Müşfiq və küləklərlə dialoq...
Azərbaycanın böyük romantik şairi, ölməz misralar müəllifi, söz sərrafı, qəlblər
mühəndisi Mikayıl
Müşfiqin anım
gününə sayılı
günlər qalır.
Müşfiqin şeirlərini yenidən
vərəqləyirəm ki,
təkrar olmasın deyə, şairin anım günündə yeni fikir söyləyim.
Şeirləri vərəqlədikcə
şairin sənət
dünyasının sehrinə
dalıram... Birdən,
diqqətimi “Tozanaq” şeiri çəkdi. Oxudum, bir də
oxudum. İlahi, gözlərim önündə
görmədiyim, kinolentlərdə
izlədiyim köhnə
şəhərin, eləcə
də bu gün gördüyüm,
yaşadığım doğma
Bakı şəhərinin
mənzərəsi canlandı.
Şeirdə şair nədən, necə söz
açır, gəlin
hörmətli oxucum bunu birgə araşdıraq.
20 yaşlı Müşfiq doğulduğu,
qoynunda boy atdığı doğma Bakı şəhərinə
vurğun idi. Onun tarixi küçələrini
hər zaman, sevgi və qurur
duyduğu “Dağlı
məhəlləsi”ni, Xəzərin
sahilini gəzməkdən
doymazdı. O, zamanlar,
yəni keçən
əsrin 20-ci illərində
Bakı şəhərində
demək olar ki, yaşıllıq yox dərəcəsində
idi. Səhv etmirəmsə, təkcə
keçmiş “Qubernator
bağı” ağaclıq
idi. Bakı küləkli şəhər
olduğundan güclü
ruzgar əsəndə
aləmi tozanaq bürüyərdi. Təbii
ki, bu da
insanların rahatlığını,
istirahətini pozardı.
Şair Bakının
bu halından rahatsız olar, hiddətini misralara çevirərdi:
Yenə toz ... aman, bu toz
buludları nə istər
Bilməm səndən,
ey Bakı, sən ey atəş
diyarı!
Sən ey birdən dirçəlib, birdən
boy atan şəhər,
Üzərindən qovsana bu iynəli ruzgarı!
Şair
“bu iynəli ruzgarı” ifadəsini işlətməklə əslində
uşaqlıqdan bəri
Bakının iynə
kimi üz-gözünü
deşən, qarşısına
keçən hər bir şeyi silib-süpürən
küləyini hədəfə
alır.
Şair
şeirində bir tərəfdən qoca, uca təbiəti qınayırsa, digər tərəfdən, Bakını
bizə miras qoymuş vətən övladlarının, eləcə
də qoynunda yaşayıb, yaradan insanların təbiətə
biganə münasibətini
önə çəkir,
onları şəhəri
yaşıllaşdırmamaqda, ağac, gül-çiçək
əkməməkdə suclayır:
Fəqət onlar yapmadı,
əkmədilər bir
ağac,
Bir bağ salmadılar heç-qum dolu çöllərində,
Bir yetimin halını andıran bu ehtiyac
Təmin
olunur ancaq bu günün əllərində.
Sapsarı bir kölgənin
qubarlı əllərilə
küləklərin pəncərəsini
vurmasını istəməyən
şair əslində
bu küləklərdə,
həm də bir romantika axtarışındadır:
Neçin sokaklarından yolçular
ötən zaman
Saçlarını oxşamaz lətif əsən küləklər?
Neçin yanıq çöllərin
bitirməmiş bir fidan?
Neçin sinəni öpməz
gözü yaşlı
çiçəklər?
Tozanaqla
müşahidə olunan
bu güclü küləyin Müşfiqin
həyat sevgisi qədər sevdiyi, ömür-gün yoldaşı
Dilbər xanıma, onun gözəlliyinə zərər yetirməsin deyə, onu bədii formada dilə gətirən, ona etiraz edən
şair deyirdi:
O Dilbərin... qaşları
altındakı güllər,
ah,
Rəvamıdır bulansın zəhərli
tozlarına?
O bir yaz səhərindən
daha şux olan nigar,
Rəvamıdır sıxılsın hər
acı ruzgarınla?
