Kaş bu gediş belə olmayaydı...

   Getdi. Gec-tez, hamımızın gedəcəyi yerə əbədi köçdü. Amma...   Amma gərək bu gediş belə olmayaydı...

   Neyləyəsən ki, yazılan yazıları pozmağa, pozub təzədən yazmağa Allah bəndəsinin imkanı yetmir. Təkcə alın yazısına yox, bəzən bilərəkdən, ya bilməyərəkdən, öz əlimizlə özümüzə yazdığımız yazını da silməkdə, dəyişməkdə gücsüzük...

      

   Zərnigar xanım səhnəyə bir qədər gec gəlmişdi. 27-28 yaşında. Əslində bizim anladığımız klassik teatr bərqərar olandan bu sirli aləmin yazılmamış qaydası var: aktrisa, aktyor 30-35 yaşınadək özünü tanıdıb səs salan rolunu oynamadısa, sonra şöhrət zirvəsini fəth etmək çətin olur. Yaxşı ki, istisnalar var imiş. yaxşı ki, 1974-cü ildə Akademik Milli Dram Teatrında ştata qəbul olunan Zərnigar Ağakişiyevanın özünü aktrisa kimi təsdiq edib tanıtması, sevdirməsi üçün zamanı keçməyibmiş...

  

   Teatrda Cəfər CabbarlınınSevil”ində Dilbər, Mirzə İbrahimovunKözərən ocaqlar”ında Maral, Səməd VurğununVaqif”ində Xuraman obrazları, televiziyada İlyas ƏfəndiyevinAtayevlər ailəsi”ndə Dilşad xanım, AnarınÖtən ilin son gecəsi”ndə Həmidə, Karlo QoldonininMehmanxana sahibəsi”ndə Mirandolina, “Dantenin yubileyibədii televiziya filmində Həcər surətləri Zərnigar Ağakişiyevanı bir neçə ilin içində xalqın sevimli aktrisasına çevirdi. Bu, orta daha yaşlı qadın rolları Zərnigarı tanıdanda aktrisanın hələ 35 yaşı olmamışdı...

  

   Sadəcə, tale elə gətirdi ki, Zərnigar tamaşaçıların gözü qarşısında böyümədi. Yəni, bütün aktrisalar kimi əvvəlcə yeniyetmə qızları, dünya dramaturgiyasının şah əsərlərində eşqdən başını itirən gənc xanımları səhnədə canlandırmadı. Bəlkə o dövrün gənc aktrisaları da, hələ cavan qız rolları oynamaqda israrlı olan yaşıd aktrisalar da rahat idilər ki, iri ala gözlərinin canalan baxışları ilə tərəfdaşlarını da, tamaşaçıları da tərk-silah etməyə qabil, gözəl səsli, boy-buxunu, plastikası ilə səhnəni tam dolduran Zərnigar onlara rəqib deyil. Yəni əslində rol bölgüsü aparan rejissorlar Zərnigarı onlara rəqib görmədilər. Amma özündən qat-qat yaşlı qadın rolları yaradacaq Zərnigar səhnəyə o vaxt çıxdı ki, bu teatrın, belə deyək ki, böyük yaş qrupuna daxil görkəmli aktrisaları - Hökumə Qurbanova, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Ətayə Əliyeva kimi görkəmli sənətkarları səhnədə idilər teatrın repertuarındakı bütün sanballı qadın obrazları da onların idi. Əslində Zərnigar xanım heç bir müsahibəsində, ya da dəfələrlə etdiyimiz söhbətlərin efirə, mətbuata getməyən bölümlərində bu barədə heç deməyib...

   * * *

   Allah ona təkcə teatral aktrisaya gərək olan istedad verməmişdi. Gözəl əl qabiliyyəti var idi. İlk təhsilini aldığı Bakı Kooperativ Texnikumundan sonra Moskvada ticarət reklamı üzrə ikiillik xüsusi kurs keçmişdi. Kompüter qrafikası nədir, heç kompüterin özünün olmadığı zamanlarda belə kurslarda təhsil almaq üçün ən azı, yüngülvarı rəsmxət rəssamlıq bacarığın olmalıydı. Bu bacarıq da var idi! Kim bilir, dizayner, qrafist peşələri heç olmasa, on-on beş il əvvəl qiymətə minsəydi, bəlkə Zərnigar xanım vaxtsa öyrəndiyi bilikləri təzələyər, özünü bu işdə sınayardı.

   Tanrı ona gözəl səs vermişdi. Özü bizim iqlim üçün nadir olan metso-soprano səsi. Hələ uşaq ikən Zərnigar xanımın ona həsr olunmuş televiziya verilişində Jorj BizeninKarmenoperasından parçanı qrimdə səhnə geyimində necə oxuduğu da yadımdadır, həmin ifanın təəssüratı da. Deməzdim ki, o, opera səhnəsinə gəlsəydi, ən gözəl Karmenlərdən olardı. İllər sonra həmin səsin diapazonu barədə qəti fikir söyləmək çətindir. Amma bunu dəqiq bilirəm ki, Zərnigar xanım canı ilə bağlandığı teatra bəslədiyi sevginin heç olmasa, üçdəbirini musiqiyə yönəltsəydi, bir kamera müğənnisi kimi romans mahnılardan, ariyalardan ibarət konsert proqramı ilə öz dinləyicisini mütləq tapardı.

