Xalq artisti Firəngiz Əlizadəninİntizaroperası nümayiş olunub

20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbirlərdən biri Akademik Opera Balet Teatrının səhnəsində nümayiş edilən Xalq artisti Firəngiz Əlizadəninİntizaroperası olub.

AZƏRTAC xəbər verir ki, 11 il bundan əvvəl yazılmış əsər özündə Azərbaycan xalqının fikir arzularını, vətənpərvərliyini qələbəyə olan inamını tərənnüm edir. Operanın libretto müəllifi, akademik Nərgiz Paşayevadır.

Əsərdə əvvəlcə xoşbəxt ailəni görürük. Bütün hisslər niyyətlər Arif ilə Mələyin qarşıdakı toyuna yönəlib. Lakin Vətənimizin başı üzərini alan qara buludlar bu sadə gözəl insanların ümid arzularını həyata keçirməyə imkan vermir. Şəhərlər kəndlər, çiçəkləyən bağçalar, ailə yuvaları dağıdılıb. Hər şey xaosa tənhalaşmaya məruz qalıb. Nişan mərasimindəQarabağ şikəstəsi”ni ifa etməsiylə yadımızda qalan ailənin kiçik övladıgələcək Xilaskardan başqa bütün üzvləri həlak olur.

Operanın musiqisi ilk notlardan özünün dramatikliyi, lirik melodiyanın gözəlliyi, möhtəşəm xor səhnələri, orkestrin ustalığı ilə insanı ələ alır. Səhnədə baş verən faciəli hadisələri İnarə Babayeva (zərif Mələk), Fərid Əliyev (Coşğun Arif), Əkrəm Poladov (alicənab Seyid kişi), Qərinə Kərimova (ailənin anası, sədaqətli qayğıkeş Əsli) bütünlüklə dərindən hiss edərək öz opera obrazları yaradıblar. İlham Nəcəfovun ifasında Gəlmə Fəhmi Əhmədlinin ifasında İtkin mənfi obrazları da təsir bağışlayırdı. Yaralı kəndçinin rolunu bütün illər ərzində Tural Ağasıyev dəyişməz gözəl ifa edir.

Tərkibində yeni, gənc ifaçıların olmasına baxmayaraq, teatrın xoru (xormeyster - Sevil Hacıyeva) da özünü yaxşı nümayiş etdirib. Müasir operanın bütün bu mürəkkəb çoxtərkibliorqanizmi”ni coşqunluq yüksək peşəkarlıqla teatrın musiqi rəhbəri baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edirdi. Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi.

F.Əlizadəninİntizaroperası yazıldığı 2007-ci ildən bir neçə dəfə dəyişdirilib: opera, həmçinin konsert ifası formasında (dirijorXalq artisti Fəxrəddin Kərimov), Heydər Əliyev Sarayının səhnəsində tanınmış opera rejissoru, Rusiyanın Xalq artisti Dmitri Bertmanın rəngarəng əfsanəvi təqdimatında da nümayiş etdirilib. Son versiya əsasında film-opera akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihəsi əsasında yaradılıb. Azadlıqsevər Azərbaycan xalqının faciəli unudulmayan tarixi səhifələrinə həsr edilənİntizaroperasının bu müxtəlif interpretasiyaları bir daha əsərin hələ tükənməyən yaradıcı potensialını nümayiş etdirir

Üç nöqtə.- 2019.- 22 yanvar.- S.12