlərdə iştirakından və yaşadığı təəssüratlardan danışdı. Rəqqasə qeyd etdi ki, Avropa Oyunlarının açılışına vaxt azaldıqca həyəcan  keçirib.

- İlk Avropa Oyunlarının belə möhtəşəm keçəcəyinə əmin idim. Bizə bu layihə haqqında məlumatı ilk əvvəl kompyuterdə göstərdilər. Çox qürurverici idi ki, milyonlarla insan Azərbayacanı çox gözəl şəkildə görəcək. Əlbəttə ki, Avropa Oyunlarında iştirakım qürurvericisevindirici hal oldu. Leyli obrazına seçilməyim çox gözəl hiss və məsuliyyətli idi. Fəxredicidir ki, biz İlk Avropa Oyunları ilə tarixə düşdük.

 - Nərgiz xanım, Leyli obrazına seçiləcəyinizi gözləyirdinizmi?

- 8 qız  seçilmişdik və işdə kimin seçiləcəyi haqqında danışırdıq. Düşünürdük ki, kimi seçə bilərlər? Xaricilərin hansı kriteriyalara üstünlük verdiyini bilmirdik. İncəsənət işi elə bir sahədir ki, hər bir şey göz qabağındadır. İnanın səmimiyyətimə ki, seçimlər günü qızlara dedim ki, elə bir insan seçilsin, işinin öhdəsindən həqiqətən də gələ bilsin. Onu da deyim ki, o qədər insanların arasından 8 qızın seçilməsi çox qürurverici idi. Düşünürdüm ki, əgər seçilməsəm də, 8 qızın arasında olmaq mənim üçün fəxrdir. Amma bildiriləndə ki, Leyli obrazını canlandıracaqsınız, bu, mənim üçün gözlənilməz oldu.

İlk əvvəl Şəmsi Gülverdiyev zəng etdibildirdi ki, siz Leyli obrazına seçilmisiniz. Həmin vaxt işdə idimçox sevindim, sevincdən gözlərim doldu. Doğrusu, əvvəlcədən obrazımın belə gözəl alınacağını bilmirdim. Çünki o zaman layihə hazır deyildi. Sadəcə bilirdim ki, qısa Leyli obrazı olacaq. Amma Avropa Oyunlarının açılışının kuliminasiya nöqtəsinin Aydəmirlə mənə veriləcəyini bilmirdik.

 - Məşqlərdəki proseslərdən danışmağınızı istərdik. Məşqlər necə keçirdi?

- Məşqlərimiz çox gözəl keçirdi. Biri var ki, sən vacib olduğu üçün işini görəsən,  birivar, bu işi sən görürsən və ondan yorulmursan, həzz alırsan. Belə işi düşünürəm ki, hər bir insan arzulayır. Əlbəttə ki, bizim məşqlərimiz saatlarla davam edirdi. Elə vaxt olurdu ki, evə gecə saat 1-də qayıdırdıq. Buna baxmayaraq heç yorulmurduq. Məşq zamanı deyirdilər ki, istirahət də edin. Biz deyirdik ki, lazım deyil. Çünki işimizin öhdəsindən yaxşı gəlməliyik. Məşqlərdə yorulmurduq, çünki çox maraqlı keçirdi. Yeni şeylər öyrəniridk deyə çox gözəl idi.

 - 8 qızın içərisindən seçildiniz. Bəs onlar sizin Leyli obrazını canlandıracağınızı necə qarşıladılar?

- Çox gözəl qarşıladılar. Məni təbrik etdilər və uğurlar arzuladılar.

 - Siz də Aydəmir bəy kimi Avropa Oyunlarının açılışından sonra tanınmağa başladınız. Bilmək istərdik ki, açılışdan sonra həyatınızda nələr dəyişdi?

