Milli Kitabxanada Koha AKİS

üzrə onlayn təlimlər davam edir

 

Yanvar ayının 26-dan etibarən Milli Kitabxanada region kitabxanalarının əməkdaşları üçün Koha AKİS üzrə onlayn təlimlərə start verilib.

Təlimlərdə Abşeron-Xızı, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Mərkəzi Aran, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Şərqi Zəngəzur, Qarabağ, Mil-Muğan, Şirvan-Salyan Lənkəran-Astara Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) əməkdaşları iştirak edirlər. Təlim proqramının 30 yanvar tarixində yekunlaşması nəzərdə tutulur.

Proqram çərçivəsində iştirakçılara Koha kitabxana avtomatlaşdırma sisteminin yenilənmiş modulları üzrə ətraflı nəzəri məlumatlar təqdim olunur. Eyni zamanda ekran paylaşımı vasitəsilə real prosesinə uyğun praktiki əməliyyatlar nümayiş etdirilir. Təlimlər zamanı mütəxəssislərin gündəlik proseslərində qarşılaşdıqları aktual məsələlər müzakirə olunur, verilən suallar cavablandırılır mövcud problemlərin həlli istiqamətində müvafiq izahlar verilir.

 

Unikal.- 2026.- 30 yanvar, №4.- S.13.