Estrada müğənnisi deyilsən ki, cins şalvar geyinib mahnı oxuyasan

 

Gülyaz Məmmədova: “Muğam mənim canımdır

 

Dediniz ki, yaradıcılıq qabiliyyəti dayanırmı? Dayanmır. Yaratmaq üçün dopdoluyam. Yaşayıb daha çox ifa etmək, tələbələrimə dərs öyrətmək istəyirəm”. Ucnoqta.az saytının qonağı Respublikanın xalq artisti Gülyaz xanım Məmmədovadır.

 

- Uşaqlıq illərinizdən başlayaq

- Uşaqlıq illərim çox gözəl keçib. Həyatmın ən şirin, ən qayğılı illəridir o vaxtlar. Şəkidə dünyaya göz açmışam, elə orada da təhsil almışam. Unudulmaz illərdir.

 

- Necə uşaq olmusunuz?

- Mən çox sakit bir uşaq olmuşam. Gülyanaq xanım isə əksinə. O, çox çılğın şıltaq bir qız olub. Təsəvvür edin, qırmızı tut ağacından meyvəni dərib dodağına, yanağına suyunu çəkirdi deyirdi ki, mən müğənni olacağam. Mən isə elə olmamışam. Tamamilə başqa-başqa uşaqlar olmuşuq.

 

- zaman qərar verdiniz ki, xanəndə olacağam?

- Uşaqlıqdan musiqiyə marağım olub. Ailəmizdə həmişə xalq musiqilərinə qulaq asıldığından ruhum milli musiqilərimizə çox yaxın olub. Elə mən qərar vermişəm ki, xanəndə olum. Səs çalarlarım muğam sənətinə uyğun olduğundan xanəndəlik üzrə təhsil almışam. Bu sənəti çox sevirəm.

 

- Muğamdan söz düşmüşkən muğam sizin üçün deməkdir?

- Deyəcəm, inanmayacaqsınız. Muğam mənim üçün hər şeydir. Muğam mənim canımdır, qanımdır. Muğamla nəfəs alıram, sanki. Muğam mənim həyatımdır. Baxın, məni xalq artisti edən, insanlara tanıdan elə muğam olub. Muğam sayəsində mən bu gün ölkəmizi təmsil edirəm.

 

- Bir az da ailənizdən danışaq. Çoxları deyir ki, sənət şəxsi həyatı, ailəni qurban verməyə vadar edir, hər ikisini eyni anda tarazlaşdırmaq çətin məsələ olur. Bəs sizdə vəziyyət necədir?

- Əlbəttə, çətin deyil. Başqalarını deyə bilmərəm, amma mənim sənətim ailəmə, ailəm sənətimə maneəçilik törətməyib. O ki, deyirlər, ailəm sənətə görə dağıldı, bu fikri qəbul edə bilmirəm. Əgər ailə dağılırsa, dağılacaq. Deməli, o ailəni davam etdirmək qismətində yox imiş. Ailənin ailə kimi qalması, ailə münasibətlərinin davam etməsi onun üzvlərindən asılıdır. Sənətin bura heç bir dəxli yoxdur. Şükür ki, bu gün, məndə hər ikisi qaydasındadır.

 

- Oğlunuz hazırda ilə məşğuldur?

- Övladım Mədəniyyət İncəsənət Universitetinin tar ifaçılığı ixtisasını bitirib. Sənətə sevgisi çoxdur. Düzdür, tarda ifa etmir, klassik gitara ilə mahnılar oxuyur. Yəni, hazırda müğənni kimi fəaliyyət göstərir. Estrada müğənnisidir.

 

- Bir az da 30 oktyabr tarixində baş tutacaq konsertinizdən danışaq...

- Konsert Heydər Əliyev adına Sarayda baş tutacaq. Adıİki qəlbin nəğməsi”dir. Konserti sırf muğam üzərində qurmamışıq, çünki insanların bəziləri muğamları dinləmək istəyir, bəziləri isə xalq bəstəkar mahnılarını. Buna görə repertuara xalq musiqiləri, bəstəkar mahnıları da əlavə etmişik ki, hər kəs zövq alsın.

 

- Konsert ideyasını hansısa təşkilatçı irəli sürüb, yoxsa özünüz?

- Xeyr, özümüz irəli sürmüşük. Həmişə Gülyanaqla deyirdik ki, Heydər Əliyev adına Sarayda bir konsert verək. Amma qismət olmurdu. İtkilər olurdu, nəsə baş verirdi, qalırdı. Bunu da alın yazısı ilə bağlayıram. Deməli, konsert məhz bu ay keçirilməli imiş. Konsertin adına gəlincə, bir gün Alim müəllim Nəbioğluna zəng etdim ki, bizə ad deyin. Anidən söylədi ki, “İki qəlbin nəğməsi”. Bəyəndim, çox bəyəndim. Gülyanağa da dedim, o da çox bəyəndi.

 

- Sarayda konsert vermək üçün qədər vəsait lazımdır?

- Əlbəttə, çox miqdarda vəsait lazımdır. Bunun dekoru var, ansamblı var, reklamı var, sarayın icarə haqqı var. Bunların hamısı maddiyyat tələb edir. Biz heç bir sponsor dəstəyi ilə konsert etmirik, yalnız öz gücümüzə bu konserti təşkil edirik.

 

- Çox nadir hallarda müsahibə verirsiniz. Elə bil mətbuatdan qaçırsınız.

