Milli musiqimiz həm bizim milli dəyərimizdir

 

 Milli musiqi sənətimizin inkişaf etdirilməsi azərbaycançılıq fəlsəfəsini tanıtmaq deməkdir

 Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası dünyadakı həmvətənlərimizi birləşdirən, bizi dünyaya tanıdan milli-mənəvi dəyər olmaqla yanaşı, eyni zamanda mədəniyyətimizi, dil, ədəbiyyat tariximizi - ümumilikdə humanitar elmimizi, incəsənətimizi, habelə milli mentalitetimizi özündə ehtiva edir. Göründüyü kimi milli dəyər  azərbaycanları birləşdirən əsas faktorlardan biridir. Ona görə , milli dəyər bir cəmiyyətin, bir millətin mmənəvi dəyər həyat pisixologiyasını özündə cəmləşdirir. Təsadüfi deyil ki, millətin pisxologiyasını, onların yaşam qayəsini öyrənmək üçün tədqiqtçılar elə ilk növbədə həmin millətin milli dəyər  adətlərini araşdırırlar. Milli dəyərlər təkcə bir dövr insanının arzu istəklərindən ibarət deyil. Bu amil həm xalqın düşüncə keçmişini, indisini gələcəyini formalaşdıran bir genofonddur. Milli dəyərlər eyni zamanda  bir xalqın milli mənəvi irsini nəsildən-nəsilə ötürə biləcək əsas faktorlardan biridir. Zaman dəyişdikcə insanların pisixologiyası, onların yaşam dəyərləri müəyyən çərçivədə dəyişilə bilər. Buna əsaslanaraq deyə bilərik ki, əslində milli dəyərlər müəyyən bir sxem halındadır, lakin konservant deyil. Belə ki, nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti dəyişir. «Əslində bu təbii bir prosesdir. Yəni, biz istəsək bu dəyişikliklərin qarşısını ala bilmərik. Yox, əgər biz buna cəht etsək belə, müəyyən bir müddətdən sonra onun məhvinə səbəb olmuş olarıq. Azərbaycan xalqının tarixində  yaşamış olduğu işğallar, islam dininin qəbul edilməsi əslində bütün bunlar milli dəyərlərimizə istər dünyəvi, istərsə dini baxımdan yeni koloritlər gətirmişdir. Bu baxımdan Azərbaycanın milli dəyərləri çox şaxəli olduğu kimi, bəzi hallarda ziddiyyət təşkil edir. Biz bu gün deyə bilmərik ki, milli dəyərlərimiz cəmiyyət tərəfindən tam mahiyyətiylə anlaşılır»,-xalq artisti Zamiq Əliyev deyib.

Onun sözlərinə görə, milli musiqimiz həm bizim milli dəyərimizdi.

Milli musiqi sənətimizin inkişaf etdirilməsi, muğamımızın təbliği dünyaya sirab olunması da nəticə etibarilə azərbaycançılıq fəlsəfəsini, milli zənginliyimizi tanıtmaq deməkdir. 1920-ci il çevrilişindən əvvəlki dövrdə muğam ifaçılığı Azərbaycanda çox yüksək bir zirvədə durub. Muğama çox böyük hörmət var idi. Hətta o dövrün sənətkarları sənətsevərləri muğama təkcə musiqi kimi yox, ona bir elm kimi yanaşırdılar. Yaşlı musiqiçilərin dediklərinə görə o vaxtlar musiqi məclislərində ifaçı əgər dəstgahda bir şö¬bə¬ni ya guşəni düz oxumurdu, ya heç oxumurdusa, ya da artıq boğaz gəzişmələr edir¬disə, həmin ifaçıya irad tutulurdu. Həmin ifaçı bir daha bu məclisdə oxumaqdan məh¬rum edilirdi. Klassik muğamların əksəriyyəti əsasən demək olar ki, Bakı məclis¬lə¬rində oxunardı. Tarixi mərhələlərdə belə məclislərdə Seyid Əzim Şirvani, Nəriman Nərimanov bir çox tarixi şəxsiyyətlər iştirak ediblər.

Muğamın özünə görə forma quruluşu vardır. Onu pozmağa heç kimə icazə veril¬mirdi. Ən kiçik muğam beş şöbədən guşədən, ən böyüyü isə əlli şöbə guşədən ibarət olurdu. Əsl sənətkarlar muğamşünaslar demək olar ki, hər bir dəstgahı, muğamı nöqtə vergülünə qədər tamam-kamal bilirdilər.

Muğam tək o deyil ki, biri çaldı, digəri oxudu, o birisi qulaq asdı. Muğamda məntiq var. Hər ifaçının da məqsədi o olmalıdır ki, bu məntiqi dinləyiciyə çatdırsın. İfaçı o zaman sənətkar, ustad olur ki, dinləyici onun ifasındakı məntiqi anlayır, onu qəbul edir. Həmin bu məntiq muğamın əsas qanunudur. Çox maraqlıdır ki, Azərbaycan ifaçıları osmanlı ya fars boğazlarını ifa edə bilir, lakin onların heç biri Azərbaycan muğam boğazları oxuya bilmirlər. Ancaq onu da qeyd etmək lazımdır ki, muğam ifası ilə yanaşı mu¬ğam elmi müasirləşir. Muğam əsrin əvvəlindəki formadan uzaqlaşır. Muğamın müa-sirləşməsi heç pis proses deyil, bu həyatın tələbidir. Amma hər şeyin ölçüsü, qa¬nun qaydası olmalıdır. Muğamda yabançı xallar, barmaqlar, boğazlar, zəngulələr calaq edilir. Musiqi alətlərində texniki ifaya böyük üstünlüklər verilir. Əlbətdə bütün bunlar muğamın öz ana kökündən qismən uzaqlaşmasına sanki zəmin yaradır. Çalışmalıyıq ki, mu¬ğam bağının alaqlarını aradan qaldırıb, təmizləyib, babalarımızdan, əcdadlarımızdan bi¬zə tarixi, mənəvi miras qalan ətirli muğam dünyasını gələcək nəsillərə olduğu kimi çatdıraq.

