“Nə səsimi sevirəm, nə də mahnılarımı dinləyirəm”

 

Flora xanım Kərimova: “Yaradanın yazdığını yaşamışam”

 

“Yarımçıq qalan, səhifəsi açılmayan işlərim var. Mən bir şeydə xoşbəxtəm ki, xalqım məni sevdi. İlk növbədə səsimi sevdi, sonra şəxsiyyətimi. Səsimə olan münasibət və şəxsiyyətimə olan məhəbbət məni Flora Kərimova etdi”. Ucnoqta.az saytının qonağı Respublikanın xalq artisti, əvəzedilməz səs diapazonuna malik olan, oxuduğu ifaları ilə musiqi dünyasında öz möhürünü vuran Flora xanım Kərimovadır.

 

-“Əslində mən”iniz kimdir?

-Keşməkeşli və əzablı yollardan keçən, neçə fəsil görən və hazırda ömrünün qışını yaşayan Flora Kərimovayam. O insan ki, mənəviyyatını itirmədi, özünü təbiətin yaratdığı kimi qoruyub saxladı. Hərdən yaradana böyük şikayətlərim olur. Qabaqlar deyirdim ki, yaratmısan, yaşat. Çox iddialı idim. Yaradanın işgəncələrini qəbul etmirdimbir sualım vardı: “Niyə?” Demirdim, niyə mənə? Eləcə söyləyirdim, niyə? Niyə bunu yazırsan, niyə əzab verirsən, sonra da əlini uzadıb kömək edirsən? Ya da heç kömək etmirsən, özbaşına buraxırsan, məhv olur. Sonra qızım mənə şükür etməyi öyrətdi. İndi yaşımın elə bir vaxtıdır ki, söyləyirəm, şükür bu günümə.

 

-Şou-biznesin indiki halından razısınız?

-Başlayım ondan ki, bizim dövrümüzdə sənət var idi, şou-biznes yox. Bu yaxınlarda Gülyaz Gülyanaq bacıları konsert verdi, çox bəyəndim. Səhnə mədəniyyətindən tutmuş ifalarına qədər hər şey təqdirəlayiq idi. Konsertdə Siyavuş Kərimli ilə yan-yana oturmuşdum. Soruşdum ki, ay Sivayuş, bizim dövrümüzdə var idi? Dedi, mədəniyyət. Mədəniyyət o dövrü hazırkı vaxtdan fərqləndirir. İndi kim gəldi, danışır, heç utanc hissi keçirmir. O zamanlar isə düşünüb nəsə deyirdin. İnsanların daxillərində bir senzura var idi ki, artıq-əskik söz demək olmaz. Bu yaxşı hal idi. Bir indi elə müğənnilər var, gəlib jurnalistə deyir ki, mənim kimlə sevgili olduğumu yaz, tanınım. Bizim dövrümüzdə belə şey ola bilməzdi.

 

-Özünüzə məxsus ifalarınız var. Onlardan hansı sizə doğmadır?

-Suala cavab vermək çətindir, çünki bütün ifalar doğmadır. Bir şeyi etiraf edim, bəzi mahnılar var ki, onlara önəm vermədən oxumuşam. Ancaq səs tembri mahnıya yanaşma tərzi onları da doğma edib. Tək mənə deyil, eləcə insanlara. Bilirsiniz, sənət adamı mahnını ifa edir, sən həmin mahnılarla onun obrazını yaradırsan. Vay o günə ki, yaratdığın obraza görə peşiman olasan. Belə deyim, siz mahnılarıma sənətimə görə mənim obrazımı yaradıb müsahibəyə dəvət etmisiniz. Mən burada yersiz danışsam, özümü yöndəmsiz aparsam, mənim haqqımda müsbət fikirləriniz heç olacaq. Buna görə deyirəm ki, vəhdət-şəxsiyyətlə sənətin vəhdəti çox vacibdir.

 

-Bəlli ki, sənətin zirvəsindəsiniz. Bəs sənətlə bağlı yarımçıq qalan işləriniz var?

-Nəinki, yarımçıq qalan, səhifəsi açılmayan işlərim var. Mən bir şeydə xoşbəxtəm ki, xalqım məni sevdi. İlk növbədə səsimi sevdi, sonra şəxsiyyətimi. Səsimə olan münasibət şəxsiyyətimə olan məhəbbət məni Flora Kərimova etdi.

 

-Geriyə baxanda özünüzə nəyi etiraf etmək istəməzdiniz?

-Mən yaradanın yazdığını yaşamışam. Heç birimizdə nəsə təsadüfi ola bilməz. O ki, deyirlər, alın yazısı, bax onu yaşayırıq hamımız. Hər şey yaradandan gəlir. Biri var Allah, biri var Yaradan. Allaha inana bilərsiniz, ondan nicat istəyə bilərsiniz, amma Yaradandan bunu istəyə bilməzsiniz. O, yaradır, yazır. Bəziləri bu iki fərqi başa düşmür. O, nəyi yazıbsa, onu da yaşayırıq. Mən isə üsyanla yaşayıram. Niyə, oğul ananın üzünə durur, qadınlar əxlaqsız yola düşür? Niyə?

 

-Deməli, biganə qalan insan deyilsiniz, sizi hər şey narahat edir...

-Biganə qalsaydım, mən tank qarşısına çıxmazdım. Narahat etməsəydi, mən Fransa bayrağını tapdalamazdım. Təbii ki, narahat edir.

 

-Taleyinizdən razısınız?