- Bəli, çox az hallarda müsahibə verirəm. Çünki, dediyim fikri ya təhrif edirlər, ya da başqa cür çatdırırlar. Xalq artistinin, ümumən incəsənət nümayəndəsinin üzərindən reytinq qazanmaq istəyən bəzi saytlar var. Bu düzgün deyil. Sənət nümayəndəsinə dəyər vermək, onu qiymətləndirmək lazımdır. Bəzən dediyin fikrə elə başlıq verirlər, adam peşman olur. Biz sənətçilər fikrimizi jurnalistlərə deyirik, onu xalqa hansı formada çatdırmaq onların peşə etikasına aiddir. Yaxşı olar ki, bir çox məqamlara diqqət yetirsinlər.

 

- əcəb bizə müsahibə verməyə razılaşdınız?

- Çünki, qəzetin Xoşqədəm xanım kimi bir rəhbəri var. Düşündüm ki, işçiləri onun tək dürüst, düzgün olacaq. Komandanızı tanıdıqdan sonra gördüm ki, elə düz fikirləşmişəm. Sizlər reytinq arxasınca qaçmırsınız. Yəni redaksiyanız üçün başlıca məqsəd sənətə dəyər verməkdir. Bu isə mənə xoşdur. Sizin kimi jurnalistləri görəndə adamın ürəyi açılır, üzü gülür.

 

- Muğam ifaçısı olan qadınların bəlli geyim tərzi var-uzun ətək qapalı geyim. Amma son vaxtlar gənc muğam ifaçılarının geyim tərzində dəyişiklik var. Bunu necə qiymətləndirirsiniz?

- Düz deyirsiniz. Gənc ifaçıların müəyyən bir qismi şalvarda efirə çıxırlar muğam oxuyurlar. Belə olmaz. Bu muğama hörmətsizlikdir. Muğam sənəti gözəl ona uyğun geyim tələb edir. Sən estrada müğənnisi deyilsən ki, cins şalvar geyinib mahnı oxuyasan, sən xanəndəsən. Muğamı oxuyan bu sənətin ağırlığını da dərk etməli ona uyğun da geyim nümayiş etdirməlidir. Amma təəssüf ki, gənclərin bir qismi bunu anlamır. İnşaAllah ki, bu müsahibədən sonra geyimlərinə diqqət yetirərlər.

 

- Yaradıcılıq qabiliyyəti dayanırmı? Ümumiyyətlə özünüzə demisinizmi ki, bəsdir?

- Xeyr deməmişəm. Əksinə, yaratmaq üçün dopdoluyam. Yaşayıb daha çox ifa etmək, tələbələrimə dərs öyrətmək istəyirəm. SənətimdəLeyli”yə bəsdir, demişəm. Düzdür, səhnədə yaş yoxdur, orada səs obraz öz sözünü deyir, amma düşündüm ki, “Leyli”ni gənclərə təhvil verim artıq. Dediniz ki, yaradıcılıq qabiliyyəti dayanırmı? Dayanmır. Günü bu gün belə mahnıları ifa etməyə can atıram. Yeter ki, repertuarımda mahnılar bol olsun.

 

- “Kaş bunu etməyəydimcümləsini çoxmu istifadə edirsiniz?

- Baxır, harada. İnsan bir səhv edəndə deyir ki, kaş bunu etməyəydim. Səhv hər kəsə məxsusdur. Səhvsiz insan yoxdur. Ümumən mən özümə tənqidi yanaşan insanam. Bu sənətimdə özünü göstərir. Hansısa mahnını qədər yaxşı oxuyuramsa da, oxuyum, yenə deyirəm ki, kaş bir az da yaxşı oxuyardım. Bəzən elə anlar olur ki, hansısa bir bəndi oxuyuram, deyirəm, kaş oxumayaydım.

 

- Kimsə sevmirsə, o yaşamır, sadəcə nəfəs alır. Bu fikirlə razısınız?

- Razıyam. Sevginin növləri çoxdur. İnsan mütləq ki, onlardan biri ilə yaşamalıdır. Deyirlər ki, dünyanı məhəbbət xilas edəcək. Düz deyirlər. İnsanın qəlbində, qədər sevgi, təmiz hisslər olsa, bir o qədər ətrafa işıq saçar. Arzu edirəm ki, insanlarımız sevsinlər, sevilsinlər.

 

- Gülyaz xanım, bu an ürəynizdən hansı ifa keçər ki, onu bizə oxuyasınız?

- Sevgidən söz düşmüşkən Gülyanaq xanımınElə belə yaşadımadlı mahnısını ifa edim:

 

Öz əlimlə möhür vurdum ağladım,

Sevgi adlı məbədini bağladım,

Ürəyimdə bu sevgini saxladım,

Ömrü verdim əsən yelə yaşadım.

 

Bu mahnı çox fərqli bir ifadır. Mahnıda sevgi münasibətləri sonlansa da, insanın içindəki sevgi ölmür orada ifaçı deyir ki, bax mən bu ömrü o sevgi içində yaşadım.

 

- Elə sizin içinizdə olan o sevgi heç bir zaman ölməsin. Ölməsin ki, gözəl-gözəl mahnılar səsinizdə ifa olunsun. Dəvətimizi qəbul etdiyiniz üçün çox sağolun.

- Mən başda Xoşqədəm xanım olmaqlaÜç nöqtəqəzetinin bütün əməkdaşlarına təşəkkür edirəm.

 

Rövşən Tahir

 

Üç nöqtə.- 2019.- 29 oktyabr.- S.12