“Nar bağıfilmi beynəlxalq festivalda göstərilib

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağıbədii filmi Vyanada “LET´S CEE” beynəlxalq film festivalında nümayiş olunub. Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyası Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsəri tamaşaçılar kinematoqrafçılar tərəfindən böyük maraq rəğbətlə qarşılanıb.Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov İlqar Nəcəfdir.Bu, azərbaycanlı rejissorun “LET´S CEE” festivalında nümayiş olunan ikinci filmidir. 2013-cü ildə festivala onun quruluş verdiyiButabədii filmi təqdim edilmişdi.Xatırladaq ki, Mərkəzi Şərqi Avropa ölkələrinin, eləcə Türkiyə Qafqaz regionunun kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu „LET´S CEE“ beynəlxalq film festivalı, eyni zamanda, film istehsalçıları, rejissor aktyorlar üçün təcrübə mübadiləsi yeni əməkdaşlıqların qurulması üçün mühüm platformadır. Yüzdən çox ekran əsərinin yer aldığı festival öz proqramı təklif etdiyi filmlərin mövzu zənginliyi ilə qısa zamanda yüksək nüfuz qazana bilib. Təsis olunduğu 2013-cü ildən etibarən bu festival hər il Azərbaycan istehsalı olan bədii, sənədli qısametrajlı filmləri öz proqramına daxil edir. 2015-ci ildə rejissor Asif Rüstəmovun ekranlaşdırdığıNabatbədii filminin baş qəhrəmanı Nabat rolunun ifaçısı Fatima Motamet-Arya festivaldaƏn yaxşı baş rol ifaçısınominasiyası üzrə qalib elan olunmuşdu.

Üç nöqtə.- 2018.- 17 aprel.- S.12.