Qrant alanlar qranta qarşı

 

FƏRDA ƏSƏDOV: "ƏGƏR İŞDƏ BƏZİ ƏYİNTİLƏR, ÇATIŞMAZLIQLAR VARSA, BUNU RÜŞVƏTXORLUQ KİMİ TƏQDİM ETMƏK YANLIŞDIR"

 

BİR qrup jurnalist mediaya ayrılan qrantlarla bağlı donor təşkilatlara xarici ölkə səfirliklərinə növbəti dəfə müraicət ünvanlamağı planlaşdırır. Son olaylar onu deməyə əsas verir ki, qrant məsələsi hələ uzun müddət gündəmin mövzusu olacaq. Məlumat üçün bildirək ki, bir müddət öncə yazarlar beynəlxalq qrant təşkilatlarına səfirliklərə müraciət edərək mətbuatla əlaqədar layihələrə qrant ayrılmalarının dayandırılmasını istəyiblər. Onlar bu addımlarını media sahəsi üçün ayrılan qrantların effektsiz xərclənməsi ilə izah ediblər. Media mənsublarının bu müraiciətlərinə cavab verən varmı? Qrant verən təşkilatlar hansı mövqeni tutublar? Azərbaycanda uzun müddətdir ki, fəaliyyət göstərən Açıq Cəmiyyət İnstitutunun (SOROS) Azərbaycan nümayəndəliyinin icraçı direktoru Fərda Əsədov bu digər məsələrlə bağlı suallarımızı cavablandırdı.

- Fərda bəy, öncə jurnalistlərin bu müraciətini necə qarşıladınız?

- Mən hesab edirəm ki, hansısa vacib, hər kəsi maraqlandıran məsələ ilə bağlı fikir söyləmək istəyirlərsə ya təşəbbüs irəli sürürlərsə, bu, təbii haldır. Düşünürəm ki, onların mövqeyi nəzərə alınmalıdır, müzakirələr aparılmalıdır, lazımdırsa, açıq söhbətlər edilməlidir. Bunlar hamısı təbii, ictimai fəallıq deməkdir. O ki qaldı qoyulan məsələyə, hesab edirəm ki, qrant almaq layihəni əsaslandırıb, inandırıb vəsait əldə etmək ictimai fəaliyyətə başlamaq inkişaf etmiş cəmiyyətlərdə geniş vüsət almış ictimai prosesdir.

- Amma zaman-zaman etirazlar olurdu ki, məsələn, SOROS ya Avrasiya Fondu kimi təşkilatlar qrantları şəxsi maraqla verirlər. Şəbəkə formalaşıb...

- Bu başqa məsələdir. Şəffaflıq, hesabatlılıq prosedurlarının düzgün qoyulması ona əməl olunması problemidir. Kimsə bunu etmək istəmirsə, kiminsə etirazı varsa, eləməsin. Başqalarının isə öz fikrini yürütməsi düzgün deyil. Mən müraciət edənləri tanıyıram. Onlar özləri qrant alanlardan olublar.

- Konkret kimlərdir?

- Onu da dəqiqləşdirmək olar.

- Fərda bəy, əsas məsələ yazı yazmayan, jurnalistikadan xəbəri olmayanların layihə həyata keçirməsi və ya treninqlər təşkil etməsidir.

- Yəni söhbət ondan gedir ki, bəzi layihələrin səmərəsi azdır, eləmi? Bu barədə artıq konkret danışmaq lazımdır. Mən isə elə başa düşürəm ki, qrantlar verilməsin. Özünüz başa düşürsünüz ki, bu radikal bir mövqedir. Düşünürəm ki, məsələnin kəskin qoyulmasında bəlkə fayda var. Belə kəskin mövqe olduğu halda qrantların effektivliyi barədə, layihələrin icrası haqqında açıq söhbətlər aparmaq vaxtıdır.

- Bu müraciət sizin işlədiyiniz təşkilata hansı təsiri etdi və ya edəcək?

