Mingəçevir işıqlarıqəzetinin 70 illik yubleyi keçirilib

 

Fevralın 28-də “Mingəçevir işıqlarıqəzetinin 70 illik yubleyi qeyd edilib. Mingəçevirin idarə   müəssisə rəhbərlərinin,  çoxsaylı ziyalıların  fəal oxucuların iştirak etdiyi yubiley mərasiminə toplaşanlar öncə qəzetin keçdiyi uzun yoldan bəhs edən videoçarxı izləyiblər.Modern.az-ın məlumatına görə, qəzetin baş redaktoru, əməkdar jurnalist Fərman Nəbiyev çıxışında mərasim iştirakçılarına təşəkkürünü bildirərək yubilyar nəşrin keçdiyi yola bir qədər geniş aydınlıq gətirib. O bildirib ki, 1948-ci ilin fevralındaMingəçevir inşaatçısıadı ilə işıq üzü görən qəzet  6 il sonraMingəçevir işçisi”nə, 1965-ci ildəMingəçevir işıqları”na  çevrilib, 1991-ci ildə isə bağlanıb.1999-cu ildə təsisçi hüququ ilə nəşrin yenidən qeydiyyata alındığını diqqətə çatdıran F.NəbiyevMingəçevir işıqları”nın fəaliyyətindəki spesifik məqamlardan, kollektivin üzvlərinin yerli beynəlxalq təşkilatların müsabiqələrində dəfələrlə qalib olduğunu, həm ölkə daxilində, həm xaricdə təlimlərə qatıldıqlarını bildirib. Hazırda qəzetin öz mətbəəsinin mövcudluğunu deyən baş redaktor 10 ildən artıqdır redaksiyanın balansında olan media mərkəzində yerli beynəlxalq təşkilatlarla birgə davamlı tədbirlərin, seminar konfransların, sərgilərin film festivallarının təşkil edildiyini vurğulayıb.Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçı Niyazi Bayramov yubilyar nəşri öz dəst-xətti olan peşəkar mətbuat orqanı olaraq xarakterizə edib: “Mən 6 ildir ki, bu şəhərdə icra başçısıyam. Şəhərə gələndən Fərman müəllimlə, onun qəzeti ilə tanışam, o zamandan bu qəzeti izləyirəm, buradan bir çox məlumatları əldə edirəm. Bu  gün gördüm ki, şəhərin sel-su məsələlərini qəzetdə qabardıblar. Biz öz növbəmizdə çalışırıq ki, qəzetin tənqidlərinə cavab olaraq, çatışmazlıqları aradan qaldıraq. Mən çox məmnunam ki, Mingəçevir şəhərində belə bir demokratik ruhlu, doğruları qələmə alan qəzet fəaliyyət göstərir. Buna görə Mingəçevir işıqları”nın  kollektivinə baş redaktoruna minnətdaram”, - deyən N. Bayramov qəzetin kollektivininə 70 illik yubley münasibəti ilə təbriklərini çatdırıb. N.Bayramov həmçinin qəzetin səmərəli fəaliyyətinə yaranmasının 70 illik yubileyi münasibətilə kollektivi  Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.Yubley mərasimində çıxış edən  Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov diqqətə çatdırıb ki, Mingəçevirə bu gəlişi zamanı çoxlu yeniliklərin şahidi olub: “Dünən prezident İlham Əliyevin ölkənin birinci xanımının iştirakilə bu şəhərdə Sənaye Parkının, “Asan Xidmətmərkəzinin digər obyektlərin açılışı oldu. Bütün bunlar şəhərin inkişafının göstəricilərdir. Mingəçevirin inkişafında yubileyinə toplaşdığımız bu qəzetin əvəzsiz rolu var. Mənim diqqətimi belə bir yazı cəlb etmişdi: “Bəlkə bu qəzet olmasaydı, heç bu şəhər olası deyildi...” Bu, kifayət qədər ciddi fikirdir. Nəyisə yaratmaq olar, nəyisə qurmaq olar, ancaq onun salnaməsi olmasa, bütün bunlar tarixin yaddaşına həkk olunmayacaq. Mingəçevir şəhəri qurulandanMingəçevir işıqlarıonun salnaməsini yaradır”, - deyən Ə.Amaşov əlavə edib ki, “Mingəçevir işıqları”nın xəbər, reklam elanlar şöbələrinin, poliqrafiya sexinin media mərkəzinin mövcudluğu onu müasir tipli müstəqil qəzet kimi xarakterizə etməyə imkan verir. Ə.Amaşov bölgə mətbuatının inkişafındakı xidmətlərinə görə 70 illlik yubileyi münasibətiləMingəçevir işıqlarıqəzetini Azərbaycan Mətbuat Şurasının diplomu ilə mükafatlandırıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil”qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə qeyd edib ki, “Mingəçevir işıqlarıregion mətbuatı içərisində məxsus yeri olan qəzetdir. Elektron medianın tüğyan etdiyi şəraitdə çap mətbuatını qorumaq peşəkarlıq qətiyyət tələb edir Mingəçevir işıqlarıbuna nail oluib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti  Umud Mirzəyev çıxışındaMingəçevir işıqları”nı Mingəçeevirin çırağı adlandırıb: “Hər səhifədə danışan bir problem var, bizi maraqlandıran məsələlər var. Bu qəzet Mingəçevirin tanıdılmasında əvəzsiz rol oynayır”Jurnalist Həmkarlar İttifaqının sədri  Müşfiq Ələsgərli deyib ki, bu günMingəçevir işıqalarıbeynəlxalq təşkilatları regiona cəlb etməyi bacarıb: “Beynəlxalq Jurnalistlər Fedarasiyasının ilk üz tutduğu məkanlardan biri Mingəçevir şəhəridir.Bu qəzetin iki əməkdaşı- Fərman bəy Yeganə xanım isə beynəlxalq jurnalist kartını alan ilk regional jurnalistlərdir.Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, yubilyar nəşr qəzetçiliklə yanaşı ölkədə multikultural dəyərlərin yayılmasında da mühüm rol oynayır.Daha sonra uzun illər qəzetlə fəal əmakdaşlıq edən bir qrup şəhər sakininəMingəçevir işıqları”qəzetinin diplomları təqdim olunub.

Üç nöqtə.- 2018.- 2 mart.- S.8.