Xalq yazıçısı
Elmira Axundovanın yaradıcılıq gecəsi
keçirildi
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin və Azərbaycan Milli İncəsənət
Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı
Elmira Axundovanın yaradıcılıq gecəsi
keçirilib.
Planetnews.AZ xəbər verir ki, tədbirin
aparıcısı tarix
üzrə fəlsəfə
doktoru, Fəxri mədəniyyət işçisi,
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova qonaqları
salamlayıb və bildirib ki, Elmira
Axundova müasir Azərbaycan ədəbiyyatının
parlaq simalarından biridir, yazıçının
çoxşaxəli və
zəngin yaradıcılığı
təkcə bədii əsərlərlə məhdudlaşmır.
Yazıçının publisistik,
ictimai-siyasi, diplomatik fəaliyyəti də xüsusi əhəmiyyət
daşıyır. Qeyd
olunub ki, Elmira Axundovanın əsərləri geniş
oxucu auditoriyası tərəfindən maraqla
qarşılanır, müxtəlif
dillərə tərcümə
olunur və ölkəmizin ədəbi
mühitində mühüm
yer tutur. Yazıçının Ümummilli
Lider Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr etdiyi əsərləri, onun 6 cildlik “Heydər Əliyev. Şəxsiyyət
və Zaman” tədqiqat-romanı mühüm
tarixi mənbədir.
L.Məmmədova qeyd etdi ki,
E.Axundovanın əsərlərinin
qəhrəmanları arasında
görkəmli oftalmoloq-alim
Zərifə Əliyeva,
Prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Xalq yazıçıları İmran
Qasımov, Mirzə İbrahimov, İsmayıl
Şıxlı, Natiq
Rəsulzadə və
Anar, şair, jurnalist Tahir Aslanlı, dünyaşöhrətli
yazıçı Oljas
Süleymenov, istedadlı
jurnalist-reportyor Fərid
Xayrullin, hamımızın
sevimlisi, zarafatları
ilə üzümüzdə
təbəssüm yaradan
Anar Məmmədxanov,
dünyada ilk və ən böyük Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə
Salahova və b. var.
Xalq yazıçısı
Natiq Rəsulzadə çıxışında vurğuladı
ki, E.Axundova ədəbiyyatın ən
çətin janrlardan
biri olan bədii publisistika ustasıdır. O, çoxsaylı
mənbə və sənədlərlə işləyir
və yorulmaz əməyi nəticəsində
maraqlı kitablar yazır.
Tədbirdə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın
fəxri və fəal oxucuları Şahzadə İldırım,
Zeynəb Cəmaləddin,
Nəzrin Dadaşova, Nəzakət Məmmədova,
Zemfira Məhərrəmli,
Aleksandra Nikuşina, Lyubov Ələkbərova,
Nəzrin Məmmədova,
Zenfira Əliyeva, Günel
Zaur və b. Elmira Axundovanın Ulu Öndər Heydər Əliyevin vəfatı ilə bağlı dərc olunmuş məqalədən, “Bu bizik”, “Kapitanın taleyi” kitablarından, yazıçının Böyük
Zəfərimizə həsr
etdiyi essedən sitatlar gətirdilər.
Bədii hissədə
Zülfi Əsədzadə
və Orxan Cəlilov Cahangir Cahangirovun “Alagöz”, Tofiq Quliyevin “Lirik mahnı” və “Qızıl üzük” mahnılarını,
“Küçələrə su səpmişəm” xalq mahnısını ifa
etdilər. Onları royalda Günel Hacıyeva müşaiyət
etdi.
Yaradıcılıq gecəsində Xalq yazıçısı Elmira
Axundova oxucuların çoxsaylı suallarına
cavab verdi, bütün tədbir iştirakçılarına avtoqraflı
kitablarını hədiyyə
etdi.
Xalq yazıçısı
Elmira Axundovavın yaradıcıllığına həsr olunmuş videoçarxlar və onun şəxsi arxivindən virtual fotoalbom nümayiş olundu.
Tədbirdə ədəbiyyat və mədəniyyət nümayəndələri,
şair və yazıçılar, ziyalılar,
tələbə və
gənclər, M.Ş.Vazeh
adına Mərkəzi
Kitabxananın fəal
və Fəxri oxucuları, geniş ictimaiyyət və KİV
nümayəndələri iştirak
ediblər.
Âûøêà.-2026.- 20-27 ôåâðàëÿ (¹07). - Ñ.6.