Diaspora Azərbaycan mədəniyyətinin təbliğində rol oynayır

 

Bu, Azərbaycan xörəklərini, musiqisini özününküləşdirməyə cəhdin qarşısının alınması üçün yaxşı vasitədir

Azərbaycan diasporasının fəaliyyət istiqamətlərindən biri Azərbaycan mədəniyyətinin təbliğıdir. Bu istiqamətdə dünyanın müxtəlif ölkələrində bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri Gürcüstanın paytaxtı Tbilisidə keçirilib. İyunun 28-də Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Xalça Festivalının açılışı olub. Festival çərçivəsində ilk tədbir Tbilisi Xalq Tətbiqi Sənəti Muzeyində keçirilib. Daspora.az xəbər verir ki, Azərbaycan Dövlət Xalça Muzeyinin dəstəyi ilə Azərbaycan xalçaları da festivalda nümayiş olunub. Bildirilir ki, Azərbaycan xalçalarının təbliğində bu ölkədə yaşayan Azərbaycan diaspora təşkilatlarının da böyük rolu olub. Azərbaycanlıların Mədəniyyət Mərkəzi fəalığı ilə seçilib. Gütcüstanda Azərbaycan dilində çıxan qəzetlərdə tədbir barədə geniş məqalələr dərc olunub, yerli radioda məlumatlar verilib. Beynəlxalq Xalça Festivalının iki ölkə arasında mədəniyyət əlaqələrinin inkişafında rolundan danışılıb. Gürcüstandakı Azərbaycan diaspora təşkilatlarının məlumatına görə tədbiri Tibilisi Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İrina Koşoridze açıb. O, çıxışında festivalın əhəmiyyətindən danışıb, bu cür tədbirlərin mədəniyyətin inkişafında, mədəni əlaqələrin daha da genişlənməsində mühüm rol oynadığını bildirib.

 Azərbaycan Dövlət Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Komitəsinin sədri Şirin Məlikova festival çərçivəsində Azərbaycan xalçalarının da nümayiş olunduğunu xarici qonaqların incəsənət nümunələrinə maraq göstərdiyini bildirib.  Gürcüstandakı Azərbaycan dilində çıxan mətbuat orqanları xəbər verib ki,  Azərbaycan Dövlət Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Komitəsinin sədri Şirin Məlikova jurnalistlərə müsahibəsində deyib ki, Xalça Muzeyi bu festivalda 24 xalça nümunəsi ilə iştirak edir. O deyib: “Eksponatların hamısı Azərbaycanın müxtəlif bölgələrini XIX əsrin sonu XX əsrin əvvələrini əhatə edir. Azərbaycan pavilyonuna ziyarətçilər arasında böyük maraq var”.

Ş. Məlikova qeyd edib ki, Azərbaycan xalçaları zəngin xalça sənəti ölkənin ən böyük sərvətidir. “Azərbaycanın xalçaçılıq sənəti dünyada özünün müxtəlif kompozisiya ornamentləri ilə fərqlənir onlar Azərbaycanın tarixi fəlsəfəsi ilə sıx bağlıdır”, – deyə o əlavə edib.

Azərbaycanlıların Mədəniyyət Mərkəzi nəzdində çıxan qəzetlərin məlumatında bildirilir ki. Tbilisi Xalq Tətbiqi Sənəti Muzeyinin direktor müavini Nino Kepşidze, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva çıxış edərək Beynəlxalq Xalça Festivalının əhəmiyyətindən danışıblar. Leyla Əliyeva bildirib ki, keçən il Gürcüstanda təşkil olunan festivalda muzeyin əməkdaşları fəal iştirak ediblər. Axaltsixedəki Rabat qalasında təşkil olunan festivalda biz, təkcə Azərbaycanda toxunan xalçaları deyil, həm Gürcüstanda yaşayan azərbaycanlıların, eyni zamanda, muzeyin nəzdində fəaliyyət göstərən xalça dərnəyinin üzvlərinin toxuduqları 55 xalça nümunəsi nümayiş etdirmişdik. Bu festivalda Qarabağ, Naxçıvan, Borçalı, Qazax, Qaraçöp digər bölgələrdən olan ustaların toxuduğu xalça nümunələrini nümayiş etdirdik.  Onun sözlərinə görə, Borçalı xalçalarının təbliğində fəaliyyətimizi genləndirmişik. "Bu gün bizim xalçalar dünyanın ən müxtəlif muzeylərində saxlanılır. Onların təbliği bizim əsas fəaliyyət sahəmizdir. Bu istiqamətdə işlərimiz uğurludur".

Festival çərçivəsində Türkiyədən gələn xalça ustası Dəniz Coşqun ustad dərsi keçib. Festivalda ustad dərsləri ilə yanaşı, xalçaların, ornamentlərin hazırlanması texnikası, boyama, dizayn digər müxtəlif maarifləndirici proqramlar da təşkil olunub. Xalça festivalı iyunun 30-dan iyulun 2-dək Axaltsixedəki Rabat qalasında davam edib.

