Azərbaycanda karikatura sənəti
“Molla Nəsrəddin” jurnalı karikaturaçı rəssamlar
üçün geniş imkanlar açır
Azərbaycanda
karikaturanın yaranması və yeni bir janr kimi tərəqqi
tapması, bilavasitə “Molla Nəsrəddin” jurnalının
adı ilə bağlıdır. Azərbaycan xalqının
ictimai və mədəni şüurunun inkişafında
mühüm rol oynamış bu jurnalı Cəlil Məmmədquluzadənin
dediyi kimi, həyatın özü yaratmışdır. XX əsr
Azərbaycan satirik mətbuatının nüfuzu və təsir
dairəsi olduqca geniş olmuşdur. O, bir təfərdən
Avropa və rus satirik mətbuatı ilə
qarşılıqlı əlaqə şəraitində
inkişaf edərək kamilləşmiş, digər tərəfdən
isə Yaxın Şərq, Orta Asiya, Volqaboyu, Krım,
Dağıstan xalqlarının satirik mətbuatının
yaranıb inkişaf etməsinə müsbət təsir
göstərmiş, İran satirik mətbuatının və
satirik qrafikasının inkişafında fövqəladə
rol oynamışdır. Məhz “Molla Nəsrəddin”
jurnalının təsiri altında Azərbaycanda “Bəhlul”
(1907), “Zənbur” (1909-1910), “Mirat” (1910), “An” (1910-1911), “Kəlniyyət”(1912-
1913), “Lək-lək” (1914), “Tuti” (1914-1917), “Məzəli”
(1914-1915), “Babayi-Əmir” (1915-1916), Tartan-Partan (1918),
“Şeypur” (1918-1919), “Zənbur” (1919), “Məşəl”
(1919-1920) kimi Azərbaycan dilində nəşr olunan satirik
jurnallarla yanaşı bu dövr Bakıda rus dilində “Cigit”
(1907-1918), “Vay-vay” (1908), “Bakinskoe qore” (1908-1909), “Biç”
(1909-1915), “Adskaya poçta’1 (1909-1910), “Bakinskie streli” (1910),
“Baraban” (1912-1913) kimi satirik jurnallar da dərc olunurdu.
1920-ci ilə qədər
Azərbaycanda dərc olunan satirik jurnallarda müxtəlif millətlərdən
olan rəssamlar fəaliyyət göstərmişlər.
O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə, B.R.Telinqator,
Y.V.Çəmənzəminli, X.Musayev, V.Giladze, Ə.İbrahimzadə,
A.Qrinyevskiy, R.Girş, Y.Hamberq, C.Cəbibəyov, Bəha Səid,
M.Gerasimov, E.Karqanova, R.Şikarev, P.Sfines və başqalarının
məhsuldar fəaliyyəti Azərbaycanda böyük karikatura
ordusunun olmasından õəbər verirdi.
100 ildən artıq
tarixi olan Azərbaycan satirik mətbuatının yaranması
ilə formalaşmış və inkişaf etmiş satirik
qrafıka sənətini tədqiq etmək, bu sahədə
çalışan rəssamlarımızın, karikatura
ustalarının yaradıcılığını öyrənmək
və tanıtmaq bizim qarşımızda duran əsas vəzifələrdən
biridir.
İnkişafı boyu zəngin
ənənələr əldə etmiş və görkəmli
sənətkarlarımızın
yaradıcılığında mühüm yer tutmuş
karikatura bu gün müstəqil janr kimi tədqiq olunmalı,
karikatura janrının keçdiyi tarixi yol və mərhələlər
işıqlandırılmalı, bu sahədə mövcud olan
tarixi-bədii ənənələr müəyyənləşdirilərək,
onların müasir dövrümüzdə davam etdirilməsi
təmin olunmalıdır.
Azərbaycan
karikaturasının keçdiyi tarixi yolda
qazandıqlarımız və itirdiklərimiz haqqında
danışarkən deməliyik ki, bu sahənin
işıqlandırılması istiqamətində
görüləsi işlərimiz hələ çoxdur.
Təəssüflə
demək lazımdır ki, bu gün qürurla
danışdığımız bir əsrlik karikatura tariximiz
haqqında, bu janrın ölkəmizdə inkişaf mərhələlərini
işıqlandıra bilən hər hansı bir tədqiqat
işi və ya bu sahəni əhatə edə bilən ədəbiyyat
çox az miqdardadır.