Ümumiyyətlə,  Şərq fəlsəfəsinin, şərq xalqlarının dünyagörüşünün ifadəçisi olan muğam əsrlərdən bəri cilalanaraq bu günə gəlib çatıb. Dövrümüzün ən böyük nailiyyəti mu¬ğa¬mın YUNESKO tərəfindən bəşəriyyətin ən möhtəşəm sənət abidələri siyahısına daxil edil¬məsidir. Dövlət səviyyəsində muğamla bağlı hər bir layihənin həyata keçirilməsi bu sənətin bütün dünya miqyasında təbliğində yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən muğamla, onun ifaçılığı ilə bağlı hər bir məlumat böyük aktuallıq kəsb edir. Muğamın yaşarlılığında ifaçılara dəstək olan milli adətlərimiz, xüsusilə tar alətinin əvəzedilməz rolu var. Muğamın təbliğində  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü rəhbərliyi ilə həyata keçirilən layihələrin, tədbirlərin rolu əvəzolunmazdır. Azərbaycan musiqisinin böyük sahəsi olan muğam elə bir musiqidir ki, milliyyətindən asılı olmayaraq heç bir xalq bizim muğamımızı özününküləşdirə bilməyib qədər çalışsalar, buna nail olmayacaqlar.

Qeyd edək ki,  XIX əsrin I yarısından başlayaraq Azərbaycanda muğam sənəti geniş vüsət aldı. Qarabağda Azərbaycan muğamı elə inkişaf etdi ki, ustadlarımızın ifa sənətinə Tiflisdə, Kiyevdə, İstanbulda, Varşavada, Berlində, Daşkənddə də rast gəlinərdi. Böyük sənətkarlarımız Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Cəmil Əmirov, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski muğamın inkişafında əvəzsiz xidmətləri vardı. Eləcə də Ağcabədidə Mütəllim Mütəllimovun, Zülfi Adıgözəlovun, Yaqub Məmmədovun, Ağdamda Bakir Həşimovun, Mürşid Məmmədovun, Sara Qədimovanın Şahmalı Kürdoğlunun, İldırım Həsənovun, Əbülfət Əliyevin və digərlərinin xidmətini unutmaq olmaz.  Onların ifaçılıq sənəti Arif Babayevin yaradıcılığına və onun muğam sənətinin zirvələrini mənimsəməsinə güclü təsir edib. Arif Babayev XIX və XX əsr muğam ustadlarının içdikləri bulaqların hamısından muğam suyu içib. Xan Şuşinski adına Ağdam Musiqi Texnikumunun muğam ustadlarından sənətin sirlərini öyrənib.

 Arif Babayev muğam elminə təzə yollar, təzə keçidlər, həm həzin, pəs, həm də Zarıslı qaymağı kimi şaqraq zil səs verib. Hansı muğam olursa-olsun, o, Şuşa dolaylarını rahat qalxan sürücülər kimi, ürəyə məlhəm olan gedişlər edərək, dinləyicilərin ürəyincə oxuyur. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Əbülfət Əliyevdən sonra ən güclüşirin Məcnun ifaçısı məhz Arif Babayev olub. Sənətkarın yaraşıqlı zahiri görkəmi, qədd-qaməti daxili paklığı ilə təsdiqlənir. Böyük rus yazıçısı A.P.Çexov yazırdı ki, insanın həm xarici aləmi, həm də daxili aləmi gözəl olmalıdır. Bunların hər ikisi Arif Babayevdə cəmlənmişdir. «Arif Babayev etika və mənəviyyat baxımından zirvələrdə duran böyük el sənətkarıdır. O, ulu öndərin milli ideya olaraq irəli sürdüyü azərbaycançılığa tam uyğun bir şəxsiyyət, böyük vətəndaşdır. Arif Babayevin anadan olduğu torpaq, doğma Sarıcalı kəndi mədəniyyətimizə, sənət tariximizə mühüm töhfələr verib»,-dosent Yusif Ağayev deyib.

Arif Babayev böyük müəllimdir. «Onun yetirmələri arasında xalq artistləri Aygün Bayramova və Nəzakət Teymurovanı xüsusilə qeyd etmək istərdim. Son illər respublika muğam müsabiqələrində gənc ifaçıların meydana çıxmasında onun böyük əməyi, zəhməti var. Onun ustadlığı sayəsində Azərbaycan muğamında Təyyar, Güllü, Babək, Etibar, Mirələm, Səbinə, Mustafa kimi yeni adlar, ifaçılar kəşf olundu»,-Yusif Ağayev deyib.

Üç nöqtə.- 2016.- 23 aprel.- S. 5