Dəli yığıncağıtamaşası Tbilisidə maraqla qarşılanıb

 

 

Gəncə Dövlət Dram Teatrı oktyabrın 24-də Tbilisinin A.S.Qriboyedov adına Rus Dram Teatrında böyük ədib, Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyası əsasında hazırladığı eyniadlı tamaşa ilə çıxış edib.

 

AZƏRTAC xəbər verir ki, səhnə əsəri tamaşaçılara böyük ədibin 150 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi, Gürcüstan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə təqdim olunub.

 

Tamaşanın nümayişindən əvvəl çıxış edən Ağsaqqallar Şurasının sədri İsak Novruzov C.Məmmədquluzadə yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb, səhnə əsərinin Gürcüstanda nümayişini böyük hadisə kimi qiymətləndirib.

 

Teatrın baş rejissoru İradə Gözəlova tamaşanın əsas süjet xətti barədə danışıb.

 

Bildirilib ki, birhissəliDəli yığıncağıtamaşasının quruluşçusu Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır.

 

Əsasən 1920-ci illərdə qələmə alınan səhnə əsərində o dövrün insanlarının cahilliyindən bəhs olunur.

 

Tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Elxan Yunis, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov digərləri ifa edib.

 

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Ağsaqqallar Şurasının üzvləri, paytaxt Tbilisi ilə yanaşı, Rustavi, Marneuli Qardabani rayonlarından gəlmiş ziyalılar, tələbələr gənclər tamaşaya baxanlar sırasında olub.

 

Tamaşa başa çatdıqdan sonra səfir Dursun Həsənov, ağsaqqallar şurasının sədri İsak Novruzov başqaları aktyorlarla görüşüb, onlara yaradıcılıq uğurları arzulayıblar.

 

Üç nöqtə.- 2019.- 26 oktyabr.- S.12