Kitabxanada böyük ədiblərin yubileylərinə
həsr olunmuş videoçarxlar hazırlandı
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında
həyata keçirilən
Yubileylər silsiləsi
layihəsi çərçivəsində
XIX əsr Azərbaycan
şairi, pedaqoq, maarifçi və tərcüməçi Seyid
Əzim Şirvaninin
190 illik yubileyinin qeyd olunması və XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
Xalq şairi Bəxtiyar Vahabzadənin
100 illik yubileyi ilə
əlaqədar videoçarxlar
hazırlandı.
Seyid Əzim
Şirvaninin 190 illik yubileyinə həsr olunmuş videoçarx Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sitatları ilə başlayır.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamında qeyd olunur: Seyid Əzim Şirvani yaradıcılığı boyu...
Şərq poeziyasının
çoxəsrlik ənənələrini
yüksək sənətkarlıqla
davam etdirmiş, ...Azərbaycan ədəbiyyatının
yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır.
Videoçarxda Seyid Əzimin həyatı və ədəbi yaradıcılığı, pedaqoji
fəaliyyəti haqqında
məlumat verilir. Qeyd olunur ki,
S.Ə.Şirvani 1869-cu ildə
Şamaxıda Üsuli-cədid
məktəbini açır
və ömrünün
sonuna qədər bu məktəbə rəhbərlik edir. Onun şagirdləri arasında böyük satirik şair M.Ə.Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və b. yazıçılar
da olub. Seyid Əzim Şirvaninin yazdığı
hekayələr Qori seminariyasının Vətən
dili dərsliyinə daxil edilmişdir.
Videoçarxda izləyicilərə təqdim
olunan maraqlı məlumatlardan biri də odur ki,
1874-cü ildə Şamaxıda
yeni açılan məktəbdə Seyid Əzim Azərbaycan, fars dili və
şəriət müəllimi
təyin olunur. Sonralar həmin məktəbə rəhbərlik
edir.
Seyid Əzim
Şirvani maarif sahəsindəki xidmətlərinə
görə, 1886-cı ildə
gümüş medalla
təltif olunur. Bu sənədin əsli Azərbaycan
SSRİ Daxili İşlər
Nazirliyinin arxivində
saxlanılır.
İzləyicilərə təqdim olunan maraqlı məlumatlardan biri də odur
ki, 1920-ci ilə qədər S.Ə.Şirvaninin
əsərlərinin 5 nəşri
var idi: Tiflisdə (1895), Təbrizdə
(1895-1897 və 1912), Bakıda
(1902). 1920-ci ildən sonra
S.Ə.Şirvaninin əsərləri
tərcümə edilərək
digər dillərdə
də nəşr olundu.
Seyid Əzim
Şamaxıdakı Beytüs-səfa
(Paklar evi) şairlər məclisinə
də uzun illər rəhbərlik edir. Şair lirik qəzəllərində
Füzuli ənənələrini
davam etdirmiş, satirik şeir və təmsillərində
insanları maarifə
və mədəniyyətə
çağırmışdır. M.M.Nəvvab, F.b.Köçərli,
F.Qasımzadə, M.A.Dadaşzadə,
H.Araslı və b. onun şeir və qəzəllərinə
yüksək qiymət
veriblər.
Videoçarxda şairin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş bölmə var.
Videoçarxda şairin bir neçə qəzəlləri
və qəzəlinə
yazılmış mahnı
səsləndirilir.
Xalq şairi
Bəxtiyar Vahabzadənin
100 illik yubileyinə həsr olunmuş videoçarx Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin bu sözləri ilə başlayır: İkinci bir Bəxtiyar Vahabzadə yoxdur. O, başqasına bənzəmir
və onu heç kəs əvəz edə bilməz. Ulu Öndər Bəxtiyar Vahabzadə ilə görüşən zaman
ona demişdir: Xalqın düşüncə
və arzuları, hiss və duyğuları,
istək və amalları həmişə
sizin zəngin yaradıcılığınızın, mübariz poeziyanızın
cövhəri olmuşdur.
Sonra videoçarxda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin: Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin
xüsusi mövqeyə
malik görkəmli sənətkarlarındandır... Tarixi-mədəni dəyərlərə
ehtiram və ana dilinin saflığının
qorunması Bəxtiyar
Vahabzadənin fəaliyyətinin
mühüm istiqamətlərindən
birini təşkil edirdi, sitatı verilir.
Videoçarxda Ulu
Öndərin Xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşünün
fraqmenti, Ulu Öndərin və B.Vahabzadənin lentə alınmış çəkilişlərindən
parçalar təqdim
olunur.
Videoçarxda qeyd olunur ki,
Azərbaycan dilinin saflığı, təmizliyi
və zənginləşməsi
uğrunda mübarizə
B.Vahabzadə yaradıcılığının
mühüm istiqamətlərindən
birini təşkil edib. Ana dilimizi
yorulmadan təbliğ
edən B.Vahabzadə böyük bir ədəbi irsi gələcək nəsillərə
yadigar qoyub. Şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini
yaratmağa müvəffəq
olub.
Şairin dərin
lirizmi ilə səciyyələnən sözlərinə
çoxsaylı mahnılar
bəstələnib. Bədii
yaradıcılığa 1943-cü ildə Ana və şəkil adlı ilk şeiri
ilə başlayıb.
Mənim dostlarım
adlı ilk kitabında toplanmış
lirik şeirlərdə
faşizmə qarşı
mübarizədə qalib
çıxmış xalqın
duyğu və düşüncələri əks
olunub. O, 1958-ci ildə
yazdığı Gülüstan
poemasında iki yerə parçalanmış
Azərbaycanın tarixi
faciəsini dilə gətirmişdir. B.Vahabzadə
70-dən artıq şeir
kitabının, 2 monoqrafiyanın,
11 elmi-publisist kitabın
və yüzlərlə
məqalənin, tarixi
və müasir mövzuda 20-dən artıq
irihəcmli poemanın
müəllifidir.
Videoçarxda Xalq şairinin bir sıra kitabları
nümayiş olunur. Onun Azərbaycan və xarici ölkə teatrlarının
səhnələrində uğurla
tamaşaya qoyulan və müəllifinə
geniş şöhrət
gətirən pyesləri
haqqında məlumat verilir. Görkəmli şairin 1960-2003-cü illərdə
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında tamaşaya qoyulan İkinci səs, Vicdan, Yağışdan
sonra,Yollara iz düşür, Fəryad, Hara gedir bu dünya?,
Özümüzü kəsən
qılınc, Cəzasız
günah, Dar ağacı, Rəqabət
pyesləri qeyd olunur.
Videoçarxda B.Vahabzadənin təltif və mükafatlarıda yer alır. Burada Xatirəsi Azərbaycanda, Xaricdə
bölmələridə var.
Xalq şairinin Şəki şəhərindəki
Ev-muzeyi haqqında da məlumat verilir və muzeydəki bəzi eksponatlar nümayiş olunur.
Hər iki
videoçarxda Azərbaycan
Respublikası Prezidenti
İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında
12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə Seyid Əzim Şirvaninin və Bəxtiyar Vahabzadənin əsərlərinin
nəşr olunması
qeyd olunur.
Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:
Āūųźą.-2025.- 18 čžė’ (¹26). - Ń.6.