Budapeşt Azərbaycan kino həfsinin açışı olub

 

AÇILIŞDA "ƏLVİDA, CƏNUB ŞƏHƏRİ" NÜMAYİŞ ETDİRİLİB

 

ÖTƏN gün Budapeştin mərkəzində məşhur "Orkömezde" kinoteatrında Azərbaycan kino həftəsinin açılışı olub. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti verib. Məlumata görə, tamaşaçılarla görüşmək üçün milli kino xadimləri, o cümlədən aktyorlar Fuad Poladov, Ayan Mirqasımova, Mehriban Zəki Macarıstana gediblər. Həftə "Əlvida, cənub şəhəri" filminin nümayişi ilə açılıb. Təntənəli açılış mərasimində tanınmış prodüserlər, rejissorlar, kinematoqrafiya strukturlarının rəhbərləri, diplomatik korpus və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov son illər ərzində davamlı inkişaf etməkdə olan Azərbaycan-Macarıstan əlaqələrindən bəhs edib, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Cəmil Fərəcov və Yusif Şeyxov Azərbaycan kinosunun vəziyyətindən danışıblar. Qeyd edək ki, bir həftə ərzində filmlər Azərbaycan, ingilis və macar dillərində nümayiş etdiriləcək.

 

 

Üç nöqtə.- 2009.- 13 may.- S. 13.