Qadın yazıçıların triumfu

 

Afaq Məsud Günel Anarqızının yeni kitablarının təqdimatı keçirildi

 

Axundov adına Milli Kitabxanada Günel Anarqızı və Afaq Məsudun "Bank of Azerbaijan"ın maliyyə dəstəyi ilə nəşr olunmuş kitablarının təqdimatı keçirilib.

Korporativ Sosial Məsuliyyət çərçivəsində reallaşdırılan bu təqdimat "Bank of Azerbaijan", "525-ci" qəzet Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyata olan sevgini dəstəkləyirik" adlı birgə layihəsinin davamıdır.

Təqdimat mərasimində "Bank of Azerbaijan"ın idarə heyətinin sədri Xəyal Şərifzadə, Yazıçılar Birliyinin katibi "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, yazıçılar Günel Anarqızı Afaq Məsud, millət vəkili Aqil Abbas ölkənin digər görkəmli ictimai xadimləri iştirak etdilər.

Çıxış edənlər reallaşdırılan layihənin mahiyyətini onun ictimayyət üçün faydasını xüsusi vurğuladılar.

"Bank of Azerbaijan"ın idarə heyətinin sədri öz çıxışında ölkənin bütün biznes-qurumlarını sosial əhəmiyyətli layihələri dəstəkləməyə çağırdı: "Diqqəti yalnız kommersiya xarakterli layihələrə yönəltmək düzgün deyil. Sosial layihələrə dəstəyin göstərilməsi öz imici nüfuzu haqda fikirləşən hər bir şirkətin borcudur. "Bank of Azerbaijan" sosial yönlü bank olduğu üçün hər zaman analoji layihələri dəstəkləyəcək".

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz çıxışında "Bank of Azerbaijan"a öz minnətdarlığını gələcəkdə birgə əməkdaşlıq edəcəyinə ümid bəslədiyini birdirdi.

"Bank of Azerbaijan"ın kommunikasiya şöbəsinin rəhbəri Rüfət Abbasov qeyd etdi ki, bank bundan sonra da "Ədəbiyyata Sevginizi Dəstəkləyirik" layihəsini davam edəcək. Bununla yanaşı, Rüfət Abbasov vurğuladı ki, "Bank of Azerbaijan" bu il Korporativ Sosial Məsuliyyət çərçivəsində kifayət qədər iri ambisiyalı layihələri reallaşdırmaq niyyətindədir.

Təqdimat mərasimində həmçinin millət vəkili Aqil Abbas çıxış edərək "Ədəbiyyata Sevginizi Dəstəkləyirik" kampaniyasının Azərbaycan ictimayyəti üçün çox vacib olduğunu qeyd etdi:

"Layihənin gənc istedadlara istiqamətlənməsi çox önəmlidir. "Bank of Azerbaijan", "525-ci qəzet" Azərbaycan Yazıçılar Birliyi cəmiyyətdə ədəbiyyata marağın artması naminə çalışırlar bu qiymətsizdir".

Sonra isə, söz Günel Anarqızı Afaq Məsuda verildi. Onlar da kitabın nəşr olunması ilə əlaqədar olaraq təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər: "Biznes-qurumların ədəbiyyata qayğısı marağı bizi daha keyfiyyətli yaradıcılığa sövq edir. Əməyimizin qiymətləndirilməsini ona lazımi diqqətin verilməsini dərk etmək çox xoşdur".

Xatırladaq ki, "Ədəbiyyata Sevginizi Dəstəkləyirik" layihəsinin əsas məqsədi - Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsidir. Dərc olunmuş kitablar ölkə kitabxanalarına, "Bank of Azerbaijan"-ın VIP müştərilərinə "525-ci" qəzetin abunəçilərinə pulsuz paylanılır. Seriyanın redaktoru Səlim Babullaoğludur. Hazırda "Ədəbiyyata Sevginizi Dəstəkləyirik" layihəsi çərçivəsində Nürəngiz Günün, Afaq Məsudun Günel Anarqızının əsərləri artıq nəşr olunub. Yaxın gələcəkdə gənc Azərbaycan xanım yazıçılarının daha bir neçə əsəri nəşr olunacaq.                   

 

 

Xalq Cəbhəsi.- 2010.- 15 yanvar.- S.13.