Turetski xoruHeydər Əliyev Mərkəzində çıxış edib

  Ötən gün Rusiyanın məşhurTuretski xoruqrupu Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib.

ATV.az xəbər verir ki, konserti izləyənlər arasında Birinci vitse-prezident Mehriban Əliyeva da olub. Art qrup konsert proqramında repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib. Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına sahib qrupun yaradıcısı bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. Qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif janrlarda ifa edir. Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, tez-tez Baltikyanı ölkələrdə, Almaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İsrail Belarusda çıxış edib. Fərqli dillərdə hitlər səsləndirənTuretski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi olub. Qrup Müslüm Maqomayevin məşhurAzərbaycanmahnısını ifa edib. Konsertdən sonra birinci vitse-prezident Mehriban ƏliyevaTuretski xoru”nun kollektivi ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib

Üç  nöqtə.- 2018.- 12 oktyabr.- S.12.