"Əvvəldən necə yaşamışamsa o cur yaşayıram

“Bu gün 85 yaşım tamam olur. Srağagündən təbrik zəngləri gəlir. Hamı deyirdoğum günün mübarək!”. Mən ki, təmtəraqlı doğum günü istəmirəm. Ancaq sakitlik istəyirəm”.

Bunu Modern.az-a açıqlamasında xalq artisti, tanınmış bəstəkar Arif Məlikov bu doğum günündən danışarkən deyib.

Arif Məlikov sağlığında onun üçün qoyulan heykəldən söz açıb:

Gəncədəki Filarmoniyanın qarşısında bir neçə il bundan qabaq heykəlimi qoyublar. Heç öz heykəlimi görməmişəm. Bir onu bilirəm ki, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov   Niyazinin yanında mənim heykəlim var. Sağlığında heykəl qoyulan nadir insanlardanam. Amma xasiyyətim elədir ki, ancaq öz işimlə məşğul olan adamam. Bu, əvvəldən belə olub. İndi elə zəmanədir ki, kimsə bir mahnı yazır 5-6 il ondan danışır. Amma mən belə şeyləri sevmirəm. Çox ciddi adam olduğumu hamı  bilir. Qeyri-ciddi işlər mənlik deyil. İllərdir ki, bir missiyam var. Xalqım, dövlətim üçün bəstəkarlar yetişdirmək”. Bəstəkar heç bir arzusunun olmadığını bildirib:“İndi 85 yaşındayam. Heç qocalıqdan da qorxmuram. Əvvəldən necə yaşamışamsa, o cür yaşayıram. Hər zaman başım dik olub. Heç kəsdən heç istəməmişəm. Elə böyük arzum da yoxdur. Bu dəqiqə  öz canımın qeydinə qalıram. Həkimlər səhhətimlə məşğul olur”.Bəstəkar rəssam, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, Dövlət mükafatı laureatı, professor Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, hazırda orada professor bəstəkarlıq kafedrasının müdiri kimi çalışır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olub. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu rəngarəngliyini nümayiş etdirir.Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna Gürcüstanda ifa olunub.

Üç nöqtə.- 2018.- 14 sentyabr.- S.12.