Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Yanvarın 25-dən etibarən Bakı ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olanİmago Group”, “United CulturesSandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq. Festival İtaliya Azərbaycan kino sənayesinin keçmişi, bu gününü gələcəyini təbliğ etmək məqsədi daşıyır.

İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi The Landmarktərəfindən dəstəklənən festival hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Yanvarın 30-dək davam edəcək festival çərçivəsində seçilmiş 15 müasir film nümayiş olunacaq. Təqdim olunan nominasiyaların qalibləri xüsusi hazırlanmışZoroaster awardilə mükafatlandırılacaq.

La Piovraserialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş sovet regionunda məşhur olan aktyor rejissor Remo Girone mükafatlandırma mərasiminə rəhbərlik edəcək, italyan ssenari müəllifi rejissoru Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edəcək..

Üç nöqtə.- 2019.- 22 yanvar.- S.12.