- Bizim fondda ümumiyyətlə, hesabatlılıq qərarların verilməsi prosesində aşkarlıq iştirakçılıq kifayət qədər təmin olunur. Müqayisə etmək istəməzdim, amma bizim prosedurlardan xəbərdar olanlar yaxşı bilir.

Ümumiyyətlə, hesab edirik ki, qrantların ayrılması mədəniyyəti bu fenomenin qədər vacib olması haqqında bizdə kifayət qədər bilgi yoxdur. Bu barədə ictimai dinləmələr, maarifləndirmə işləri aparmaq lazımdıpr. Bu artıq birinci dəfə deyil, dəfələrlə üzə çıxan məsələdir. O səbəbdən biz saytımızda xüsusi imkanlar yaradırıq ki, müzakirə aparmaq mümkün olsun. İnsanlar tövsiyə xarakterli yazılarla müraciət etsinlər.

- Tez-tez SOROS və Avrasiya Fondundan qrantların alınması üçün hətta rüşvət verildiyi deyilir.

- O söhbtlər yenə davam etməkdədir. İkincisi, bizim prosesimiz o qədər şəffaf qurulub ki, qərarvermədə hər bir layihə barədə 15 nəfər iştirak edir. Əgər 15 nəfər qərar verəcəksə, onlarla ayrılıqda dil tapıb rüşvət vermək çox çətindir. Güman etmirəm ki, belə işə baş qoşan olsun. Əgər işdə bəzi əyintilər, çatışmazlıqlar varsa, ümumi qayda ilə rüşvətxorluğun olması kimi təqdim etmək yanlışdır. Amma mən yenə qeyd etmək istəyirəm ki, belə bir fakt olduğu isbatını tapdığı halda o zaman tədbir görməyə hazırıq.

- Konkret layihələrə xərclənən vəsaitlərin şişirdilmiş şəkildə göstərilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Bizdə bunların hamısı əsaslı şəkildə müzakirə olunur. Təqdim olunan layihənin şişirdilmiş olması barədə sonradan şübhə yaransa, ona qarşı nəzarət gücləndirilir. Amma mən bu fikirlə razılaşmıram ki, bizdə belədir.

- Bəs, SOROS-un media ilə bağlı həyata keçirdiyi layihələr olubmu?

- Nəticə deyəndə siz nəyi nəzərdə tutursunuz. Biz çalışmışıq ki, vətəndaş cəmiyyətinin iştirakçılığı olsun. Müəyyən qədər buna nail olmuşuq da. O da qeyd edilməlidir ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti getdikcə artır. Bir çox hallarda onların tövsiyələri ictimai proseslərdə öz yerini tapır.

Müəyyən mənada hansısa istiqamətdə nailiyyət əldə edilmirsə, bu məsuliyyəti qeyri-hökumət təşkilatlarından tələb etmək düzgün deyil. Başqa iştirakçı təşkilatlar, beynəlxalq təşkilatlar, milli hökumətimiz, biznes strukturları - bunlar hamısı prosesin iştirakçılarıdır.

- Heç olub ki, uğursuz layihə həyata keçirən təşkilatlara yenidən qrant verəsiniz?

- Əgər orada böyük çatışmazlıqlar olubsa, əlbəttə ki, biz elə təşkilatları layihələri dəstəkləmirik.

- Sonuncu sual. Deyə bilərsinizmi ki, 2009-cu il üçün media ilə bağlı qədər vəsait nəzərdə tutulub?

- Jurnalist hüquqlarının müdafiəsi, jurnalist peşəkarlığının artırılması ilə bağlı soruşursunuzsa, ofisdə olmadığım üçün dəqiq rəqəm söyləyə bilməyəcəm. Amma bu təxminən 150 min dollar civarında olmalıdır.

 

 

Tahirə, Qafarlı.

 

Üç nöqtə.-2009.-7 fevral.-S.12-13.