Milli Kitabxanada Xocalı soyqırımının 34-cü ildönümü

ilə əlaqədar elektron layihələr təqdim olunub

 

Milli Kitabxanada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar elektron layihələr istifadəçilərə təqdim olunub.

25 fevral 2026-cı il tarixində Milli Kitabxanada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar, Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “26 fevral - Xocalı Soyqırımı”, “Khojaly genocideKhojaly tragedy - Photo Exhibitionadlı virtual sərgilər  istifadəçilərə təqdim olunub.

“26 fevral - Xocalı Soyqırımıadlı virtual sərgidə Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsi, bəşər tarixinin qara ləkəsi Xocalı qətliamı, Azərbaycanlılara qarşı apardığı soyqırım siyasəti, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, ağlasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciələr haqqında dövri mətbuatda çap  olunan məqalələr, Azərbaycan müxtəlif dillərdə ədəbiyyatlar fotolar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Xocali_soyqirimi/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Əcnəbi istifadəçiləri Xocalı soyqırımı haqqında məlumatlandırmaq məqsədilə ingilis dilində  təqdim olunanKhojaly genocideadlı  virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar altyazılı fotoşəkillər nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Dünya ictimaiyyətini erməni qəsbkarlarının törətdiyi cinayətlərlə tanış etmək məqsədilə ingilis dilində  onlayn rejimdə təqdim olunanKhojaly tragedy - Photo Exhibitionadlı  virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Xocalı soyqırımı haqqında fikirləri, erməni vandalizmi, Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

 

Unikal.- 2026.- 27 fevral, ¹8.- S.13.