Xalq rəssamı Arif Əzizin 75-illik yubileyinə həsr olunmuş qrup sərgi keçiriləcək

15 – 18 yanvar 2019-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin Muzey Mərkəzinin Sərgi qalereyasında Xalq Rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, "Şöhrət orden”li, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin "Dizayn Dekorativ-tətbiqi sənətkafedrasının müdiri, professor Arif Əziz onun tələbələrinin "Maestro Artists” sərgisi keçiriləcək.

Arif Əzizin 75 illik yubileyi çərçivəsində təşkil edilən silsilə sərgilər sırasında hazırki, ekspozisiyanı üslub janr əlvanlığından asılı olmayaraq xarakterizə edən əsas, prinsipial amil rəssamın bu günədək tələbələrinə öyrətdiyi səmimiyyətdır. Konseptual sərgi silsiləsini davam edən "Maestro Artists” qrup sərgisi Arif Əzizin 75-ci il dönəmi çərşivəsində Azərbaycan onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətə malik olan bir layihədir. Müasir incəsənətimizin yeni formatlı sərqisində Rəssam-Maestro tələbələrinin əhatəsində təqdim olunur. "Maestro Artists” sərgisində Arif Əzizin 100-ə yaxın tələbələrinin nümayiş olunan əsərlər fərdi dəsti-xətti, texnikaları, maneralarının inkişafının nümayişi ilə yanaşı, müasir mərhələdə məkanda bir neçə rəssam qenerasiyasını birləşdirir.

Arif Əzizin yaradıcılığı müasir Azərbaycan incəsənətində miqyaslı prosesdir. Fərdi üslubu, daim yaradıcılıq transformasiyalarına bədii eksperimentlərə meyilliyi, zamanın məkanın təsirindən səmərəli istifadəsi, fəaliyyətinin istər manera, istər texniki aspektdə. oxsahəliliyi ən əsası, sonsuz dinamikası, mobilliyi müasirliyi mütləq tərzdə onun sənətinin şəxsiyyətinin aktuallığını müəyyən edir.

Müasir Azərbaycan incəsənətində Arif Azizin yaradıcılığı xüsusi, müstəsna yerə malikdir. XX əsrin 1970-ci illərindən başlayaraq Arif Aziz, dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir mənzərəsinin formalaşmasına ciddi təsir göstərmişdir. İlk bədii təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almışdır. Daha sonralar Arif Əziz təhsilini Moskva Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində, "Qrafik dizaynixtisası üzrə davam etmişdir. 1971-ci ildən etibarən bu günədək Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində dərs deməyə başlayan Arif Əzizin 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsində böyük əməyi var.

Üç nöqtə.- 2019.- 17 yanvar.- S.12