Təlimə başlayanda, ilk sualları “yıxılacam?” olur”

 

Səhər Mehman: “Yaşından, çəkisindən, boyundan asılı olmayaraq xanımların hamısı velosiped sürməyi öyrənə bilərlər”

 

İstifadə etdiyi əsas nəqliyyat vasitəsi velosipeddir. Və bu nəqliyyat vasitəsindən istifadə edən həmcinslərinin sayının çox olmasının tərəfdarıdır. Buna görə, velosiped sürməklə bağlı onlara təlim keçir, veloyürüşlər təşkil edir. Söhbət velo-təlimçi Səhər Mehmandan gedir.

- Maraqlıdır, velosiped sürməyə nə vaxtdan başlamısınız?

- Mən uşaqlıqdan idmana maraq göstərmişəm. Həvəskar olaraq rolik, tenis, velosipedlə məşğul olurdum. Uşaq vaxtı idman, sağlam həyat tərzi kimi istifadə etdiyim velosipedi böyüdükcə artıq gündəlik nəqliyyat vasitəsinə çevirdim. Hər yerə onunla gedib-gəlməyə başladım. Hazırda da istifadə etdiyim nəqliyyat vasitəsi velosipeddir.

- Bəs xanımlar üçün velo-təlim keçmək qərarı verməyiniz necə oldu?

- Mən velosiped sürərkən demək olar ki, xanım velosipedçilərlə qarşılaşmırdım, çünki yox idi. Əsasən bəylər velosiped sürürdülər. Xanımların da maraq göstərməsi, velosiped sürən xanımların sayının artması niyyəti ilə velo yürüşlər təşkil etməyə, xanımları dəvət etməyə başladım. Bu zaman hardasa 2-3 xanım gəlirdi. Təbii ki bu da az idi. Az olmasının səbəbi isə xanımların maraq göstərməməyi deyil, sürməyi bacarmamaqlarından dolayı idi. Bunları xanımlar özləri etiraf edirdilər, “sürməyi bacarsaydım, sizə qoşulardımtipli fikirləri çox eşitdim. Ona görə məsələni kökündən həll etməyə başladım. Yəni sürməyi bacarmayan xanımları öyrətmək qərarı verdim bu, çox gözəl alındı. Gözəl alındığını xanımlar deyirlər (Gülür).

- “Velosipedi sürməyi özün öyrənə bilərsəndeyirlər. Təlimçi ilə öyrənməyin fərqi nədir?

- Əslində, bəli özləri öyrənə bilərlər. Lakin bu hamıya şamil olunmur. Çünki xanımlarda refleksin paylanması kişilərə nisbətən zəif olur. Üstəlik bəzi xanımlarda refleksin paylanması daha da zəif olur onlar özləri öyrənə bilmirlər. Bu halda zaman baxımından təlimçi ilə daha tez öyrənmək mümkündür. Təlimçi ilə öyrənən xanımlar yıxılmayaraq, zədə almayaraq öyrənməyə nail olurlar.

- Siz təlim keçməyə başladığınız vaxtla indini müqayisə etsək, xanımların velosipedə marağı necə dəyişib?

- Əvvəllər velosiped sürən xanımlar görəndə qəribə baxırdılar qəribə reaksiyalar çox olurdu. Velosiped sürməyi xoşlamayan, bunu özünə yaraşdırmayanlar var idi ki, zaman keçdikcə onlar bunu qəbul etdilər, maraqları artdı özləri öyrənmək istədilər hətta öyrəndilər (gülür).

Bilirsiniz, sağlam maraqlı hər bir şey insanı cəlb etməyə bilər. Bunun üçün gərək insanlara onun gözəlliyi çatdırılsın, məlumatlandılsınlar. Beləliklə, insanlar bunu görəndə o işə qarşı maraq oyanır, özləri tətbiq etmək istəyirlər.

Öncəki illərə nisbətən indi daha çox xanımlar velosiped sürürlər. Hətta nəqliyyat vasitəsi kimi istifadə edənlərin sayı az deyil. Bizlər bir-birimizə bu yöndə təsir edirik, dəstək oluruq. Bununla daKənardan deyərlər? düşünərlər?” kimi fikirlər velosiped istifadə edənlərə maraqlı olmur, bunu özlərinə kompleks etmirlər.

- Xanımlar niyə veolisped sürməlidirlər?

- Bu, ilk olaraq sağlamlıq vasitəsidir. Özləri üçün, sağlamlıqları üçün bu lazımdır. Xanım, ya bəy olmasının fərqi yoxdur, velosiped sürən insanlar özlərinə daha inamlı olurlar, sağlamlıqlarına müsbət təsir edir, əhval-ruhiyəsi yüksək, pozitiv, enerjili olurlar. Bakımızın tıxaclarını da nəzərə alsaq, velosiped daha əlverişli nəqliyyat vasitəsidir. Həm zamana qənaət edirsən, həm ekoloji təmiz nəqliyyat vasitəsidir. Ən əsası isə, ekologiyanı korlamırıq, zərərli qazlarla, çox yeri əhatə etmirik.