Qeyd edim ki, bundan əvvəl Azərbaycan xalçaları Gürcüstanda  sərgilənib. Tibilisidə Ş.Amiranaşvili adına Milli Muzeydə Azərbaycan mədəni irsini əks etdirən əldə toxunan Azərbaycan xalçaçılıq məktəbinin Borçalı qolunun nümunələrindən, saxsı, mis, xalq çalğı alətlərinin sərgisi açılıb. Sərgi ARDNŞ-in Gürcüstan nümayəndəliyi, Gürcüstan Mədəniyyət Abidələrin Mühafizəsi Nazirliyi Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə «Azərbaycan mədəniyyətinin təbliği» adlı layihə çərçivəsində təşkil olunub. M.F.Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva bildirib ki, Gürcüstanda Azərbaycan xalçaçılıq məktəbinin, eyni zamanda milli-musiqi alətlərinin düzəldilməsi, mis saxsı qabların hazırlanmasının inkişaf etdiyini bildirib: «Məqsədimiz Azərbaycanın mədəni irsini, mədəniyyətini Gürcüstanda təbliğ etməkdir».

Tədbirdə Gürcüstanda yaşayan müxtəlif xalqların nümayəndələri, çoxsaylı qonaqlar, Tiflis onun ətraf rayonlarından gələn azərbaycanlılar, gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sərgidə 50-dək nadir Borçalı xalçaları, tar, kaman, saz digər alətlər, mis saxsı nümunələri nümayiş olunub.  Onu da qeyd edim ki, Qazax-Borçalı xalçalarına həmişə böyük maraq olub. " Orta məktəbdə oxuyarkən bir hadisə bu günə kimi yaddaşımın bir küncündə ilişib qalıb. Hər il kəndimizə köhnə xalça, gümüş xəncər, kəmər s. alan səyyar alıcılar gəlirdi. Bir dəfə qonşumuz İsa Həbibovun evindəki taxtın üstündəki nimdaş xalça onlardan birinin marağına səbəb oldu. Həyəcanlı olduğu diqqət çəkirdi, sanki ilk dəfə idi ki, xalça görürdü. Alıcı bəzi yerləri sökülmüş o qədər böyük olmayan nimdaş xalçanı təzə fabrik istehsalı olan xalça ilə dəyişməyi təklif etdi. Amma rədd cavabı aldı. Bundan sonra təkliflər bir-birini əvəz etdi. Sonunda tərəflər iki təzə xalça ilə nimdaş xalçanı dəyişməyə razılaşdılar. Əslində dəyişdirilən maddi dəyəri olan Qazaqx-Borçalı xalçası idi. Uşaq ağlımla bunu dərk edə bilmirdim. Amma alıcı iki fabrik xalçasını ilə dəyişdirdiyini çox yaxşı bilirdi".

Bu gün dünyanın müxtəlif hərraclarında kifayət qədər yüksək qiymətə Azərbaycan xalçaları satılır. Onlardan biri "Qaraçöpxalçalarıdır. Məsələn, 2011-ci il martın 22-də almaniyalı kolleksiyaçı tərəfindən "Nagelhərracına  çıxarılan 1.63x2.18 ölçülü "Qaraçöpxalçası (XIX əsr) 56.650 ABŞ dollarına satılıb. O, yerli jurnalistlərə bildirib ki, 18-ci yüzildə Borçalıda toxunmuş sənət örnəklərimizdən biri Budapeşt dekorativ inçəsənət muzeyində göstərilənÇobankərəxalısıdır. "İfadə lakonikliyiylə diqqəti çəkən bu xalıda quyrum xətlərlə nəbati rəsmlərlə çəmənlik, su, qoyun sürüsü, qoşa tazı təsvirləri var. Gəncədəki Şah Abbas məscidinin divarını bəzəyənQaraçöpçeşnili xalı da 18-ci yüzilə aiddir. Bu xalı yaşıl yelən, quyrum motivlər, qoçbuynuzu quyrumlar, gəzmə xətlərlə zəngin quruluş naxış koloriti oluşdurur". Leyla Əliyeva bildirib ki, xalçalarımızın təbliğində diaspora təşkilatları önəmli rol oynamalıdır.

Gürcüstanın Azərbaycanlı Tələbələr Assosiasiyası (GATA) isəGürcüstanda Azərbaycan mədəniyyətinin populyarlaşdırılmasıproqramı çərçivəsində Tbilisi şəhərindəki Riğe istirahət parkında keçirdiyi tədbirlər mədəniyyətimizin təbliğində rol oynayır. Burada hər il maraqlı konsert proqramı ilə müşayiət olunan tədbirlərdə Azərbaycan mətbəxinin nümunələri nümayiş etdirilir. Qonaqlar azərbaycanlı tələbələrin hazırladıqları milli xörəklərimizdən dadırlar. Ümumiyyətlə, xarici turistlər ən çox Riğeyə gəlirlər. Həm onları, həm Tbilisidə yaşayan müxtəlif millətlərin nümayəndələrini milli musiqimiz mətbəximizlə daha yaxından tanış etmək məqsədilə belə bir mədəni tədbir keçirilir. Qonaqlar tar, saz, kamança başqa musiqi alətlərimizdə ifaları dinləyir, tələbələrin ifasında mahnılara qulaq asır, rəqslərimizə tamaşa edirlər. Burada iştirakçılara Azərbaycan xörəkləri, musiqi alətləri barədə məlumatlar verilir, bukletlər paylanılır. Bu, Azərbaycan xörəklərini, musiqisini özününküləşdirməyə cəhdin qarşısının alınması üçün yaxşı vasitədir.

Üç nöqtə.- 2017.- 21 iyul.- S.5.