Hətta sovet
dövründə belə bu sahəni tam əhatə edə
biləcək hər hansı bir ciddi ədəbiyyat çap
olunmamışdır.
XX əsrin birinci
yarısında karikatura janrına müraciət edən rəssamların
azlığı, bəziləri tərəfındən
karikaturanın “yüngül”, qeyri-ciddi janr kimi qəbul
olunması tədqiqatçıları bu problemden yan
keçməyə sövq etmişdir. Bu və digər səbəblərdən
müxtəlif dövrlərdə bir sıra müəlliflər
tərəfındən satirik qrafıkaya həsr olunmuş tədqiqatlarda
və ya elmi əsərlərdə karikatura janrı epizodik
xarakter kəsb etmişdir.
Mərhum sənətşünaslarımız Adil Qazıyevin, Mürsəl Nəcəfovun, Paşa Hacıyevin Əzim Əzimzadə və Nəcəfqulu İsmayılov haqqında hazırladıqları bir neçə kitab istisna olmaqla Azərbaycan karikatura tarixini tam işıqlandıra bilən, bu sahədə çalışan çoxsaylı karikatura ustaları haqqında geniş məlumat verə biləcək hər hansı bir nəşr tapmaq çox çətindir. Demək olar ki, mümkün deyil. Bu səbəbdən oxucularımız bir çox rəssamlarımızın yaratdıqları çoxsaylı karikaturalarla tanış olmaq imkanından məhrum olmuşlar. Bu gün sıravi oxucu O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə ən yaxşı halda isə X.Musayev, Ə.Behzad, İ.Axundov, Q.Xalıqov, İ.Nəcəfqulu yaradıcılığı ilə müəyyən qədər tanışdır.
Lakin Azərbaycanın görkəmli ziyalısı Y.V.Çəmənzəminlinin karikaturaçı rəssam kimi fəaliyyəti ilə, onun “Molla Nəsrəddin” jurnalında dərc olunan əsərbri ilə, dərc etmək istədiyi “Fokusnik” adlı satirik jurnalına çəkdiyi eskizlərlə təəssüf ki, geniş oxucu kütləsi tanış deyil.
“Molla Nəsrəddin” məcmuəsinin təsiri altında inqilabaqədərki Azərbaycanda müxtəlif dillərdə dərc olunan çoxsaylı satirik jurnallar, bu jurnallarda fəaliyyət göstərən B.Telinqator (Beno), C.Cəbibəyov, R.Girş, Y.Hamberq, V.Giladze, Ə.İbrahimzadə, M.Gerasimov, V.Vpnyava, E.Karqanova, Bəha Səid kimi Azərbaycan karikatura sənətinə xidmət etmiş rəssamların yaradıcılığı nəzərdən qaçmışdır.
Elmi ədəbiyyatda cənubi Azərbaycanın “Molla Nəsrəddin”-i adlandırılan “Azərbaycan” (1907) satirik jurnalında, eyni zamanda “Əncümən”, “Həşərtül ərz” və digər satirik mətbuatda məhsuldar şəkildə çalışmış azərbaycanlı rəssam Hüseyn Behzad Tahirzadə və onun qardaşı Kərim Behzad haqqında hər hansı bir məlumat, yazılmış elmi və ya publisistik məqalə, demək olar ki yoxdur.
Hələ tələbəlik illərindən “Molla Nəsrəddin” jurnalı ilə sıx əməkdaşlıq etmiş, daha sonrakı illərdə “Kommunist,, qəzetində və “Kirpi” jurnalında uzun illər çalışmış, görkəmli rəssamımız Hüseyn Əliyevin karikaturaçı kimi fəaliyyəti bu günə qədər də layiq olduğu dərəcədə işıqlandınlmamışdır.
Azərbaycanın görkəmli boyakar rəssamı Səttar Bəhlulzadənin öz yaradıcılığına karikaturaçı kimi başlayaraq dövrü mətbuat səhifələrində yaratdığı çoxsaylı satirik rəsmlərlə təəssüf ki, əksəriyyət tanış deyildir. Mikayıl Abdullayev, Tahir Salahov, Kazım Kazımzadə, Əmir Hacıyev, Oktay Sadıqzadə, Altay Hacıyev kimi tanınmış fırça ustalarımızın karikatura janrına müraciət edərək yaratdıqları çoxsaylı satirik əsərlərlə tanış olmaq imkanından çoxları məhrumdurlar.
