Mətbuat tariximizin yorulmaz tədqiqatçısı

 

Nazim Axundovun son yazısı "Şuşa, ay Şuşa" olmuşdu

 

S.Mümtaz adına Ədəbiyyat İncəsənət arxivi artıq rəsmi sənədlə 45-ci baharını yaşayır. Hər il yaradıcı şəxsiyyətlərdən on minə qədər sənədlər qəbul edir, onların adına şəxsi fondlar yaradır, kiminsə vaxtilə qəbul olunmuş sənədlərinin siyahısını daha da artırırıq. Zəngin mənəvi xəzinəmizi artıq gördüyü işlərin elmi əhəmiyyəti yüzlərlə məqalələrdə, onlarla kitablarda təsdiqini tapıb. Bu indi uğurla davam etdirilir. Hər il onlarla tədqiqatçı şəxsi fondlara müraciət edir. Arxivin profili olan idarə təşkilatların da sənədlərindən istifadə olunur.

Şəxsi mənşəli sənədlərdən biri 442 saylı fonddur. Mətbuat tariximizin yorulmaz tədqiqatçısı, ədəbiyyatşünas, professional biblioqraf kitabşünas Nazim Fərrux oğlu Axundovla (1924-1994) Şuşada tanış olmuşdum. Zəngin şəxsi arxivindəki sənədləri isə sonuncu dəfə gətirəndə erməni vəhşiləri artıq Qarabağa hücuma başlamışdılar. Ağdamda yerləşən mənzilindən 1989-cu il aprelin 5-də sənədlərini Bakıya gətirmişdik. O illərdə artıq məkrli, xisləti vəhşilikdən yoğrulmuş, suyumuzu, çörəyimizi, havamızı udan ermənilər qanlı dişlərini doğma diyarımıza - Qarabağımıza tuşlayan günlərdə Nazim müəllim qəbul etdiyimiz sənədləri Xankəndindəki mənzilindən Ağdama gətirmişdi. Mənə telefon açaraq təcili Ağdama çağırdı. Ağdamda fikirləşdik ki, sənədləri necə Bakıya çatdıraq? Plan belə oldu: Bakı-Ağdam marşrutu ilə işləyən "İkarus" markalı avtobusun yük yerinə həmin sənədləri yığıb Bakıya çatdıraq. Planımız baş tutdu. 2268 sənədi mənəvi xəzinəmizə gətirdik. Alimin son yazısı isə "Şuşa, ay Şuşa" olmuşdu. N.Axundovun arxivimizdə olan 4 elmi siyahısını nəzərdən keçirərkən yorulmaz əməyi gözümüzdə birə on qat artır. Tədqiqat işləri müxtəlif mövzularda olsa da, mətbuat tariximizi sistemli öyrənməyi ömrünün sonuna qədər davam etdirən Nazim müəllim tarixi bir missiyanı yerinə yetirdi.

O, 1924-ci ildə Şuşa şəhərində anadan olub, orta təhsilini Mirbəşir (indiki Tərtər) rayonunun Qaynax kəndində alıb, 1937-ci ildə Bakı Xalq maarif şöbəsinin pedaqoji məktəbinə daxil olub. Pedaqoji məktəbi bitirdikdən sonra bir çox məktəblərdə dərs deyib, ali təhsilini indiki Pedaqoji Universitetdə başa vurub. O, 1945-ci ildə aspiranturaya daxil olub, 1948-ci ildə "Molla Nəsrəddin" jurnalının nəşr tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edib. 1958-ci ilə qədər Elmi-tədqiqat Pedaqoji Elmlər İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. Sonralar Azərbaycan Elmlər Akademiyası elmi kitabxanasının direktoru, Ədəbiyyat Dil institutunun dövri mətbuat biblioqrafiya şöbəsinin müdiri vəzifələrində işləyib.

1966-cı ildə Azərbaycanın satira jurnalları mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, "Molla Nəsrəddin" jurnalının nəşr tarixi (1959), "Azərbaycan satira jurnalları" (1968) adlı monoqrafiyalarını, M.Ə.Sabir (1959), Cəfər Cabbarlı (1964), "Azərbaycan dövrü mətbuatı" (1965), Səməd Vurğun (1965) biblioqrafiyalarını nəşr etdirib. Eyni zamanda onun şəxsi fondundakı sənədləri arasında mətbutımızın izahlı biblioqrafiyaları, onlarla görkəmli şəxsiyyətlərimiz barədə elmi məqalələr, Beneqsin (Paris Universitetinin professoru), Q.Xəzai (Berlin), V.Samadov, N.Məsumi (Düşənbə), O.Maltsere, İ.Oratovski, M.Hüseyn, O.Sarıvəlli, M.C.Paşayev, Ə.Şərif, Ə.Cəfərzadə, Ə.Xanbabayev onlarla şəxslərdən məktublar da diqqəti cəlb edir.