- Velosiped sürmək dərəcədə arıqladır? Çünki xanımlar buna da fikir verilər.

- Velosiped sürərək bəli artıq çəkidən azad ola bilərsiniz. Ancaq deyim ki, bu, ilk başladıqlarında olur. Sonra orqanizm öyrəşir, ona görə heç əvvəlki qədər çəki atmaq olmur. Ancaq qidalanmaya fikir versələr, sağlam şəkildə çəki ata bilərlər.

- Velosipeddən istifadənin işə gedib-gəlmək səviyyəsində belə tətbiq edən xanımların sayı qədərdir? Belə qədər xanım tanıyırsınız?

- Çox xoş haldır ki, artıq velosipeddən istifadə edən xanımların sayı çoxalıb.  5-6 xanım tanıyıram ki, onlar velosipedi əsas nəqliyyat vasitəsi kimi istifadə edirlər. Sayca bu, azdır, zaman keçdikcə sayımız artır.

- Xanımların hamısı velosiped sürməyi öyrənə bilərlər?

- Bəli, yaşından, çəkisindən, boyundan asılı olmayaraq xanımların hamısı velosiped sürməyi öyrənə bilərlər. Sadəcə istəsinlər yetər. Bizim çox tələbələrimiz yaşı 30-dan yuxarı olan xanımlardır. Hətta 55 yaşında tələbələrimiz belə olub. Demək istədiyim odur ki, yaş fərq etmir. İnsan istəyəndə, öyrənə bilir. Velosiped sürməyi öyrəndikdən sonra bütün velosiped növlərini sürə bilərlər. Bununla bağlı da hər hansı problem yoxdur.

- Bəs kimlər velosiped sürməyi öyrənə bilmir?

- Hamı öyrənə bilər, öyrənə bilməyən tənbəl iradəsi zəif olan insanladır (gülür). Məqsəd qoyan hamı öyrənir, tənbəllik edənlər isə təbii ki öyrənə bilmirlər. Bu tək velosipedlə bağlı deyil, elə hər işdə elədir. Gərək məqsədli olasan, tənbəllik etməyəsən. Belə olan halda istədiyin nəticəyə nail ola bilirsən.

- Xanımın xanımlara təlim keçməsi, onların nazını çəkməsindən danışın. Xanımların nazını çəkə bilirsiniz?

- Oyy, xanımlarla işləmək çox çətindir. Sözlə bunu ifadə etmək də çətindir, o prosesi görmək lazımdır (gülür). Hərdən təlim prosesində elə suallar verirlər ki, insan şoka düşür. Əslində, xanımlarla işləmək mənə çox zövq verir. Təlimə başlayan zaman artıq xanımı analiz edirəm və bilirəm ki, necə və hansı tərzdə onunla işləməliyəm. Təbii ki xanımlar kaprizlidironlara nəyisə öyrətmək heçasan deyil. Onu da deyim ki, xanımlar özlərini çox sevirlər. Bu səbəbdən, təlimə başlayanda, ilk sualları “yıxılacam?” olur. Kompleks, qorxu, inamsızlıq kimi hisslərini biz elə ilk olaraq yox etməyə çalışırıq. Sonra özünə inam və “bunu bacarmalısan” mərhələsi başlayır. Biz xanımların özəlliyi elə nazımızdır da. Ona görədə xanımların nazını çəkmək elə də çətin olmur.

- Velosiped yolu olmadığı üçün velosipedi əsas nəqliyyat vasitəsi kimi istifadə edənlər yəqin ki maşın yolunda təhlükəli duruma düşürlər. Maraqlıdır, siz özünüz təhlükəli situasiyalara düşmüsünüz?

- Bəli, velosiped yolunun olmaması bir çox insanı həvəsdən salır, qorxudur. Buna velosipedə qarşı marağı azaldan səbəb də deyə bilərik. Velosiped yolu olarsa, əminəm ki, çox insan velosipeddən istifadə etməyə başlayar. Mən maşın yolunda çox diqqət edirəm. Velosipeddən istifadə edərkən, çalışıram ki, gözləyim. Maşınlardan əl hərəkətləri ilə yol vermələrini istəyirəm. Əlimdən gələnin artıqlaması ilə diqqət edirəm. Lakin buna baxmayaraq, mən də təhlükəli məqamlarla çox qarşılaşmışam. Bu normal haldır, çünki bizim yolumuz yoxdur. Maşınlarda aqressiya yaratmamağa çalışıram. Çünki biz onların yolundan istifadə edirik. Ancaq kobud sürücülər olurbu zaman təbəssümlə yola verməyə çalışıram. Çünki indiki dövrdə demək olar ki, hamı əsəbidir, aqresivdir. Ona görə, reaksiyaları başa düşürəm və maksimum dərəcədə təbəssümlə idarə edirik.

 

Üç nöqtə.- 2020.- 1 fevral.- S.14.