Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənib

Ölkəmizdə yaşayan insanlar sülh və əmin-amanlıq şəraitində yaşayır

 

Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr veribdir. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən islam dini ilə yanaşı, xristianlıq, yəhudilik dininə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar.

Azərbaycan müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynayıbdır. "Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulubdur. Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir",- Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yazır. Onun sözlərinə görə, vətəndaşlarının böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. 1920-ci ildə bağlanan Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilibdir. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu veribdir.  Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında ümummilli lider Heydər Əliyevin mühüm rol oynadığını vurğulayan Moskva və Ümumrusiya patriarxı II Aleksi Azərbaycanın bu sahədə nümunə olması ilə bağlı öz fikirlərini şərh edərək deyibdir: “Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapibdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır”.

 Göründüyü kimi Moskva və Ümumrusiya patriarxı II Aleksi də Azərbaycanda tolerantlığı yüksək qiymətləndirir. Bu onu göstərir ki, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi müasir dövrün ən aktual problemlərindən biri olub ölkədə sabitliyin başlıca  göstəricisidir. Bütün bunları özündə ehtiva edən multikulturalizm - mədəniyyətlərin və sivilizasiyalararası dialoqun tərəfidir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəlibdir. Multikulturalizm, ilk növbədə tolerantlığın təcəssümüdür. Onsuz insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir. Azərbaycan dünyada öz mədəniyyəti, tarixi, adət-ənənələri ilə fəxr etməyə layiq az sayda dövlətlərdən biridir.

Qeyd edək ki, tolerantlığın dövlət strategiyası olaraq əsasını ümummilli lider Heydər Əliyev qoyub, bu zəngin ənənə hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xatarladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ilielan olunubdur. Sərəncama müvafiq olaraq ölkəmizdə önəmli tədbirlər həyata keçirilib. Bu gün Azərbaycanda milli birliyin mövcudluğunda bu siyasət önəmli rol oynayır.Ölkəmizin multikultural cəhətdən zəngin Quba, Qusar, Xaçmaz, Nabran kimi bölgələrində yəhudi, ləzgi, qırız, xınalıq, buduq, hapıt və başqadillərdə danışan xalqlarda intişar tapan azərbaycançılıq ideyalarının şahidi olurlar. Bu xalqların gənclərinin Qarabağ döyüşlərində fədakarlıqla vuruşub, şəhid olmaları əsl tolerantlıq nümunələri kimi qarşılanır. Eyni zamanda, Qubada aşkar edilən məzarlığı görənlər onu törədənlərin insanlıq simasını itirdiklərinin şahidi olur. Xarici turistlərin Azərbaycanda mövcud olan milli-etnik birliyə, onlar arasındakı doğma münasibətlərə heyran qalmaları bu baxımdan təbiidir. Təcrübə təsdiq edir ki, multikulturalizm informasiya və qlobal cəmiyyətin formalaşmasına, xalqların tarixi məsuliyyətinin artmasına, siyasətə və idarəçiliyə, sülhə və beynəlxalq münasibətlərə, mədəniyyətlərin təkamülünə böyük təsir göstərir. Avropa, ümumiyyətlə, Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina ediblər. Halbuki Azərbaycanda multikulturalizm dövlət siyasəti səviyyəsinə qaldırılıbdır. Tarixi keçmişini unutmayan xalqımız aqil babalarımızın yolu ilə gedərək, necə deyərlər, multikulturalizmə sahib çıxıblar. Artıq sübut olunubdur ki, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf yolu tuta bilməzlər. Tarix üzrə fəlsəfə doktoru Elmira Qasımova yazır: "Bunun sübutlarından biri də odur ki, Azərbaycanda milli mədəniyyətə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər". Multikulturalizmdən imtina etmək qarşıdurmaya, fobiyaya, milli və dini münaqişələrə şərait yaratmaq deməkdir. “Multikulturalizm başqa dinin, millətin nümayəndəsinə insani münasibət deməkdir” (K.Abdulla). Azərbaycan multikulturalfemi haqqında danışanlar ona da əsaslanırlar ki, ölkəmizdə tolerantlıq dəyərinə verilən qiymət onun nəticəsidir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycanda tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrinin yenidən bərpası zəruri olubdur. Ümummilli lider buna hər zaman ölkəmizin demokratik inkişafının ayrılmaz tərkib hissəsi kimi baxıbdır. Azərbaycan tolerantlığı xalqı¬mızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi-siyasi qaynaqlara əsaslanıbdır. İstər tarixi mənbələr, istərsə ədəbi-bədii abidələrdə yaşayan bu qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini adekvat göstərən etibarlı mənbədir. Bu giin xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb bizə miras qalan dəyərlərdir. Bəşəriyyətə xas olan bir fikir, dü¬şüncə forması kimi Azərbaycan multikulturalizmi öz məəyini dünyanın ən qədim düşüncə abidəsi olan türk mifindən Zərdüştün “Avesta” abidəsindən, “Kitabi-Dədə Qorquddan alır. Azərbaycan klassiklərinin əsərlərində də başqa dinin, millətin nümayəndələrinə böyük hörmət və ehtiramla yanaşılıbdır. Müasir dünyamızda yaşanan gerçəkliklər multikulturalizm tolerantlığını insan həyatının ən ali həqiqətinə çeviribdir. Yaxın-uzaq ölkələrdə baş verən müharibələr, humanitar fəlakətlər, insan faciələri üçün çıxış yolunun ancaq tolerantlıqda oldu¬ ğu bir daha təsdiq olunur.

Üç nöqtə.- 2017.- 6 yanvar.- S.5