Mikayıl Müşfiq qəlb,
ruh şairi, ilham şairi idi. O, həm ruzgarın xəfif pıçıltısındandan, dənizin şıltaq ləpələrinin ahəngindən,
həm quşların
cəh-cəhindən, yağışın
şırıltısından, həm də Xəzər üzərində
pərvaz edən qağayıların qıy
səsindən, başqa
sözlə, təbiətdəki
insan qəlbini riqqətə gətirən
hadisələrdən iclhamlanar,
beynindən keçən
hissləri misralara köçürərdi. Bu əsnada,
şairin məhz küləklərə münasibətini
önə çəkmək,
paralel aparmaq istəyirəm. Şair “Tozanaq” şeirində haradasa küləyə üsyan edirsə, onu “iynəli ruzgar”, “dəmir qanadlı yellər” adlandırırsa, “Küləklər”
şeirində isə
romantik prizmadan baxaraq, onun könül
rübabının siminə
bənzədir, ona “səyyah”, “bəstəkar”,
“bəxtiyar”, həmzəban
küləklər – deyə
xitab edir.
Xalq artisti Eyyub Yaqubovun
ifasında insan qəlbinə yol tapan “Küləklər” mahnısını dinlədikcə,
gözəl sənətkarımız
M.Müşfiqin küləklərlə həmsöhbət
olduğuna şahidlik
edirsən. Məhz bu paralellik M. Müşfiqin zamanın nəbzini tutmasından, küləklərlə dialoqa
girməsindən xəbər
verir:
Baxınız yurdumda kükrəyən
axına
Başlamış fikrilə dünyada
basqına:
Sizə
bir sözüm var, gəliniz yaxına,
Ey böyük gəzici,
Bəstəkar küləklər,
Dünyanı dolaşan
Bəxtiyar küləklər.
“Tozanaq” şeirində əslində şair “iynəli ruzgar”, “tozanaq” deməklə, bir növ yaşadığı
o dövrə etirazını
bildirir. Müşfiq həyata nikbin baxırdı və əmin
idi ki, zaman gələcək,
xalqımız azadlığına
qovuşacaq, Azərbaycan
müstəqil olacaq və paytaxtlar şəhəri, küləklər
şəhəri, cənnət
Bakı şəhəri
gündən-günə çiçəklənən,
gözəlləşən, yaşıllaşan, bağlar
və xiyabanlar, güllü-çiçəkli, ağaclı, hər tərəfi meşə zolaqları ilə əhatə olunmuş, füsunkar, gözəl, abad bir şəhərə
çevriləcəkdir. Bu arzu, bu istəyi
həmin şeirdə
Müşfiq uzaqgörənliklə
belə təsvir edir:
Mən istərəm dörd yanın ormanlarla qapansın,
Nəfəs alıb verəsən
göy yapraqlar içində.
Mən istərəm gənc oğlun, mən istərəm gənc qızın
Gəzdikcə zövqə dalsın
kölgə bağlar
içində.
O zaman Vaqif kibi, şaqrayan
Nədim kibi,
Sayrıyaraq həvəslə kim
eyləməz tərənnüm?
Onda hansı şairin hasil olmaz mətləbi!
Ağaclıqlarda ellər eylədikcə
təkəllüm?
Bağırarkən şeirimi mən bar-bar üfüqlərə,
Onda göy saçlarını
oxşayan dadlı yellər,
Deyil dəmir qanadlı, ipək qanadlı yellər
Bəstələyib şeirini qaçarlar üfüqlərə.
Ey böyük sənətkar,
ey sevgili Müşfiq! Sənin təxminən 100 il öncə
dilə gətirdiyin, arzuladığın, həsrətində
olduğun diləklər
bu gün çin olub. Bakı həqiqətən
də gözəl,
modern, füsunkar, həsəd
aparılası bir şəhərə çevrilib.
Bakı gündən-günə
abadlaşır, dünyanın
mədəniyyət mərkəzinə
çevrilib. Artıq
“iynəli küləklərə”,
“dəmir qanadlı yellərə”, göz dələn tozanağa rast gəlinmir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
apardığı köklü
islahatlar nəticəsində
Bakı dünyanın
ən nadir, füsunkar
şəhərlərindən biri kimi özünü
təsdiq edib. Bu inkişaf, bu tərəqqi davam edir. Əziz Müşfiq, özün də dediyin kimi:
Mənim
könlüm deyir ki,
Hələ bunlar nədir
ki,
Böyük günlər, şanlı
günlər
Şən günlər hələ
qarşımızdadır”.
Qafar Əsgərzadə
Əməkdar jurnalist, pedaqogika
üzrə fəlsəfə doktoru,
dosent.
Âûøêà.-2025.- 26 äåêàáðÿ (¹49). - Ñ.8.