Parisdə Azərbaycan musiqiçilərinin iştirakı ilə konsert keçirilib

Fransanın paytaxtı Paris şəhərində Heydər Əliyev Fondunun təşkilatı dəstəyilə Avropanın ən məşhur konsert salonlarından biri olanElisey Teatrında” (Theatre des Champs Elysees) Azərbaycan və Fransa musiqiçilərinin iştirakı ilə təntənəli konsert keçirilmişdir. Konsert eyni zamanda “İpək və AlovMusiqi Festivalının açılışına həsr olunmuşdur. Gecənin açılışında Azərbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Elçin Əmirbəyov və Musiqi Festivalının bədii rəhbəri tanınmış bəstəkar Pyer Tilua çıxış etmişlər. Rəsmi hissədən sonda Fransanın ən qədim musiqi kollektivi olan – “Lamürö” (Lamoureux) simfonik orkestri beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrınını dirijoru, Prezident mükafatçısı Əyyub Quliyevin rəhbərliyi altında rəngarəng proqramla çıxış etmişdir. Konsertdə Azərbaycanın tanınmış musiqiçiləri Xalq artisti Murad Hüseynov (fortepiano), beynəlxalq müsabiqələr laureatları Səbinə Rakçeyeva (skripka), Nəzrin Rəşidova (skripka), Emil Əfrasiyab (fortepiano), Əməkdar artistlər Elşən Mənsurov (kamança) və Malik Mənsurov (tar) iştirak etmişlər.Lamürösimfonik orkestridirijor Əyyub Quliyevin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Üvertura, Qara QarayevinYeddi gözəl” baletindən Süita, Paul Dyükanın “Sorcerer’s Apprenticefantastik skertso səslənmişdir. İnstrumental əsərlər sırasında

Fikrət Əmirov və Elmira Nəzirovanın fortepianoorkestr üçün “Ərəb mövzularında konserti” (solist Murad Hüseynov), Vaqif Mustafazadənin Fortepianoorkestr üçün konserti (solist Emil Əfrasiyab), Hacı Xanməmmədovun Kamançaorkestr üçün konserti (solistlər Elşən və Malik Mənsurovlar) dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır. Hər bir əsərdən sonra dinləyicilərin alqışları altında ifaçılar əlavə olaraq yeni əsərlər ifa etmişlər. Proqramın sonunda isə tanınmış fransız bəstəkarı Pyer Tiluanın 10-cü Simfoniyası “Exildünya premyerası keçirilmışdir. Əsərin ifasında 100-dən artıq musiqiçi – 4 solist (tar, kamança və 2 skripka), böyük simfonik orkestrElektronik qrupChordsiştirak etmişlər. Əsərin ifasında sonra tamaşaçılar musiqiçiləri və bəstəkar P.Tiluanı dəfələrlə səhnəyə dəvət etmişlər. Qeyd etmək lazımdır ki, “İpək və Alov” beynəlxalq musiqi festivalı Heydər Əliyev Fondunun dəstəyilə sentyabrın 19-dək Fransanın ParisMülyuz şəhərlərində davam edəcəkdir.

Üç nöqtə.- 2015.- 17 sentyabr.- S.- 13