Gənc Tamaşaçılar Teatrının aktyoru dünyaşöhrətli rejissorun yubileyində iştirak edib

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq Artisti Tariyel Qasımov Özbəkistan Dövlət Mükafatı laureatı, SSR Xalq Artisti, kinorejissor Şöhrət Abbasovun 85 illik yubiley mərasimində iştirak edib.

Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, aktyorumuz yanvar ayının 18-də Moskva şəhərində Mərkəzi Kino evinin böyük zalında baş tutmuş yubiley mərasimində xüsusi qonaq qismində iştirak edib. Kinorejissorun özbək şairi Niyazi Həmzəyə həsr etdiyi 17 seriyalı “Odlu yollarlatarixi televiziya filmində çəkilən Tariyel Qasımov çıxışında film haqqında təəssüratlarını bölüşərək kinorejissora yeni yaşında daha böyük yaradıcılıq uğurları arzu edib.

Mərasimdə yubilyarın dostları, teatrkino aktyorları, RF-in Xalq Artistləri İ.Kobzon, A.Konçalovski, V.Talızina, Q.Volçek, L.Prıqunov, Ş.İrqaşev, A.Xamrayev, İ.İşmuhammedova, Əməkdar Artistlər N.Varley, N.Arinbasarova, müğənni Aziza, N.Nurmuhammedova, Üç-kuduk musiqi qrupu və başqaları çıxışlar ediblər.

Məlumat üçün bildirək ki, yubiley mərasimi Rusiya Federasiyası Kinomatoqrafçılar İttifaqı, Kinomatoqrafçılar İttifaqının kino aktyorları gildiyası, İttifaqın Beynəlxalq şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Üç nöqtə.- 2016.- 22 yanvar.- S. 5