Hərbçilərin sosial müdafiəsi gücləndirilməlidir

 

İLDIRIM MƏMMƏDOV: "ZABİT HEYƏTİNİN ƏKSƏRİYYƏTİ İSTİRAHƏT YERLƏRİNDƏN XƏBƏRSİZDİR"

 

SON illər Azərbaycanda hərbi sahəyə diqqət artırılsa da, problemləri tam aradın qaldırmaq mümkün olmayıb. Hərbçilər arasında sosial prblemlərin həlli istiqamətində tədbirlərin gücləndirilməsini hesab edənlər var.

Hərbi ekspert İldırım Məmmədov hazırda hərbçilərin böyük bir hissəsinin mənzil probleminin olduğunu bildirdi: "Hesab edirdik ki, müdafiə sahəsinə ayrılan vəsait ordunun gücləndirilməsinə yönəldilməlidir. Orduya lazım olan hərbi texnika alınmalı, döyüş hazırlığının artırılmasına önəm verilməlidir. Amma Vətənin müdafiəsində dayanan əsgər zabitlərin sosial problemlərinin həll edilməsi vacibdir. Dövlət ilk növbədə əsgər zabitlərin sosial müdafiəsini gücləndirməlidir. Əks halda, əsgər zabit inanmayacaq ki, onun qulluq etdiyi instituta dövlət tərəfindən önəm verilir. Bu gün hərbçilərin, xüsusən zabitlərin çoxunun mənzil problemi var. Ötən il zabit heyətinə cəmi 25 mənzil verilib. Həmin mənzillər o zabitlərə verilib ki, onların indiyədək mənzili olub. Hərbçilərin məvacibləri azdır. Azərbaycan əsgəri hələ gündəlik geyimə keçməyib. Eyni zamanda zabit heyətinin əksəriyyəti istirahət yerlərindən xəbərsizdir. Əsgər zabit heyətinə kifayət qədər qayğı olmasa, yüksək döyüş hazırlığından söhbət gedə bilməz. Bu istiqamətdə hansı işlərin görülməsinin nəzərdə tutulduğu barədə açıqlama verilmir".

Zabit heyətinin vaxtaşırı istirahət ocaqlarında dincəlməyə göndərilməsi barədə rəsmi məlumatlara münasibət bildirən İ.Məmmədov bundan da kiçik bir qrupun bəhrələndiyini bildirdi: "Həqiqətən hərbçilər üçün istirahət mərkəzləri var. Amma vaxt açıqlama verilib ki, hərbçilərin istirahət mərkəzində cəbhə bölgəsindən olan zabit istirahət edir? Yaxud kütləvi informasiya vasitələrinin nümayəndələri zaman həmin mərkəzlərə buraxılıb ki, orada kimin istirahət etdiyini öyrənək? Orada cəbhə bölgəsindən gələn leytenantın istirahətini görmək mümkün deyil. Həmin mərkəzlərdə ancaq kiçik bir qrup istirahət edir".

Məsələyə münasibət öyrənmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, hərbçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində vaxtaşırı tədbirlər görülür.

  

 

Xalid

 

Üç nöqtə.- 2009.- 18 aprel.- S. 12.