Tolerantlıq çoxmədənilik, fərqli mədəniyyətlərin birgə yaşamasıdır

Bu etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması deməkdir

 Tolerantlıq, multikulturalizm çoxmədənilik, fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycan bu məsələdə hər zaman nümunəvi ölkə olub. 2016-cı ilinMultikulturalizm ilielan edilməsi, bütövlükdə, xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə göstərilməsidir. Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qəbul etdiyi sənəddə deyilir ki, “...tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıbdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilibdir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki  ölkəmizdə mədəni müxtəlifliyin qorunub daha da inkişafına yönəlmiş multikulturalizm ideologiyasını ən yüksək səviyyədə önəm verilməsi insanlara verilən dəyərdir. Onun sözlərinə görə. ümummilli Lider Heydər Əliyev də multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasının demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. "Müdrik dövlət xadiminin rəhbərliyi ilə demokratik inkişaf yolu seçmiş Azərbaycan Respublikası Heydər Əliyevin qeyd etdiyi kimi dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik olmalarını təmin etdi. Buna uyğun olaraq Konstitusiyda yeni bəndləri üzə çıxdı. Prezident İlham Əliyev dediyi kimi, “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.

Göründüyü kimi, hər bir ölkə özünün enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi tolerant, multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunmasından ibarətdir. Ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər yönəlməsi mexanizminin qurulması, ölkədəki milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, burada yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirİ Kamal Abdullayev bildirib ki, Azərbaycan müstəqilliyinin ilk dövründə Prezident Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirib. Bu müstəvi siyasət müstəvisi idi. Beləliklə, “Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidirtezisini irəli sürmək mümkündür: “Ümummilli lider Heydər Əliyev haqlı olaraq tolerantlığı, multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası onun qeyd etdiyi kimi “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etdi. Onun sözlərinə görə, XXI əsrin əvvəllərində bir sıra Qərb ölkələrinin obyektiv və subyektiv səbəblər üzündən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində ciddi problemlərlə üzləşdikləri, bunun nəticəsi olaraq bəzi ölkələrin (Almaniya, Fransa, Böyük Britaniya) başçılarının multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olmasını əsas gətirərək bu siyasətin iflasa uğradığını rəsmi bəyan etdikləri bir məqamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirməsi milli birliyə, milli və dini müxtəlifliyin birgə, mehriban yaşayışına böyük dəyər verdiyini ortaya qoyur.

Multikultural təhlükəsizliyin əsas prinsiplərindən bəhs edən dövlət müşaviri bildirib ki, ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaq, ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə isə Azərbaycanı “bütün səmavi dinlərin qovuşduğu” məkan kimi dəyərləndirib. QMİ sədri  qeyd edib ki, Azərbaycanda dini icmalar arasında milli, dini ayrı-seçkiliyə yol verilmədiyini, bütün icmaların əmin-amanlıq içində fəaliyyət göstərirlər. A.Paşazadə dini konfessiya rəhbərləri arasında səmimi qardaşlıq və səmərəli əməkdaşlıq olduğunu  deyib.“Ölkəmizdəki islam, pravoslav, yəhudi, katolik icması rəhbərləri hər zaman olduğu kimi, bu gün də bir yerdədir. Bunlar tolerant. multikulturalizm ideyalarına sadiq Azərbaycanın mövcud dini-mənəvi reallığıdır. Müasir dövrün kəskin reallıqlarını izlərkən bu qənaətə gəlmək olar ki, milli və dini zəmində baş verən münaqişələrə qarşı biz ənənəvi dinlərin sülh, ədalət və mənəviyyat prinsiplərindən geniş istifadə edə bilərik. Bəşər ailəsinin üzvləri kimi bizləri  birləşdirən, bağlayan dəyərlər, bizi fərqləndirən və ayıran amillərdən qat-qat möhkəm, dərin və mühümdür”, deyə QMİ sədri ölkədəki dini mühitə dəyər verib.

A.Paşazadənin fkirincə, müasir dövrdə bəşəriyyəti narahat edən probemlərin əksəriyyəti daha çox mənəvi mahiyyət daşıyır.Bəzən belə münasibət dinlərarası münasibətlərə gərginlik gətirir, terror əməllərinə dini ideologiya donu geyindirilməsi ikrah doğurur”, - deyəA.Paşazadə terror aktlarını dinlə eyniləşdirməyin əleyhinə çıxıb. QMİ sədri ad çəkmədən bəzi ölkələrdə islam dini haqqında yanlış təsəvvürlər yaradılmasına,  hətta islamla terrorun eyniləşdirilməsi cəhdləri olmasına diqqət çəkib. Bütün bu cəhdləri əsassız sayan A.Paşazadə kin, nifrət, zorakılıq və təcavüzün islamın hökmlərinə zidd olduğunu xatırladıb.

Qarabağ münaqişəsinin 20 ildən artıq davam etdiyini deyən QMİ sədri Azərbaycanın Ermnənistan tərəfdən etnik və milli zəmində təmizlənməyə məruz qaldığını söyləyib. Ermənilərin işğal etdikləri ərazilərdə müsəlman, yəhudi və xristian dini abidələrinin dağıdıldığına diqqət çəkilib. Onun firkincə, belə münasibət dinlərarası qarşıdurma təhlküəsinə yol aça bilər.

O, dünyada sülhün, əmin-amanlığın, cəmiyyətlərdə sağlam mənəvi-əxlaqi mühitin bərqərar olması, dini-mənəvi dəyərlərin qorunması üçün din xadimlərinin səylərinin birləşdirilməsini vacib sayıb. “Bəşərin qlobal bəlalardan xilası insanlığın rifahı naminə birlik və tolerantlığın qorunub saxlanmasında, fəal təşviq olunmasındadır”, - deyə A.Paşazadə bildirib.

Üç nöqtə.- 2017.- 8 mart.- S.5