N.Axundovun fondunda 6 mindən çox sənədi, dörd elmi siyahısındakı sənədlərlə yanaşı çox qədim kitablar da var. Bütün bu zəngin şəxsi arxivindəki sənədlər arasında "Əkinçi" qəzeti barədə xüsusi biblioqrafiyası məqaləsi diqqəti cəlb edir. "Əkinçi" qəzetinin məqsədi mündəricəsi haqqında məlumat verən N.Axundov qəzetdəki yazılar barədə fikirləri açıqlayır.

"Əkinçi" qəzetinin nəşri üçün çəkilən zəhmət mətbəə çətinlikləri haqqında H.B.Zərdabinin 135 il bundan əvvəl dediyi sözləri bu gün xatırlamaq yerinə düşər: "Dünyada hər qəzeti beş, ya on adam inşa edir. Onu çap edən hüruflarını düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən tək özüm görüm. Hətta bizim müsəlman şəhərində bir savadlı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin, ya hüruflarını düzsün".

Nazim müəllim vaxtilə "Əkinçi"nin izahlı biblioqrafiyasını tərtib edəndə cəmiyyətimizdə olan mənfiliklərlə mübarizədə tərəqqipərvər mətbuatın rolu haqqında Zərdabinin fikirlərini önə çəkmişdi: "Qəzetə dərviş kimi nağıl deyə bilməz. Onun borcudur işlərin yaxşı yamanlığını ayinə kimi xəlqə göstərsin, ta xalq öz bədindən xəbərdar olub, onun əlacının dalınca olsun".

"Əkinçi" qəzetinin izahlı biblioqrafiyasının hər sayını vərəqlədikcə Zərdabinin o illərdəki yanğısının yeni qatlarını görürük. Nazim müəllim isə həmin yanğının hər sahədə olmasını qısa fikirlərlə bir daha bugünümüzə çatdırır. Məsələn, Gəncə Bakı əyalətlərində XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəlləridə yeni məktəblərin açılması, rus dilinin tədrisi Qori seminariyasına daxil olmaq şərtləri haqqında bu fikrini önə çəkir: "Ey elm təhsil edən cavanlarımız! Doğrudur bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əhvalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər: Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü, milləti, qardaşlarınızı atıb onları kor, sərgərdan qoyasınız. Bəs ləzzəti-dünyaya tamah etməyib, öz qardaşlarınızı əməli-xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamşünas daşa bassın. Siz millət üçün zəhmət çəkirsiniz bişəkk gələcəkdə, millətin gözü açılanda sizi şəhid hesab edib, rəhmət oxuyacaq" (11 iyul 1876).

XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində mətbuatımızda intibah dövrü başlandı. "Molla Nəsrəddin" "Sizi deyib gəlmişəm"-deyə hayqırdı, "Şərqi-rus", "Kaspi", "Ziyayi-Qafqaziyyə" sonralar onlarla nəşrlər xalqımıza cani-dildən xidmət etdilər.

Nazim Axundov şüurlu həyatını bu nəşrlərin tədqiqinə sərf etdi. Mətbuat tariximizlə bağlı soraqları yaradıcı şəkildə bir yerə topladı gələcək nəsillərə hədiyyə etdi.

135 il bundan əvvəl H.B.Zərdabi yazmışdı: "Hər tayfanın vətəndaşlıq millətin keçmişdə olan yaman yaxşı günlərini şəhr edən mahnılar olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Bizim şüəralar bir-birini həcv ya mədh etmək əvəzinə zikr olan məzmunda mahnılar düzəldirlər ki, onlar ağızdan-ağıza düşüb xamı nadanlıqdan danalığa təhrik etməyə bais olardı".

Milli mətbuatımızın 135 illiyi ərəfəsində mətbuatımızın cəfakeşi olan Nazim Axundov zəngin şəxsi arxiv sənədlərində mətbuatımızın yüzlərlə qəzet jurnallarının yaranma, bağlanma tarixlərini səbirlə araşdırıb. Özü ədəbiyyətə qovuşub, yazıları isə bu gün yeni tədqiqatçıların əlindən tutur.   

 

 

Maarif Teymur

 

Xalq Cəbhəsi.- 2010.- 13 may.- S.14.