Ölkəmiz Dünya Kulinariya Kubokunu qazanıb

 

TAHİR ƏMİRASLANOV: "BU NAİLİYYƏTİN QAZANILMASINDA "AZƏRSUN HOLDİNQ"İN ƏRZAQ MƏHSULLARI BÖYÜK ROL OYNAYIB"

 

BU günlərdə Azərbaycan Milli Kulinariya Komandası (AMKK) Yunanıstanın Krit adasında keçirilən "Həyatın Dadı" Beynəlxalq Kulinariya Festivalında iştirak edib. Böyük nailiyyətlərlə vətənə dönən komanda üzvləri dünən "Azərsun Holdinq" Mədəniyyət Mərkəzində mətbuat konfransı keçiriblər. Milli Kulinariya Mərkəzinin direktoru, Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov tədbirdə bildirib ki, festivalda Azərbaycan, Ukrayna, Yunanıstan komandaları iştirak edib, Serbiya Rusiyaya dəvət göndərilsə , viza problemi səbəbindən onlar yarışdan kənarda qalıblar. Onun sözlərinə görə, Azərbaycan komandasında 5 aşpaz çıxış edib: "Birinci komanda" sinfində çıxış edən AMKK 2 qızıl, 4 gümüş, 5 bürünc "Qara qutu" sinfində isə gümüş medal qazanıb".

Assosiasiya rəhbəri qeyd edib ki, bu müsabiqə ilə yanaşı 4 nəfərdən ibarət komandamız Belqradda Dünya Kulinariya Kuboku uğrunda keçirilən çempionatda iştirak edib. Bu müsabiqədə Balkan ölkələrinin Kulinariya Kuboku uğrunda çempionat da keçirilib: "Azərbaycanlı iştirakçı Orxan Muxtarov 3 sinif yarışda iştirak edib. Bu üç sinifdən SP3 (balıq xörəyi) sinfindən qızıl medal, SP4 (orijinal yemək) sinfindən isə 4-cü yer diplomu verilib. Əslində, SP4 sinfində Orxan Muxtarov qızıl ya gümüş medala layiq görmüşdü. Əsas odur ki, bu dəfə Dünya Kulinariya Kuboku Azərbaycana qismət olub. Bunu ölkəmizin çox böyük qələbəsi hesab etmək olar".

T.Əmiraslanov xörəklərin hazırlanmasında "Azərsun Holdinq"in məhsullarından istifadə edildiyini bildirib: "Bu nailiyyətlərin qazanılmasında, əlbəttə, "Azərsun Holdinq"in böyük rolu var. Biz rəhbərliyə öz təşəkkürümüzü bildiririk".

T.Əmiraslanov deyib ki, "Azərsun Holdinq"in yüksək keyfiyyətli bitki yağları yenə diploma layiq görülüb.

Əfsun

 

Üç nöqtə.- 2009.- 3 iyun.- S. 10.