Sovet dövrünün ilk illərində Azərbaycanda nəşr olunan “Əqrəb” (1923), Tikan (1924), “İdarəmizin güzgüsü” (1924), “Allahsız” (1931), “Məzəli” (1939) kimi satirik jurnallar haqqında, bu jurnalların səhifələrində dərc olunan yeni, inqilabi ruhlu karikaturalar haqqında məlumat tapmaq çox çətindir.
1952-ci ildən nəşrə başlamış “Kirpi” satirik jurnalının rəssamları haqqında adi bioqrafik məlumat belə tapmaq demək olar ki, mümkün deyil. Uzun illər jurnalın baş rəssamı olmuş, Ə.Əzimzadə ənənələrinin layiqli davamçısı İ.Nəcəfqulu, məhsuldar fəaliyyətləri ilə yadda qalmış P.Şandin, S.Şərifzadə, Z.Kərimbəyli, R.Quliyev, jurnalın ilk nömrələrindən 90-cı illərə qədər çoxsaylı karikaturaları ilə mütəmadi olaraq çıxış edən V.Ternavskiy, E.Abdullayev. V.Tatarinsev, Ə.Zeynalov, M.İsmayılov, F.Əliyev, kəskin siyasi karikaturaları ilə yadda qalan R.Qədimov, A.Ələsgərov, təkrarolunmaz şarj ustası H.Haqverdiyev, adi satirik rəsmi kamil qrafık əsər səviyyəsinə qədər yüksəltmiş A.Quliyev (Adil Elçin) və bir çox başqa sənətkarlarımızın yaradıcılıqları diqqətlə araşdırılmalı, tədqiq olunaraq öz layiqli qiymətini almalıdır.
Azərbaycan karikatura tarixinin zənginləşməsində əməyi olan, bu janrın ölkəmizdə inkişafı istiqamətində uzun illər çalışmış, öz sözünü demiş bu şəxsiyyətlərin yaradıcılıqlarının və fəaliyyətlərinin tam işıqlandırılması istiqamətində son illər müəyyən addımlar atılır. Böyük ənənələri olan Azərbaycan karikatura sənətini yaşatmaq, beynəlxalq karikatura aləmində onu təbliğ etmək və bu janrın inkişafını sürətləndirmək məqsədi ilə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi tərəfindən həyata keçirilən bir sıra tədbirlər və layihələr mövcud boşluğu doldurmaq istiqamətində edilən cəhdlər kimi qəbul oluna bilər.
Bu sahədə uzun illər fəaliyyət göstərmiş, ömürlərini bu janrın inkişafına həsr etmiş karikatura ustaları haqqında kifayət qədər arxiv materialı toplanmış, yaddan çıxan, unudulan karikaturaçı rəssamlarımızın fəaliyyətləri işıqlandırılmışdır. Belə ki, 2005-ci ildə “Azərbaycan Karikaturaçı rəssamları” 2006-cı ildə “100 illik karikatura tariximiz”, 2007-ci ildə “Azərbaycan karikaturası dünən və bu gün”, “Müasir Azərbaycan Karikaturası”, 2008-ci ildə “Azərbaycan Karikaturasının inkişafı” kimi kitablar hazırlanaraq karikaturasevərlərə təqdim olunmuşdur.
Bu kitabların azərbaycan və ingilis dillərində hazırlanması Azərbaycan karikatura sənəti və rəssamlarımızın yaradıcılığı ilə daha geniş oxucu kütləsini tanış etmək imkanı yaratmış olur. Sənətkarlıq baxımından yüksək səviyyəsi ilə seçilən əsərlər əsasında hazırlanmış bu kitablara artıq dünyanın istənilən ölkəsinin kitabxanalarında, karikatura təşkilatlarında və ya karikaturaçıların şəxsi kitabxanalarında rast gəlmək olar. Təsadüfi deyil ki, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının baş katibi cənab Piter Nyuvandeyk “100 illik karikatura tariximiz” kitabı ilə tanış olduqdan sonra Azərbaycan karikaturası haqqında yazdığı məqalədə bu kitabı “Şah əsərbr toplusu” adlandırmışdır. Məncə bu, Azərbaycan karikaturaçı rəssamlarının yaradıcılığına verilən layiqli qiymətdir.
Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə bu janrın inkişafı, gənclərin bu sahəyə marağının artırılması istiqamətində mühüm addımlar atılır. 65 illik fəaliyyəti dövründə ilk dəfə olaraq 2006-cı ildə Azərbaycan Rəssamlar İttifaqının nəzdində Karikatura bölməsi fəaliyyətə başlamışdır. Müqayisə üçün deyə bilərik ki, satira və yumorun mərkəzi sayılan Bolqarıstanın Rəssamlar İttifaqında karikatura bölməsi hələ 1964-cü ildən etibarən fəaliyyət göstərir. Karikatura ənənələrinin zənginliyi, cəmiyyətdə satirik sözə və satirik rəsmə marağın yüksək olması baxımından Azərbaycan istənilən Avropa ölkəsi ilə ayaqlaşmağa qadirdir.
Digər mühüm hadisə isə 2008-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində “Karikatura tarixi”-nin ilk dəfə olaraq bir fənn kimi gələcək sənətşünaslara tədris olunması faktı ilə bağlıdır. Gənclər arasında bu janrın təbliğ və tədris olunması baxımından çox böyük əhəmiyyət kəsb edən bu hadisələr gələcəkdə Azərbaycan karikatura sənətinin bu sahəni mükəmməl bilən nəzəriyyəçilərin, sənətşünasların və peşəkar karikaturaçıların simasında etibarlı əllərdə olmasına zəmanət verir.
Möhkəm təməllər üzərində qurulmuş, yüksələn xətt istiqamətində inkişaf edən Azərbaycan karikaturası tarixin sınağından çıxaraq, 30-cu illərin represiyalarına, 90-cı illərin iqtisadi çətinliklərinə sinə gələ bilmişdir.
30-cu illərdə mürəkkəb siyasi şəraitdə karikaturaya göstərilən ideoloji təzyiq və təpkilər təbii ki bu janrın inkişafına əngəllər törədirdi. Bu illər karikatura özünün durğunluq dövrünü yaşamışdır. Eyni zamanda 90-cı illərdə ölkəmizin və cəmiyyətimizin yaşadığı siyasi, sosial, iqtisadi və mədəni problemlər karikaturadan da yan keçməmişdir. Müstəqillikdən sonrakı keçid dövründə bazar iqtisadiyyatının bərqərar olması, çoxpartiyalıq sisteminin tətbiqi, mətbuatın özəlləşdirilməsi, nəşriyyatların təsərrüfat hesabına keçməsi karikaturaya güclü zərbə vurmuşdur. Maliyyə çətinlikləri üzündən dövrü mətbuatda dərc olunan karikaturaçı rəssamların sayı kəskin şəkildə azalır, “Kirpi” jurnalı fəaliyyətini müvəqqəti olaraq dayandırır. Müstəqilliyinin sonrakı illərində ölkədə dərc olunan müxtəlif satirik jurnallar təbii ki, “Molla Nəsrəddin” (1906-1931), “Kirpi” (1952-1990) səviyyəsinə yüksələ bilməmişlər. Maliyyə çətinlikləri ucbatından solğun, əksək hallarda ağ-qara çap olunan bu jurnallarda dərc olunan karikaturaların əksəriyyəti sənətkarlıq baxımından çox aşağı səviyyədə idi.
Təəssüflə deməliyik ki, bu gün də ölkədə nəşr olunan satirik jurnalların əksəriyyətinin təsis edilməsində əsas məqsəd karikatura sənətini inkişaf etdirmək və ya satirik mətbuat mədəniyyətini yüksəltmək deyil. Təbii ki, bu cür “satirik jurnallar”- da heç bir bədii səviyyədən, polioqrafıya mədəniyyətindən, çap keyfiyyətindən, yeni yanaşma və ya axtarışlardan, təqdim olunan mövzuların aktuallığından və ya orijinallığından söhbət də gedə bilməz. Şəxsi maraqlara xidmət edən bu “satirik jurnallar” artıq tək karikaturanın yox, bu günkü mətbuatm, eyni zamanda bütün cəmiyyətin ümumi problemidir. Təəssüf ki, satirik mətbuatın və karikaturanın təsadüfı insanların əlində alətə çevrilməsi kimi neqativ hallarla biz bu gün hələ də rastlaşırıq.