- Bizə bu rol həvalə ediləndə nə madiyyat, nə də tanınacağımızı düşünməmişdik. Belə demək mümkündürsə, heç ağlımıza da gəlməyib. Fikirləşməmişik ki, Avropa Oyunlarını milyonlarla insan izləyəcək və tanınanacağıq. Bilirəm ki, Aydəmir də mənim kimi düşünüb. Biz sırf görəcəyimiz işi düşünürdük və gözəl alınması üçün əlimizdən gələni ediridik. Gördüyümüz işdən də həzz alırdıq. Avropa Oyunlarından sonra bu cür tanınmaq və müzakirə nöqtəsinə çevrilməyi gözləmirdim. Əlbəttə, sevindirici haldır ki, insanlar tərəfindən müsbət sözlər eşidirəm. Çox insan məni görürbildirir ki, Avropa Oyunlarının açılışında iştirak edən qız siz idiniz? İnanın ki, sevinclərindən gözləri dolur. Təbii ki, bu hissləri yaşamaq çox gözəldir və sözlə ifadə etmək olmur. İnsanların qəlbinə rolumuzun bu dərəcədə yaxşı yatması çox gözəl hissdir.

 - Dövlət Rəqs Ansamblında işləyirsiniz. Rəqslə neçə yaşınızdan məşğul olmağa başlamısınız?

- Rəqslə uşaqlıqdan məşğul olmağa başlamışam. 2007-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə daxil oldumbundan sonra sırf professional  rəqslə məşğul olmağa başladım. 2012-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblına qəbul oldum. Bakı Xoroeqrafiya Ansamblına daxil olanda məqsədim sırf Dövlət Rəqs Ansamblına işə daxil olmaq idi. Çox şadam ki, sonra bir neçə qızın içərisindən Dövlət Rəqs Ansamblına iki qız seçildik. Bu, mənim birinci arzum idi. Avropa Oyunlarında iştirakım mənim üçün böyük hədiyyə və gözlənilməz oldu. Çünki üç il ərzində belə hal gözləmirdim.

 - Məcnun obrazını canlandıran Aydəmir bəy sizin üçün necə tərəfmüqabili idi?

- Aydəmir bəy çox gözəl insandır. Əlbətə ki, bir qardaş kimi onunla işləmək çox yaxşı idi.

 - Məşqlərdə və açılış zamanı hər hansı bir çətinlik yaşadınızmı?

- Hər hansı bir çətinlik yaşamadıq. Amma sanki vaxt azaldıqca gərginlik, həyəcan çoxalırdı. Avropa Oyunlarının açılışı zamanı səhnədə Alim Qasımovun ifasını eşitdikdən sonra həyəcan itirdiöz dünyamıza daxil olurduq. Aydəmir daşı atdıqdan və məşəl alovlanandan sonra biz bir-birimizə yaxınlaşdıq və necə titrədiyimizi hiss etdik. O an ayıldıq ki, iki ay etdiyimiz məşqlər və zəhmətimiz burada bitdi.

 - Yaradıcılıq planlarınızı bilmək istərdik...

- Hazırda Dövlət Rəqs Ansamblında çalışıram. Hələ ki, hədəfim öz sənətimdə daha da püxtələşməkdir. Rəqs sənəti elədir ki, insan hər zaman öz üzərində işləməlidir. Əlbətə ki, xarici ölkələrdə Azərbaycan mədəniyyətini, rəqsini təmsil etməkdir.

 

- 21 yaşınız var. Avropa Oyunlarının açılışından sonra insanlar sizi çox sevdilər. Evlənmə təklifi aldınızmı?

- Xeyr. Həli ki, belə hal olmayıb. Bilirsiniz, əslində bu cür tanınmağı istəmirdim.

 - Avropa Oyunlarının finalında da sizin çıxışınızı görə biləcəyikmi?

- Bizə tapşırılıb ki, hər şey sirr saxlanılsın. Yalnız onu deyə bilərəm ki, Dövlət Rəqs Ansamblınının çıxışını görəcəksiniz. Amma məni və Aydəmiri görəcəyiniz haqqında cavab verə bilmərəm. Onu da deyim ki, azərbaycanlı olmağıma çox sevinirəm. Avropa Oyunlarında xarici ölkələr Azərbaycanın müdrikliyini, böyüklüyünü, gözəl tarixini gördülər və bu çox qürurvericidir.

Rəqsanə

Üç nöqtə.- 2015.- 25 iyun.-S.- 13