Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası
Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii
gecə keçirdi. Tədbirdə Türkiyə
və Norveçdən
gələn şairlər
də iştirak etdi.
Vətən, torpaq uğrunda canlarından keçmiş
şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş
sözü ilə tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə
Məmmədova açaraq,
qonaqları salamladı.
O çıxışında qeyd etdi ki,
2025-ci il bayramlar ilidir. Cənab Prezidentin Sərəncamı
ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. L.Məmmədova
qeyd etdi ki, vətənpərvər
şairimiz Bəxtiyar
Vahabzadənin yubileyi təntənəli, bayram şəraitində keçir.
Xalq şairi Bəxtiyar Vahabzadənin
100 illik yubileyi ilə bağlı 21 fevral 2025-ci il tarixində Sərəncam
imzalamışdır. O qeyd
etdi ki, şairin yubileyi ilə əlaqədar MKS-də silsilə tədbirlər həyata keçirilir. Mərkəzi
Kitabxanada inşa, esse və şeir
müsabiqələri təşkil
olunmuşdur.
Filologiya elmləri
doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Cənubi Azərbaycan
şöbəsinin mütəxəssisi,
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın
Fəxri oxucusu Esmira Fuad qeyd
etdi ki, Bəxtiyar Vahabzadə bütün türk dünyasının şairidir.
Bəxtiyar Vahabzadə
yaradıcılığına türkçülüyü gətirirdi.
Təsadüfi deyil ki, “Gülüstan” poeması dillərdə əzbər olmuşdur. O özü də etiraf edirdi ki,
mən istədiyim zaman sözümü deyə bilmişəm. Bəxtiyar Vahabzadə təbiət, humanistlik, sevgi şairi idi.
Filologiya elmləri
doktoru, professor Yeganə İsmayılova çıxışında qeyd
etdi ki, Bəxtiyar Vahabzadə bir filosof idi.
“Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetində Azərbaycan
ədəbiyyatı tarixi
kafedrasında Bəxtiyar
Vahabzadəni tədris
edirəm. Şairin 90
illik yubileyi qeyd olunan zaman
mən elmi məqalə ilə çıxış etmişdim.
Və artıq 100 illik yubileyi ilə əlaqədar Şəkidə keçiriləcək
simpoizumda çıxış
edəcəm”. O, Bəxtiyar
Vahabzadə haqqında
duyğularını dilə
gətirən yazı
ilə tədbir iştirakçılarını tanış etdi. Y.İsmayılova çıxışını
şairin şeirləri
ilə yekunlaşdırdı.
Yazıçı-publisist,
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın
Fəxri oxucusu Reyhan Mirzəzadə çıxışında Bəxtiyar
Vahabzadənin böyük
şair olduğunu vurğuladı. “Azərbaycanın
ağrılı-acılı günlərində radioda
Bəxtiyar Vahabzadənin
və Mirzə Xəzərin səsi gəlirdi. B.Vahabzadə öz dövründə bütün şairlərə
yüksək qiymət
verirdi. Bəxtiyar Vahabzadə yaradıcılığını
oxuyanda hər bir söz hədəfə
dəyir”. R.Mirzəzadə
tarixçi alim Lev Qumilyovun Bəxtiyar Vahabzadə yaradıcılığına verdiyi
rəy və yüksək qiymət haqqında danışdı.
Tükiyənin tanıınmış şairi,
hekayə və roman yazarı Selvigül Şahin çıxışına qələmə
aldığı şeiri
ilə başladı.
O, B.Vahabzadə haqqında
fikirlərini bölüşdü.
Qeyd etdi ki, böyük şairlər ölmürlər,
özlərindən sonra
yetişən şairlərə
örnək olur, əsərlərini miras qoyurlar.
Türkiyədən gələn qonaq, tanınmış yazıçı
Suheyla Karaca çıxışına “Azərbaycan-Türkiyə”
şeirini söyləməklə
başladı. O, Azərbaycan
xalqının sənətçi
ruhuna aşiq olduğunu bildirdi. Ədəbi-bədii gecədə
şeir söyləyən
uşaqların içində
milli ruhu görəndə xoşbəxt
olduğunu bildirdi. “B.Vahabzadə təkcə öz millətinin yox, bütün türk dünyasının
şairi idi”, – deyə çıxışını
yekunlaşdırdı.
Osloda Azərbaycan
Məktəbinin koordinatoru,
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın
Fəxri oxucusu Günay Əliyeva çıxışında qeyd
etdi ki, Bəxtiyar Vahabzadə bizim üçün bir məktəbdir. Biz onun hər
misrasından nəsə
öyrənirik. O, B.Vahabzadənin
“Kitab” şeirini söylədi.