   Ordan-burdanteletamaşasının lent yazısını tapıb tamaşa edin Salman bəyin bacısı Pərinin qız bəyənməyə gəldiyi epizodda Firuzə xanımın oxuduğu mahnını dinləyin. Həmin mahnını Zərnigar xanım özü ifa edib.

   * * *

   Zərnigar xanımın sənət taleyinə yazılan iki obraz var ki, onları başqa kiminsə həmin təsir gücündə yaradacağına adamın inanmağı gəlmir... Kökdən düşmüş piano” televiziya tamaşasında Qayınana, bir Təhminəfilmində Zaurun anası Zivər. Bu obrazları həm xarakter, həm sənətkarlıq baxımından uzun-uzun təsvir etmək olar. Məncə, bu obrazların incələnməsi aktyor olmağı arzulayanlar üçün əsl müntəxəbatdır. Bizə isə yalnız buna sevinmək qalır ki, yaxşı, bunlar lentə alınıb. Biz Zərnigar xanımın bütün hislərini öz üz cizgilərinə köçürmək, baxışları ilə ifadə etmək bacarığına illərlə şahidlik edəcəyik.

   * * *

   Onunla başında son görüşüm 2006-cı ildə oldu. Şəkər onun həyatını zəhərə döndərmişdi deyə, teatrdan uzaqlaşmışdı, filmlərə çəkilmirdi. İctimai RadionunAntraktteatr proqramına onu dəvət edəndə bir az duruxdu: “Qızım, xəstəyəm. Səhərlər evdən çıxmaq mənim üçün çətin olur... Deyirsən ki, canlı verilişdir, ?”. Onu sakitləşdirdim ki, proqram saat 15.30-da efirə çıxır, elə dördə işləmiş studiyaya gəlsə, kifayətdir. Gəldi. Qarşıladıq. İllərin əzizi kimi görüşdük. Canlı efir studiyasına keçib yerimizi rahatladıq başladıq...

   O zaman gərək ki, proqram redaksiyasında çalışan gənc həmkarım Müşfiq işlə bağlı hansısa məsələni həll etmək üçün efir operatorunun yanına gəldi. Oğlan başını çevirib iri pəncərədən Zərnigar xanımı görəndə yerində donub qaldı. Növbəti musiqi fasiləsində dözməyib yanımıza keçdi. Zərnigar xanımın əlindən öpüb ona öz tamaşaçı heyranlığını bildirdi. Onun gözlərindəki məhəbbəti, üzündəki xoşbəxtliyi görmək lazım idi... Artıq səhnədən uzaqlaşmış, amma özü demişkən, cəmiyyət arasına hər çıxanda tanındığından məmnun qalan Zərnigar xanımın onu ilk dəfə yaxından görən gənc pərəstişkarının sevgi izharından gənc aktrisa kimi utandığını, yanaqlarının allandığını da görmək lazım idi...

   Mən Zərnigar xanımdan, Müşfiqdən heç az xoşbəxt deyildim həmin məqamda. Bilirdim ki, neçə-neçə insan üçün Zərnigar xanımla yaratdığım bu görüş fürsətinə görə, artıq kölgəyə çəkilmiş, ömrünün sonuna kimi tənha qadın rolunu oynamağı seçmiş insanın həyatına bir xoş çalar qatdığıma görə savab qazandım.

   Onu son dəfə, deyəsən, keçən il Teatr Xadimləri İttifaqında keçirilən bir tədbirdə gördüm. Bəmbəyaz saçlarının əhatələdiyi gözəl üzü , ala gözlərinin parıltısı da əvvəlki deyildi. Yaşdan çox, xroniki xəstəlik öz diktəsini yeritmişdi. Tədbirdən sonra ittifaqın üzügülər xanımları Zərnigar xanıma dönə-dönəürəyiniz istəyəndə gəlin, bura sizin evinizdirdesələr , aktrisa nəcib təbəssümü iləqorxuram ki, gəlib sizi işdən ayıraram, vaxtınızı alaram. Elə tədbirlərə gəlsəm, yaxşıdırcavabını verdi. sözünü tutmadı. Daha gəlmədi. Bizimlə, ona qəlbən bağlanan jurnalist xanımlarla görüşdən , telefon söhbətlərindən qaçdı...

   * * *

   Bürc, ulduz falı deyilən nəsnələrə o qədər inanmıram. Amma Zərnigar xanım inanırdı. Yazını tamamlayanda yadıma düşdü ki, Zərnigar xanım Əqrəb bürcündən idi... Astroloqlar deyirlər ki, Əqrəb hamıdan çox, özünü daha ağır sancır. bilim, bəlkə , aktrisanın ömrünü tənha, kimlərisə narahat etməkdən çəkinərək, öz dünyası ilə baş-başa qalaraq keçirmək istəyi ömrünün sonunu tezləşdirdi...

   Hər nədənsə, bu son gedişin belə olması ilə barışmaq çətindir...

   Doğma yurdun torpağında rahat uyu, qəbrin nurla dolsun, Zərnigar xanım!

  

   Gülcahan Mirməmməd

Üç nöqtə.- 2018.- 13 sentyabr.- S.12