-Narazı olsam, dəyişəcək? Mən heç kimin üstünə ağlayan insan deyiləm. Bir az öncə dedim, mən yazılanı yaşamışam. Razı ya narazı olsam belə. Bir siz hansı insanı görmüsünüz ki, hər şeydən razı olsun. Razı adam var? Razı ancaq dəlilər olur. Çünki, dərd çəkmir. Onun dərdini çəkən olduğu üçün xoşbəxt adamdır. Yoxdursa da küçələrdən birində canını tapşıracaq. Sual olunur yenə, niyə belə edirsən? Allahdan nəyisə ummaq olur, Yaradandan isə heç . Sualımı Allaha vermirəm, Yaradana verirəm. Təkrarən deyirəm, bəziləri bu iki sözü düz başa düşmürlər. Ya Allah, mənə kömək ol. Bax, Allah mənə kömək etdibunu deyirlər. Düz söyləyirlər. Sənin taleyininə yazılanları isə Yaradan müəyyənləşdirir.

 

-Yaradanla Allahın fərqi nədir ki, Flora xanım?

-Yaradan mütləqi sahibdir. Yaradana yalvarmaq əbəs yerədir. O, səni yaradır taleyini yazır. Allah isə ümid deməkdir. Məsələn, ay Allah, mənə kömək elə. Valideynlərimi itirəndə Allaha yalvarırdım ki, alma əlimdən, yazığam. Bir az da mənlə qalsın. Onda Allahla Yaradan arasındakı fərqi başa düşmürdüm. Yaradan yeganə bir varlıqdır ki, yazdığını pozmur. Bilirsiniz, Allahı da Yaradan yaradıb.

 

-Flora xanım, bağlı qapıları belə açmaq gücünə sahib olan sənətkarsınız. Bütün bunlara rəğmən özünüzü xoşbəxt qadın sayırsınızmı?

-Heç vaxt bağlı qapını açmağa çalışmamışam. Bunu özümə rəva bilməmişəm. Mənim üzümə taybatay qapılar açılanda daxil olmağı sevmişəm həmişə.

 

-Övladlarınız edir? Necədirlər?

-Oğlum Almaniyada yaşayır. Nənəyəm artıq. Böyük nəvəm dil açanda mənə “Flora xanımdeyirdi, qoymadım. Söylədim ki, nənə dedən. İndi elə şirinnənədeyir. Oğlum çox qayğıkeşdir. Qızım da xaricdə yaşayır. O biri övladım Yaqut isə mənlə qalır. Yaqut mənim övladlarımın başının tacıdır. Bütün evimizi o idarə edir. Üç övladım var ki, onlardan birincisi Yaqutdur. Sizə bir şey danışım. Yaqut zəng edib bir dəfə Oqtaya ki, pul göndər, filan şeyi alacam. Oğlum da deyib ki, keçən dəfə göndərdim axı. Yaqut hirslə cavab verib, anaya baxıram, lazımdır. Oqtay gülüb deyib, mən nəsə demədim, baş üstə göndərəcəm.(gülür)

 

-Deyirlər, ölkə sənətçiləri arasında ilk dəfə plastik əməliyyatı siz etdirmisiniz?

-Xeyr, mən etməmişəm. Adını çəkməyim, ilk dəfə bir qiraətçi xanım edib. Sonra İlhamə olub. Onun gənclik illərindəki burnunu görənlər bilir, necə idi. Bunlara baxıb mən həvəslənmişdim. Evdə anamı aldadıb dedim ki, məşqə gedirəm. Amma bilet alıb Tiflisə yola düşdüm. Əməliyyat etdirdikdən sonra evə zəng etdim. Təbii ki, burnumda danışırdım. Anam səsimi eşidib demişdi: “Evim yıxıldı”. Söylədim, ana, hər şey qaydasındadır. Nəysə, təyyarəyə minib ölkəmizə qayıtdım. Hava limanında təyyarədən enəndə arxa-arxaya düşdüm ki, anam məni görüb qorxmasın. Burnumda sarğı var idi axı. Yavaşca çevrildim, anam məni görüb yenə qışqırdı: “Evim yıxıldı”. Söylədim ki, səhhətim yaxşıdır.

 

-Əməliyyatdan söz düşmüşkən bir ara da neçə il səhhətinizlə bağlı sənətdən kənar qaldınız. Oxuya bilmədiniz. Həmin illər çətin oldu?

-Xeyr, olmadı. Mən oxudum, ya oxumadım, fərqi yoxdur. Çünki, səsimi sevirəm, mahnılarımı dinləyirəm. Ola bilər, xalq məni sevsin, mahnılarımı dinləsin, amma mən özümə qulaq asmıram.

 

-Söylədiniz ki, özümü dinləmirəm. Bəs kimə qulaq asırsınız?

-Şövkət xanıma. Şövkət xanım ifaları ilə mahnılara “layla” gətirib, sanki. Onun “Pıçıldasın ləpələr”, “ Ay mirvari dalğalar” və onlarla mahnıları nəyə desəniz, dəyər. Onun mahnıları ruhumu oxşayır. Allah ona rəhmət eləsin. Onun ölümü mənim üçün böyük itkidir.

 

-Flora xanım, ürəyinizdən hazırda hansı mahnını ifa etmək keçir?

 

Eşqimiz elə bu qədərmiş,

Məhəbbət qürbətə gedərmi ?

Bilməzdim, bilməzdim, bilməzdim...

 

-Məhəbbət qürbətə getməsin. Qoy elə daim sizinlə birlikdə addımlasın. Addımlasın ki, sevgi dolu günləriniz çox olsun. Dəvətimi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm.

-Xoşqədəm xanıma söyləyərsiniz ki, ona sonsuz hörmətim var. Onun kimi dəyərli jurnalistlərimiz var olsun. Başda Xoşqədəm xanım olmaqla mən hər birinizə təşəkkür edirəm.

 

 

Rövşən Tahir

 

Üç nöqtə.- 2019.- 23 noyabr.- S.12.