Mehmanxana sahibəsi” Dövlət Gənc Tamaşaçılar Teatrında

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir tamaşanın məşq prosesinə start verilir.  Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən Italyan dramaturqu Karlo QaldonininMehmanxana sahibəsi” əsasında hazırlanacaq eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verəcək. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assisenti Günay Qasımovadır.

Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcəklər. 

nöqtə.- 2015.- 23 noyabr.- S.12