Akademik Şəfaət Mehdiyevin xatirəsinə həsr olunmuş XIII respublika elmi konfransı keçirilib

 

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA AKADEMİK ŞƏFAƏT MEHDİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

 

ETN Geologiya Geofizika İnstitutunda (GGİ) Neftçi Geoloqlar Cəmiyyəti İctimai Birliyinin (NGC İB) təşkilatçılığı iləKarbohidrogenlərin yaranması, miqrasiyası yığılmasımövzusunda XIII Respublika Konfransı keçirilib.

Konfransın açılışında GGİ-nin baş direktoru akademik Akif Əlizadə qonaqları salamlayaraq, Akademik Ş. Mehdiyev haqqında, onun elmi bədii yaradıcılığı barədə iştirakçılara geniş məlumat verib. Bildirib ki, NGC İB böyük alimlərimizi daim yad edir bu kimi əhəmiyyətli konfransları daim yüksək səviyyədə təşkil edir.

A.Əlizadə açılış nitqindən sonra konfransı açıq elan edib sözü Cəmiyyətin sədri Elmir Qaragözova verib. E.Qaragözov qonaqları salamlayaraq təşkilatlığa görə GGİ-nun rəhbərliyinə dərin minnətdarlığını bildirib konfransı aparmaq üçün sözü Cəmiyyətin sədr müavini y.e.f.d. Elvin Əhmədova verib.

E.Əhmədov çıxışında konfransa qatılan ziyalıları, qonaqları konfrans işritakçılarını salamlayaraq, konfransın elm dünyası üçün əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, konfransda məruzə üçün 50-dən çox tezis daxil olub, bunlardan 35-i məruzə üçün seçilib. Tədbirə həmçinin SOCAR-ın vitse-prezidenti Arzu Cavadova da qatılıb. O, çıxışında belə mötəbər konfransın keçirilməsini çox önəmli saydığını bildirib təşkilatçılığa görə GGİ NGC İB - təşəkkürünü bildirib.    

Sonra tədbir plenar sessiya formatında davam edib. Plenar sessiyada NGC İB sədr müavini y.e.f.d. Elvin Əhmədov Türkiyə respublikasi Sivas Dövlət Universitetinin professoru Nazan Yalçın Erik maraqlı mövzu ilə çıxış edib. Plenar sessiyanın ardınca Konfrans öz işini gündəliyə uyğun olaraq növbəti sessiyalarla davam edib.

 

Âûøêà.-2025.- 19 äåêàáðÿ (¹48). - Ñ.4.