"Muğamların içində "Segah"ı çox sevirəm"

 

HABİL ƏLİYEV: "İNDİ BUNA BAŞQALARININ İFASINDA QULAQ ASIRAM"

 

BİR müddət gənc sənətçiləri tənqid atəşinə tutmaqla gündəmə gələn xalq artisti, kamança ustası Habil Əliyev hazırda gününün çoxunu evdə oturub musiqi dinləməklə keçirir. O, qeyd etdi ki, uşaqlıqdan lirik mahnıları çox sevirəm: "Muğamların içində ən çox "Segah"ı dinləyirəm. Əvvəllər qəmlənəndə "Segah"ı özüm çalırdım. Lakin qüvvədən düşdüyüm üçün indi başqalarının ifalarına qulaq asıram. "Segah" mənim ruhumdadır onu dinlədikcə çox uzaqlara yol alıram. Baxmayaraq ki, 70 ilə yaxın kamança mənə övladlıq, mən ona atalıq etmişəm, indi isə ikimiz uzun illərin yorğunluğunu çıxarırıq ikimiz susuruq". Kaman ustası hazırda gəncləri müşahidə etdiyini söylədi: "Ara-sıra televiziya ekranlarından onları görürəm. Amma baxıram ki, onlar düzələn deyil. qədər irad bildirdim, gördüm ki, xeyri yoxdur, susmağa qərar verdim. Ona görə daha danışmıram. Heç televizora da baxmıram. Baxıb əsəbiləşməkdənsə, baxmamaq daha yaxşıdır. Guya onların qeyri-etik normaya sığmayan sözlərini, qeyri-professional ifalarını eşitməsəm olmayacaq?".

 

Üç nöqtə.- 2009.- 5 mart.- S. 13.