Dövlət qulluqçularının hüquq bərabərliyi dövlət qulluğunun əsas prinsiplərindəndir

 

Dövlət qulluqçularının hüquqlarına təsir edən yeganə faktor qulluqçunun keyfiyyəti ilə əlaqədar məsələlərdir

 

Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Daimi dövlət qulluğuna qəbul edilmiş bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj sınaq müddəti tətbiq edilmir.

 

Bu maddəyə görə, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir.

 

Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Dövlət qulluğu haqqındaQanunun 33.2-ci maddəsinə görə, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir bu məbləğdən vergi tutulmur.

 

Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə,  müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik hərbi xidmətə çağırış üzrə dövlət xidməti,xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür

 

Ümumiyyətlə, Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında münasibətlər dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlərDövlət qulluğu haqqındaQanunla tənzimlənir. Qeyd olunduğu kimi, “Dövlət qulluğu haqqındaQanunun 2.3-cü maddəsinə görə, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında qulluq dövlət qulluğunun xüsusi növüdür. Qanunverici sadalanan orqanların fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, həmin orqanlarda xidmətin qaydalarını, orada çalışan şəxslərin hüquqi vəziyyətini, maddi sosial təminat məsələlərini ayrıca qanunlarla ya əsasnamələrlə tənzimləmişdir.

 

LakinDövlət qulluğu haqqındaQanunun 2.3-cü maddəsində dövlət qulluğunun xüsusi növünə aid olan orqanlarda qulluq edən şəxslərin dövlət qulluğu keçməsinin başqa qanunlarla tənzimləndiyi qeyd edilsə , həmin orqanlarda qulluqkeçmə qaydaları tənzimlənərkən dövlət qulluğunun prinsiplərinin nəzərə alınmalı olması da göstərilmişdir. “Dövlət qulluğu haqqındaQanunun 4-cü maddəsində dövlət qulluğunun prinsipləri təsbit edilib. Dövlət qulluqçularının irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi, onların sosial hüquqi müdafiəsi, özləri ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi dövlət qulluğunun əsas prinsiplərindəndir (“Dövlət qulluğu haqqındaQanunun 4.1.9 4.1.11-ci maddələri). Bu prinsiplərin əsası Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 25, 38-ci digər maddələrindən irəli gəlir. Dövlət qulluğu haqqındaQanunun 2.3-cü maddəsində sadalanan orqanların fəaliyyəti həmin orqanlarda qulluqkeçmə qaydaları müəyyən edilərkən nəzərə alınmalı olan prinsiplərdən biri irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi prinsipidir. Göründüyü kimi, dövlət qulluqçularının hüquqlarına təsir edən yeganə faktor qulluqçunun keyfiyyəti ilə əlaqədar məsələlərdir.

 

Dövlət qulluqçularının sosial hüquqi müdafiəsi, özləri ailələri üçün layiqli yaşayış səviyyəsinin təmin edilməsi prinsipini əks etdirən müddəalarDövlət qulluğu haqqındaQanunun 19, 21-24, 33-cü s. maddələrində nəzərdə tutulub. Bura dövlət qulluqçusunun dövlət məvacibi almaq hüququnu, pensiya təminatını, mükafatlandırılmasını, qanunla müəyyən edilmiş hallarda birdəfəlik haqqın verilməsini s. aid etmək olar. Həmin Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik haqqın verilməsi pensiyaya çıxan dövlət qulluqçusunun sosial vəziyyətinin yaxşılaşdırılmasına layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır.

 

Qeyd edək ki, stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdəDövlət qulluğu haqqındaQanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.

 

(davamı var)

 

Üç nöqtə.- 2019.- 18 may.- S.9.