Muğam axşamlarılayihəsi çərçivəsindəBayatı Şiraztəqdim olunub

 

Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzinin solistləri Almaxanım Əhmədli, Səbinə Ərəbli Hüseyn Məlikovun ifasındaBayatı Şiraz" muğamı təqdim ediləcək.

 

Tədbir Beynəlxalq Muğam MərkəzininMuğam axşamlarılayihəsi çərçivəsində reallaşacaq.

 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri Muğam axşamlarılayihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. Təqdim edilən konsertlərdə bu günə kimi tanınmış, görkəmli xanəndələrimizin ifasında əsas muğamlarımız təqdim edilib.

 

Layihənin konsertlərinə biletləri şəhərimizin kassalarından, “ASAN xidmətmərkəzlərindən iticket.az saytından əldə etmək olar.

 

Unikal.- 2020.- 8 fevral.- S.21.