Süleyman Rüstəm:
"Şüşası şeirimizin
çeşməsi dilbər
Qarabağ,.. Vətənimdir, Vətənimdir, Vətənimdir
Qarabağ"
Tarixə əl uzatmaq olmaz...
Son zamanlar
sovet dönəmində
fəaliyyət göstərən
ədiblərə qarşı
sosial şəbəkələrdə
sənəti bilməyən,
küyə düşən,
incik, bədxah şəxslər tərəfindən
qarayaxma kompaniyaları
davam etdirilir. Onlar sənəti deyil, ədiblərin konkret şəxsi keyfiyyətlərini önə
çəkir, həqiqəti
əks etdirməyən
məlumatlarla indiki gənc nəsldə çaşqınlıq yaradır,
bu ədiblərə qarşı belə demək mümkünsə,
nifrət hissi aşılamağa çalışırlar.
Əlbəttə ki, belə hallara yol vermək olmaz. Bu, tarixi
ədalətsizlik hesab
olunur.
Çox təəssüf
ki, bu siyahıda
Azərbaycanın klassik
şairləri, çox
böyük sənətkarlar
Səməd Vurğun,
Süleyman Rüstəm,
Məmməd Rahim və digərləri ilk sıralarda “yer” alıb. Bunlar o, şairlərdilər
ki, öz qiymətli sənət inciləri ilə Azərbaycan ədəbiyyatını
zənginləşdirib gələcək
nəslə əsl sənət nümunələri
ərməğan ediblər.
Hər bir dövr, özünün sənətkarlarını yetişdirir.
Bəli, məhz Süleyman Rüstəm, Səməd Vurğun və digərləri öz iradə və epoxa istəklərindən
asılı olmayaraq, sovet dövründə yaşamağa, yaratmağa
məcbur və məhkum olublar. Onlar qanlı sovet rejiminin mənəvi sarsıntılarını
yaşamış, hətta
37-ci ilin ölüm məngənəsindən çıxmaq
üçün çarpışmışlar.
Azərbaycan ədəbiyyatını,
şeirini bütövlükdə
mədəniyyətinin məhv
olmağa imkan verməyiblər. Bu o dövr idi ki,
Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq ölümə məhkum olunmuşdular. Bir anlığa düşünürəm
ki, bu böyük
ədiblərin ardınca
S.Rüstəm, S.Vurğun,
M.Rahim, R.Rza, M.Seyidzadə və digərləri də məhv edilsəydi Azərbaycan ədəbiyyatının
taleyi nece olardı?...
Uşaqlıqdan bu ədiblərin şeirləri ilə böyümüşəm. Özüm
qələm əhli, ədəbiyyat sevdalı olduğum üçün
qətiyyətlə, əminliklə,
məsuliyyətlə deyə
bilərəm ki , Səməd
Vurğun, Süleyman Rüstəm dəyərli
söz sərrafı olmaqla, əsl vətənpərvər , millətini
, xalqını, dövlətini sevən sənətkarlar kimi Azərbaycan ədəbiyyatını
inkişaf etdirmiş,
onu zirvəyə qaldırmışlar.
S.Vurğunun təkcə “Azərbaycan”
şeirini respublikamızın
ədəbi pasportu hesab etmək olar. Kiçikdən böyüyə kimi hamı bu şeiri
sevir, əzbər bilir.
Bu sözləri
Azərbaycan şeirinin
patriarxlarından biri , xalq
şairi Süleyman Rüstəmə də şamil etmək olar. O, məhz S.Vurğunun ölümündən
sonra bütün yükü öz üzərinə götürərək
şeirimizin flaqmanı
kimi Azərbaycan ədəbiyyatında bir mayaka çevrilmişdir.
40 ilə yaxın
bir müddətdə
S.Rüstəm yaradıcılığının,
irsinin araşdırıcısı
kimi məsulliyətlə
deyə bilərəm
ki, S.Rüstəm əsl vətənpərvər,
millətini sevən, vətənini daim hürr görmək istəyən, o
taylı bu taylı, bütöv Azərbaycan uğrunda şeirləri ilə mübarizə aparan , Qarabağa , Naxçıvana
və digər Azərbaycan torpaqlarına
əl uzadanları şeirləri ilə ifşa edib qamçılayan,
ürəkləri diqqətə
gətirən, qəlb
çırpındıran şeirləri,
könül oxşayan
qəzəlləri, sözlərinə
yazılmış mahnıları,
satirrik şeirləri
ilə mənfi ünsürləri qamçılayan,
dram əsərləri
ilə insanları düşündürən böyük,
sevilən sənətkar kimi Azərbaycan ədəbiyyatı
tarixində mühüm
yer tutur və bundan sonrada tutacaqdır.
S.Rüstəm yaradıcılığı Azərbaycanın
bütöv cografiyasını
əhatə edir. Bu, onun şair
xoşbəxtliyi deyilmi?
O,” şeirimin vəzninə
bənzər Xəzərin
dalğaları”
deyərək Xəzəri
ilhamla vəsf edir, özünün həyat gercəklərinin
Xəzərin əsas
gilavar və xəzrilərindən, pıçıldayan,
oynaşan, coşan ləpələrindən, köpürən,
aşandaşan dalğalarından
öyrənməsinə işarə
edir, həyatını
bir an belə
Xəzərsiz təsəvvür
etmir.
Əsərlərində Vətəni vəsf edən xeyli şeirə rast gəlinir. O, bu şeirlərində vətəni
təkcə Azərbaycan
deyib təsvir edir, onu təkcə
torpaq, hava, su kimi deyil , onu
həm də azadlıq, xoşbəxtlik,
inqilab, eləcə də istiqbal hürriyyəti nişan verir, hər zaman şeirlərinin qanad çaldığı,
siravi əsgər kimi qoruduğu nəgmələrinin cana gəldiyi ana torpağa heyranlığını
bir vətəndaş
şair kimi misralarında iftixarla, sevinclə təsvir edir.
