Xalq artisti Hacı İsmayılov 75 illiyini teatrsevərlərlə birlikdə qeyd edib

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində xorvat yazıçısı Miro Havranın pyesi əsasında səhnələşdirilmiş Qəribə, çox qəribə əhvalat tamaşası növbəti dəfə təqdim olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov olan səhnə əsərinə rejissor Əlif Cahangirlinin quruluşunda baxılıb. Səhnə tərtibatı Xalq rəssamı Nazim Bəykişiyevə məxsus tamaşada rolları Xalq artistləri Rafiq Əzimov Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev ifa edib. Ötən ilin yazından repertuarda olan tamaşanın budəfəki nümayişinin bir özəlliyi var. Tamaşada əsas rollardan birini oynayan Xalq artisti Hacı İsmayılov ad günündə səhnəyə çıxıb. Görkəmli aktyor 75 yaşını doğma teatrda, yarım əsrə yaxındır fəaliyyət göstərdiyi sənət ocağında tamaşaçılar qarşısında qeyd edib.

Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri adından yubilyara təbrik məktubu hədiyyə təqdim olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev aktyoru 75 illiyi münasibətilə təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də sənətkarın Şöhrət ordeni ilə təltif olunması haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Qeyd edib ki, görkəmli aktyorun 75 illik yubileyində səhnədə, tamaşaçıların qarşısında olmağı olduqca sevindirici haldır. Aktyora yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayan nazir, onun səhnədə hələ çoxsaylı obrazlar qalereyası yaradacağına əminliyini ifadə edib.

Qeyd edək ki, 1944-cü il yanvarın 22-də Bakıda anadan olan H. İsmayılov, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram kino aktyorluğu fakültəsini bitirib. 1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. O, 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Ötən illərdə bu teatrın səhnəsində tamaşaçı rəğbəti qazanan onlarla xarakterik obraz yaradıb. Aktyorun 1977-ci ildə kinorejissor Rasim Ocaqovun ekranlaşdırdığı Ad günü filmində yaratdığı obraz ona geniş şöhrət qazandırıb. Sonrakı illərdə sənətkar bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. Hacı İsmayılov 1989-cu ildə respublikanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdü

Üç nöqtə.- 2019.- 24 yanvar.- S.12.