Xalq yazıçısı Mehdi Hüseyn anıldı

 

"MEHDİ HÜSEYN - 100" ADLI KİTAB SƏRGİSİNDƏ YAZIÇININ ƏSƏRLƏRİ NÜMAYİŞ OLUNDU

 

DÜNƏN Mirzə Fətəli Axundov adına Milli Kitabxanada xalq yazıçısı Mehdi Hüseynin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi. "Mehdi Hüseyn- 100" adlı keçirilən kitab sərgisində yazıçının əsərləri onun haqqında yazılmış ədəbiyyat nümayiş etdirildi. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq yazıçı haqqında məlumat verdi.

Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli çıxışında onun yaradıcılığına keçdiyi ömür yoluna nəzər saldı. Akademik Teymur Bünyadov Mehdi Hüseyn yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidməti olduğunu vurğuladı. Qeyd edək ki, həmin gün Mehdi Hüseynin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirildi.

 

 

Üç nöqtə.- 2009.- 12 iyun.- S. 13.