“Oxuyun bir
qızıl kitabam mən, inqilab oğlu inqilabam mən”- deyən ustad sənətkarda Azərbaycançılıq məfkurəsi
çox güclü idi. Ömrü boyu şeirlərində Azərbaycançılığı çox mahir şəkildə, kəskin
ifadə etməkdən
heç bir zaman çəkinməzdi.
“Oyan xalqım,
xorenlər iş başındadır, xudayarlar
bekar gəzir”-deyən şair bədnam qonşuların Qarabağa uzanan qara əllərini hələ keçən əsrdən görürdü.
Qarabağın əbədi,
əzəli Azərbaycan
torpağı olmasını
sevə-sevə, təkrar
-təkrar vəsf edir, ermənilərə tutarlı cavab verilirdi.
Azərbaycan ədəbiyyatında S.Rüstəm
qədər Qarabağa
şeir həsr edən ikinci bir şairə rast gəlinmir.
S.Rüstəm şəxsiyyətinin böyüklüyü
idi ki, O, Azərbaycan SSR Ali Sovetinin sədri kimi, vətəndaş şair kimi Parlamentin
xitabət kürsüsündən
televiziya ilə birbaşa canlı yayımda özünün
Qarabağnaməsini oxuyaraq sovet rəhbərliyinə etirazını
ifadə edir, həm də ermənilərə tutarlı
cavab verərək, onların ağzını
yumur. Sovetlərin qılıncının kəsdiyi
bir vaxtda belə bir hərəkəti
etmək üçün
yalnız S.Rüstəm
olmaq lazım idi:” Şuşası şeirimizin
çeşməsi dilbər Qarabağ,.. vətənimdir, vətənimdir,
vətənimdir Qarabağ
“- deyirdi.
II dünya müharibəsi
illərində özü
də döyüşlərdə
iştirak edən S.Rüstəm şeirlərində
əsgərlərimizi düşmənə
qarşı amansız
olmağa, qələbə
çalmağa səsləyən
şeirləri ilə
oxucuların rəğbətini
qazanmış, anaların
qəlbinə məlhəm
olmuşdur.
Şeiri ürəklərə
yazılan mənəm
deyən- S.Rüstəm
həm də mahir, qüvvətli bir satirik şair
idi. Özü də çox zaraftcı, yumorlu bir insan olduğundan
şeirlərində avaraları,
bədxahları, boşboğazları,
xalq, millət malını talayanları,
müti, ikiüzlü
və yaltaq insanların mənsəbpərəstləri,
pul düşkünlərini,
vəzifə hərislərini,
insanları bezdirən,
cana gətirən, mənəm-mənəm deyən,
yaltaq ünsürləri,
riyakarlar öz kəskin qələmi ilə satirə atəşinə tutur, qamçılayardı.
Sovet senzurası
dövründə belə
satirik şeirlər yazmaq isə hər kişinin hünəri deyildi.
“Orda nişan
qoydum ayaq izlərimi, Bakılı həm
dəki Təbrizli Süleyman oldum” deyən şair ömrünün sonuna kimi o tay bu
tay, o sahil bu sahil, vahid
Azərbaycan deyərək, Cənub həsrəti ilə yaşadı, bu mövzuda yadda qalan Cənub epopeyasını yaratdı.
Bütöv, vahid Azərbaycan arzusunu əks etdirən şeirlər yaratdı.
O, 1986- cı ildə etdiyi çıxışında
vahid Azərbaycan arzusunu gizlətmir, qətiyyət nümayiş
etdirərək deyirdi:
“Mən inanıram ki, gün gələcək,
Araz çayının
2 yerə böldüyü
xalq birləşəcək,
vahid, bütöv Azərbaycan Respublikası
olacaqdır”. Bax, bu idi S.Rüstəm
şəxsiyyəti, qətiyyəti,
millətsevərliyi tarixi
təftiş edərkən
S.Rüstəmin, S.Vurğunun
və digərlərin
Azərbaycan ədəbiyyatının,
poeziyasının inkişafına, gənclərimizin
milli-vətənpərvərlik ruhunda, xalqa, millətə, dövlətə
sədaqət ruhunda tərbiyə olunması ruhunda yazdığı əsərlərin qeyd etməli onların xalq vətən qarşısında xidmətlərini
önə çəkmək
lazımdır. Gənclərə
məhz bunları aşılamaq lazımdır.
Dostlar, gəlin, tarixə əl uzatmayaq. Gənclərə yaxşı
nə varsa, onlara onu aşılayaq.
Qoy, onlar yaxşılardan bəhrələnsinlər.
Bu ruhda tərbiyələnsinlər, maariflənsinlər
Bu məqamda
qeyd edib bildirməliyəm ki, S.Vurğunu, S.Rüstəmi
ədəbi tənqid
etmək üçün
ən azı onların səviyyəsinə
yaxın şairlər
olub söz demək haqqına malikdirlər. Təsadüfi
insanlar isə gedib onların zəngin yaradıcılığı
ilə yaxından tanış
olub, maariflənsinlər.
Bu, mənim
məsləhətimdir, onlara
tövsiyəmdir.
Ədiblərin ruhuna hörmət əlaməti olaraq.
Qafar Əsgərzadə
Əməkdar jurnalist
Pedaqogika üzrə fəlsəfə doktor, dosent
Âûøêà.-2025.- 28 ôåâðàëÿ (¹8). - Ñ.8.