XI Bakı Beynəlxalq Kitab Sərgisində oxuculara yeni kitab təqdim edildi

 

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilati dəstəyi ilə Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin   Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modelikitabının yeni nəşrinin təqdimatı imza günü keçirildi.

Şərq-Qərbnəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı tədbiri giriş sözü ilə açaraq kitabın məzmunundan yüksək elmi-nəzəri əhəmiyyətindən danışaraq vurğulayıb ki, müəllif əsasən dünya türklüyünün bütövlük gerçəkliyi üzərində dayanaraq real faktlar əsasında vacib məqamları əsərdə işiqlandırıb. Kitabda türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti yeni yanaşma kontekstində təhlil edilir.

Monoqrafiyanın türk dünyasının tarixi bu günü haqqında sanballı bir araşdırma əsəri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli kitabın elmi tarixi əhəmiyyətindən danışaraq, əsərdə türk dünyasının gələcəyi ilə bağlı mühüm inkişaf istiqamətlərinin perspektivləri haqqında mülahizələrin yer aldığını, türkdilli ölkələr arasında inteqrasiyanın prinsip strategiyası barədə yeni təkliflərin irəli sürüldüyünü vurğuladı. Akademik qeyd etdi ki, kitabda türk dünyasının birləşməsi üçün irəli sürülən mülahizələrdə demokrat, hüquq ədalətlik prinsipləri önə çəkilib bu qaydalar hər zaman qədim türklərin yaşam tərzi olub. Əsər elm ocaqları üçün dolğun dərs vəsaitidir, elmi araşdırmaçılar, müəllim  tələbələr  kitabdan dəyərli məlumatlar alacaqlar. Çıxışının sonunda türk dünyası qarşısında xidmətlərinə görə Cavanşir Feyziyevə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyiAtatürkmükafatını təqdim edən İsa Həbibbəyli qardaş Türkiyə elm adamlarını təbrikini müəllifə çatdırdı.

Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki təmsilçisi Ufuk xanım Turganer bu akademik nəşrin onunla bağlı keçirilən elmi müzakirənin türk ideoloji fikrinə qatdığı dəyərdən, kitabın müəllifi Cavanşir Feyziyevin elmi yaradıcılığı ilə yanaşı, eyni zamanda Azərbaycan-ŞKTC Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri kimi hədəfli çoxşaxəli fəaliyyətindən söz açdı. Şimali Kipr Türk Cumhuriyyətinin ölkəmizdəki təmsilçisi U.Turganer bu akademik nəşrin onunla bağlı keçirilən elmi müzakirənin türk ideoloji fikrinə qatdığı dəyərdən, kitabın müəllifi Cavanşir Feyziyevin elmi yaradıcılığı ilə yanaşı, eyni zamanda Azərbaycan-ŞKTC Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri kimi hədəfli çoxşaxəli fəaliyyətindən söz açdı.

Şərq-Qərb” ASC-nin Nəşriyyat Departamentinin direktoru Sevil İsmayılova, ADPU-nun professoru Elman Quliyev, Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Naci Yengin b. çıxışlarında vurğuladılar ki, Türk Dövlətləri Birliyi ideyasının ilk dəfə olaraq sistemli şəkildə konseptual bir model kimi, geniş dərin təhlillər əsasında irəli sürülməsi, kitabda 300-dən çox elmi ədəbiyyat mənbədən istifadə olunması, əksəriyyətinin türk, ingilis, rus digər xarici mənbələr olması kitabın müstəsna dəyərini daha da artırır.

Tədbirin bədii hissəsində MKS-in direktoru, tarixçi-alim, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova çıxışında Cavanşir Feyziyevin maarifçi ziyalı kimi yüksək insani məziyyətlərindən, gənc nəslin təhsilinə göstərdiyi xidmətlərdən söz açaraq ona rəhbərlik etdiyi kitabxananın Fəxri oxucusu Diplomunu təqdim etdi. O, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir müəllimin rəhbərliyi ilə keçirdiyi respublika beynəlxalq miqyasda konfranslardan danışıb, millət vəkilinin bu yaxınlarda Türkiyənin ucqar əyalətlərindən olan Toqat vilayətinin Rəşadiyyə bölgəsində kitabxana yaradılmasına yaxından göstərdiyi dəstəyi iştirakçıların diqqətinə çatdırıb.

AMEA-nın Folklor İnstitunun əməkdaşı, istedadlı sənətkar, aktrisa Həlimat Sultanın Yunus Əmrə yaradıcılığına müraciətlə hazırladığıEşqkompoziyası, şair Qadir Hüseynovun Cavanşir Feyziyevə həsr etdiyi şeirin Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi Zəhra Sayadzadə səsləndirdi, bədii qiraətçi Bəhiyyə Nağıyevanın çıxışı, tanınmış xanəndə, muğam ustası, müəllim Maya CəbrayılovanınÇanaqqalatürküsü tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

 

Tədbir iştirakçılarına dərin minnətdarlığını ifadə edən müəllif Cavanşir Feyziyev müasir dünyada baş verən qlobal proseslərin türk dünyasından da yan keçmədiyini qeyd edərək, yeni şəraitdə türk dövlətlərinin inteqrasiya proseslərinə fəal şəkildə qoşulmaq zərurətindən danışdı. O, 30 il əvvəl müstəqilliyini bərpa etmiş türk dövlətlərinin tarixi, milli, mədəni birliyi ortaq sivilizasiya mənsubiyyəti əsasında  vahid siyasi platforma ilə çıxış edə biləcəyini vurğuladı. Bu gün dünya siyasi xəritəsində yer alan müstəqil türk dövlətlərinin beynəlxalq hüquq əsasında bərabərhüquqlu müttəfiqləşməyə dayanan siyasi birliyinin mümkünlüyünü türkdilli xalqların gələcək taleyi baxımından bu birliyin taleyüklü məsələ olduğunu qeyd edən deputat, mövcud türk dövlətlərinin gələcək inteqrasiya mərhələlərinə daha fəal dəstək verəcəklərinə inandığını söylədi.

Sonda Cavanşir Feyziyev oxucuların suallarını cavablandırdı çoxsaylı oxucularınaTürk dövlətləri birliyi. Qlobal inteqrasiyanın türk modelikitabını imzaladı.

Təqdimatda ziyalılar, ictimaiyyət KİV nümayəndələri, tələbələr, müəllim şagirdlər, kitabxanaçılar geniş oxucu kütləsi iştirak etdi.

 

Âûøêà.-2025.-10 îêòÿáðÿ (¹38). - Ñ.8.