Böyük xalq yazıçısının ömür yoluna kiçik səyahət

İnsan dünyaya gələrkən onun alın yazısıda özü ilə gəlir. Bir ömür boyu üzərinə düşəcək missiya da sanki elə o alın yazısında əks olunur. İnsanların xarakteri, danışığı, davranışı, dünyagörüşü müxtəlif olduğu kimi, seçdikləri peşə tutduğu mövqe müxtəlifdir. Fikrimcə o kəslər xoşbəxtdir ki, möhkəm iradəsi, əqidəsi, cəmiyyətdə yeri öz mövqeyi vardır. Bu xoşbəxtliyi daha da artıran səbəblərdən biridə insanın sağlığında çəkdiyi əziyyət yaxşı əməlləri onu dünyasın dəyişəndən sonra da  yaşatması, insanların tarixin yaddaşında saxlamasıdır. Belə unudulmaz insanlardan biri 12 iyun 1928-ci ildə  Ağstafa rayonunun Muğanlı kəndində Mustafa müəllimin Xədicə xanımın ailəsində doğulan Hüseyinov İsa Mustafa oğludur. (İsa Muğanna) XX əsrin 20, 30, 40-cı illərində bir kəndin, bir rayonun tanıdığı İsa Hüseyinovu daha sonra bütün Azərbaycan, hətta ölkə sərhədlərindən kənarda da tanıdılır.

İsa Muğannanın ədəbiyyata gəlişinin təsadüfü olmadığını deyərdim. Sanki ədibimizin alın yazısında ədəbiyyatımızın böyük nümayəndəsi olacağı əvvəlcədən yazılmışdır. İsa Muğanna 1945-ci ildə Tibb İnstitutuna daxil olsa da öz istəyi ilə institutda  təhsilini yarımçıq dayandırmış, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub, 1950-ci ilə qədər təhsil almış, daha sonra təhsilini Moskvada Maksim Qorki adına ədəbiyyat institutunda davam etdirmiş, ədəbiyyat üzrə ixtisasa yiyələnmişdir.

İsa Muğannanın çoxşaxəli sanballı yaradıcılığı deməyə əsas verir ki, ədibimiz ixtisasca  ədəbiyyatçı olsa da o, tarixi, fəlsəfəni, sosiologiyanı da dərindən bilmişdir. Muğanna həyatda müxtəlif missiyaların aparıcı qüvvəsi olmuşdur. Övlad, qardaş, həyat yoldaşı, ata, baba, yazıçı, müəllim. Bütün bunların fövqündə yaxşı insan. Düzdür, mənim böyük yazıçımız İsa Muğanna ilə şəxsən əyani görüşüm təəssüf ki, olmayıb, amma müəllimlərimdən, yazıçımızı tanıyan insanlardan eşitdiklərim ədibimizin yazdığı əsərlər İsa Muğannanı mənə tanıtdırdı, özümə inamlı şəkildə yaxşı insan ifadəsini işlətməyə tam imkan verdi. Muğannanın üzərinə düşən missiyaları sayarkən müəllim ifadəsini əbəs yerə işlətmədim. Ədibimiz pedaqoji fəaliyyətlə məşğul olmasada, ancaq onun yazdığı əsərlər oxucunu heyrətləndirmək, düşündürmək ümüdləndirməklə bərabər həm yol göstərir, öyrədir, elə bu öyrətməklədə bir müəllimlik missiyasını yerinə yetirir. Muğanna yaradıcılığa kiçik hekayə ilə başlasa da daha sonraTütək səsi”, “Quru budaq”, “Saz”, “Qırx kisə qızılpovestləriİdeal”, “Məhşər”, “Qəbiristan”, “Türfəkimi romanları bundan başqaGur Ün”, “İlan dərəsi”, “Kollukoxa”, “İsahaq-Musahaqkimi əsərləri onu Azərbaycan ədəbiyyatının böyük nümayəndəsinə çevirdi. Tam inamla birmənalı şəkildə deyə bilərik ki, İsa Muğanna XX əsr Azərbaycan Fəlsəfi ədəbi nəsrinin sütunu böyük nümayəndəsidir. Müəllif  İdealromanını 1985-ci ildə qələmə almağa başlayıbsada, əsər XX əsrin 40-50-ci illərindən bəzən bir az əvvəllərdən bəhs edir. Keçən əsrdə yazılan bu əsər XXI əsrin ilk rübündə öz aktuallığını əhəmiyyətliliyini qoruyub saxlamışdır.

Şairin ya yazıçının məharəti ondadır ki, həyatda baş verən hadisələri bədii ədəbiyyata gətirib obrazların dili ilə oxucuya təqdim edə bilsin. İsa Muğannanın özünə məxsusluğu elə bundadır ki, ədibimizin yaradıcılığında avtobioqrafik obrazlar daha çox yer alır, digər xüsusi diqqət çəkən məqam isə yazıçı tarixi şəxsiyyətlərin avtobioqrafik obrazlarını böyük ustalıqla yaratmaqla bərabər, eyni zamanda özünün tanıyıb bildiyi, haqqında eşitdiyi insanların avtobioqrafik obrazlarını da bədii ədəbiyyatda böyük məharətlə nümayiş etdirmişdir. Dövrün tələblərinə uyğun İsa Muğannanın qələmi müəyyən məqamlarda sıxılsada, lakin yazıçı qələminin mürəkkəbi bir anda olsun qurumayaraq, cəsarət, qətiyyət iradəni nümayiş etdirməyi bacarıb. Bu baxımdan da ədibin çoxşaxəli yaradıcılığı elmi tədqiqat obyekti olaraq son dərəcə əhəmiyyətlidir. İsa Muğannanın yaradıcılığı 60-70, 80-ci illərdə oxunaqlı olmağı ilə bahəm ədəbi tənqid baxımından da diqqət mərkəzində olmuşdur. Ədibin yaradıcılığı ilə bağlı son dövrlər elə bu günün özündə elmi məqalələr, dissertasiya işləri monoqrafiyalar yazılır yazılmaqdadır.

 

Ədibin yaradıcılığı ilə bağlı əməkdar elm xadimi, böyük ziyalı, akademik Nizami Cəfərov, professorlar Cəlal Abdullayev, Akif Hüseynov, ədəbiyyatşünas alimlər Sevinc Muğanna Şəmil Sadiq sanballı, elmi baza rolunu oynayan elmi əsərlər yazmışdırlar. Muğanna yaradıcılığı yalnız ədəbi əsərlərlə məhdudlaşmır, eyni zamanda xalq yazıçısı neçə-neçə filmin ssenari müəllifi olmuşdur. Buna misal olaraqTütək səsi”, “Nəsimi sairə filmləri göstərə bilərik.

İsa Muğannanın yaradıcılığına şəxsiyyətinə dövlətimiz daima önəm vermişdir. Ədibin Əməkdar incəsənət xadimi, Xalq yazıçısı fəxri adları ilə yanaşıİstiqlalordeninə layiq görülməsi 31 may 2018-ci il prezident cənab İlham Əliyevin İsa Muğannanın 90 illik yubleyinin Dövlət səviyyəsində keçirilməsi haqqında imzaladığı sərəncam İsa Muğannaya onun yaradıcılığına, ümumən ədəbiyyatımıza verilən dəyərdir.

 

 Ülvi Aydın

Bakı Dövlət Universitetinin

Filologiya fakültəsinin doktorantı, prezident təqaüdçüsü, AYB-nin üzvü

Üç nöqtə.- 2018.- 13 iyun.- S.14.