Filologiya üzrə
fəlsəfə doktoru
Xəyalə Əfəndiyeva
tədbirə dəvətə
görə təşəkkürünü
bildirdi. O, B.Vahabzadə
yaradıcılığı haqqında fikirlərini bölüşdü. X.Əfəndiyeva
tələbə vaxtı
şairə portret hədiyyə etməsindən
danışdı. Bildirdi
ki, B.Vahabzadə ona “mənim şəklimi yox, taleyimi çəkmisiniz” cavabını vermişdir.
Yasamal rayon
Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova Ulu Öndərin adını daşıyan
Mərkəzdə ədəbi-bədii
gecələrin təşkilinə
görə L.Məmmədovaya
öz təşəkkürünü
bildirdi. N.Ömərova
çıxışında Bəxtiyar Vahabzadənin bütün türk dünyasının şairi,
Vətəninə bağlı
bir şair olduğunu vurğuladı.
O, Ümummilli Lider Heydər Əliyevin B.Vahabzadə xəstəxanada
olarkən onu ziyarət etməsi və onların dialoqlarından tədbir iştirakçılarına məlumat
verdi və qeyd etdi ki,
mərkəzimizin fondunda
Xalq şairinə aid lent yazıları
da vardır.
Tanınmış şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov
Türkiyədən qonaq
gələn yazarlara həsr etdiyi şeirini, şair Aytəkin Mehmanqızı,
225 ¹-li tam orta məktəbin direktor müavini Zenfira Nusalova B.Vahabzadənin şeirlərini
səsləndirdilər. Tədbir
iştirakçılarından İlahəxanım Rəşidova
Xavər Xəlilinin şeirini, 128 ¹-li tam orta məktəbin
1-ci sinif şagirdi Tunay Həsənov “Azərbaycan-Türkiyə” şeirini
söylədi.
Esse, inşa
və şeir müsabiqələrinin qalibləri
Nəzakət Cəfərliyə,
Davud Orucluya, İlahə Quluzadəyə,
Şahhüseyn İbrahimova,
şeir müsabiqəsinin
qalibləri Allahverdi Ramazanova, Azərin Quliyevaya, Şücayət
Kərimzadəyə, Züleyxa
Xudiyevaya, Heydər Əliyevə, Fateh Qədirova diplom və təşəkkürnamələr
təqdim edildi.
Tədbirin bədii
hissəsində M.Ş.Vazeh
adına Mərkəzi
Kitabxananın Fəxri
oxucusu, muğam ustası, xanəndə
Maya Cəbrayılova “Çanaqqala
Müzəffər” və
“Nədən oldu”, Xan Şuşinski adına Ağdam rayon Musiqi Məktəbinin
şagirdləri “Tar-kamanım
gəl, gəl”, “Heydərbabaya salam”, “Azərbaycanım” mahnılarını
və muğamlar ifa etdilər. Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva, qavalda Əziz Mənsimli müşayiət edirdi.
Türkiyədən təşrif buyuran dəyərli və hörmətli yazarlar – Selvigül Şahin və Süheyla Karacaya Azərbaycan ədəbiyyatını sevən,
onu təbliğ etdiyinə görə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın
Fəxri oxucusu diplomları təqdim olundu. Azərbaycan muğamını, xalq musiqilərini peşəkar
səviyyədə təbliğ
etdiklərinə görə
Xan Şuşinski adına Ağdam rayon Musiqi Məktəbinin
müəllimləri – kamança
ifaçısı Lalə
Əfəndiyeva, tarzən
Famil Məmmədov, qaval ifaçısı Əziz Mənsimli və tanınmış kamança ifaçısı
Xətayə Cəfərova,
sözügedən musiqi
məktəbinin şagirdləri
Tunar Əzizov, Fatimə Kərimli, Sübhan Ağazadə və Mətin Cəfərov xalq musiqilərini gözəl
ifa etdiklərinə görə təşəkkürnamələrlə
təltif olundu.
Yubiley tədbirində
alimlər, şair və yazıçılar,
KİV nümayəndələri, ziyalılar və geniş ictimaiyyət nümayəndələri iştirak
etdilər.
Tədbirdə Xalq şairi Bəxtiyar Vahabzadənin
100 illik yubileyinə həsr
olunmuş videoçarx
nümayiş olundu. Videoçarx kitabxananın
YouTube kanalında yerləşdirilmişdir:https://www.youtube.com/watch?v=lC5LnmdPuxo&t=54s
A. Həsənova,
T. Heydərova
Âûøêà.-2025.- 26 èþíÿ (¹23). - Ñ.8.