ABŞ-daƏli Ninofilminın təqdimatı olub

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin aparıcı təhsil ocaqlarından biri olan Tafts UniversitetindəƏli Ninofilminin təqdimatı keçirilib.

Tədbirdə universitetin müəllim tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının yerli ictimaiyyətin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən Tafts UniversitetininFletçerHüquq Diplomatiya Məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub, “Əli Ninokitabının tarixi əhəmiyyətini bugünkü aktuallığını qeyd edib, bu əsərin onda böyük təəssürat yaratdığını deyib.Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 ilinin tamam olduğunu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncam imzaladığını diqqətə çatdırıb. Diplomat AXC-nin müsəlman Şərqində ilk demokratik respublika olduğunu, bu dövlətin dini, irqi, etnik cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb.

SəfirƏli Ninofilminin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gəldiyini bildirib. O, bu filmin yüksək keyfiyyəti ilə seçildiyini aktyorların olduqca istedadlı olmasını söyləyib, bu səhnə əsərin ərsəyə gəlməsində onun kinematoqrafiyasında Leyla Əliyevanın töhfələrini görməyin mümkünlüyünü vurğulayıb.

Daha sonra filmin nümayişi olub. Film iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb onlarda böyük təəssürat yaradıb.Qeyd edək ki, səfir Elin Süleymanov, həmçinin ABŞ-ın ən məşhur təhsil olacaqlarından biri olan Tafts UniversitetininFletçerHüquq Diplomatiya Məktəbinin müəllim-tələbə heyəti qarşısında çıxış edib. Diplomat Azərbaycanın həyata keçirdiyi xarici siyasət, həmçinin irimiqyaslı regional layihələr, Cənub Qaz Dəhlizi, habelə Ermənistanın Azərbaycanın ərazisinin 20  faizini işğal etməsi soydaşlarımıza qarşı apardığı etnik təmizləmə siyasəti barədə məlumat verib.

Üç nöqtə.- 2018.- 6 fevral.- S.12.