Ölkədə ciddi satirik jurnalların dərc olunmaması, təsadüfı insanların yaratdıqları müxtəlif problemlər, karikaturaçı rəssamlarımızın uzun illər bu janra müraciət etməməsi ilə nəticələnmişdir. Karikaturada öz sözünü demiş peşəkar rəssamlar, karikaturaya təmənnasız xidmət edən bu sənətkarlar Y.Əsədov, G.Əlizadə, V.Allahyarova, E.Mirzəyev, K.Abdin, B.Qasımxanlı, S.Soltanlı və başqaları son illər bu sənətə qayıdaraq öz əsərləri ilə karikatura sənətinə yeni töhvələr verirlər. Son İllər gənclərin, tələbə rəssamların bu janra daha tez-tez müraciət etməsi, karikaturaçıların sayının günbə-gün artması həqiqətən Azərbaycan karikaturasının sabahına daha inamla baxmağa tam əsas verir.
3000 il əvvəl xalq yaradıcılığından başlamış, orta əsrlərdə qəzet qrafikasına qədər böyük yol keçmiş karikatura müstəqil bir janr kimi cəmiyyətdə öz vacibliyini sübut etmişdir. Misir fironlarını, antik dövrlərin mifık qəhrəmanlarını, hətta allahları belə tənqid edən, orta əsrlərdə Roma papasını, Vatikanı, kralları, katolik kilsəsini, inkvizisiyanı, Napoleonun işğalçılıq siyasətini ifşa edən, əsrlər boyu təkmilləşən karikaturadan əksər hallarda ideoloji silah kimi istifadə olunmuşdur. Xüsusilə də Sovetlər dövründə Sovet ideologiya maşınının bir hissəsi olan karikatura bu gün yeni bir mərhələyə çıxaraq təsviri sənətin ayrılmaz tərkib hissəsi olmasını sübut etdi. Bu gün, karikatura bir sənət növü, düşüncə tərzi olmaqla yanaşı artıq beynəlxalq dildə danışa bilən, xalqlar, mədəniyyətbr arasında bir körpü olaraq müasir dünyamızın ayrılmaz hissəsinə çevrilmişdir. Avropa ölkələrində hələ 60-cı illərdən etibarən müxtəlif beynəlxalq karikatura festivalları. müsabiqələri, sərgiləri təşkil olunur, çoxsaylı karikatura təşkilatları və klubları yaradılır. Mədəniyyətlərin dialoqu baxımından bu böyük və çox əhəmiyyətli layihələrə Azərbaycan son illər qoşulmuşdur. 1985-ci ildən Belçikada fəaliyyət göstərən Avropa Karikatura Təşkilatları Birliyinə Argentina, İsrail, Tayvan, Koreya, İran kimi ölkələr üzv qəbul edildikdən sonra bu təşkilat hüquqi və coğrafi baxımdan öz sərhədlərini genişləndirərək Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FEKO) adlandırıldı.
Bu mötəbər təşkilat bütün fəaliyyəti boyu karikatura sənətinin düzgün istiqamətdə inkişafına xidmət etmiş, karikaturaçıların hüquqlarının qorunması, mətbuat və söz azadlıqlarının pozulmasının qarşısının alınması, rəssamların müəllif hüquqlarının müdafiəsi sahəsində mühüm iş aparmışdır. Eyni zamanda beynəlxalq müsabiqələrin, konfransların, dəyirmi masaların təşkil edilməsi, müxtəlif ölkələrdə təşkil olunan karikatura müsabiqələrində obyektivliyə və qiymətləndirilmənin şəffaflığına nəzarət bu təşkilatın nüfuz dairəsindədir.
30 ölkədən 2000 karikaturaçını öz ətrafında birləşdirən bu beynəlxalq təşkilata Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi ancaq 2006-cı ildə tamhüquqlu üzv qəbul olunmuşdur. Bu da rəssamlarımızın yaradıcılıq imkanlarını genişləndirməklə yanaşı bu mötəbər təşkilatda bizə mövqeyimizi bildirmək, əhəmiyyətli tədbirbrdə Azərbaycanı layiqincə təmsil etmək üçün daha yüksək tribuna vermis olur. 30-40 illik fəaliyyəti dövründə böyük təcrübə toplamış Avropa və digər qonşu ölkələrin karikatura təşkilatları ilə müqayisədə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi çox gəncdir. Buna baxmayaraq qısa müddət ərzində, bizim təşkilat dünya karikaturasının ayrılmaz hissəsi olduğunu sübut edərək bu ailənin tam hüquqlu üzvü olmuşdur. Bu bizə göstərilən böyük etimad və xüsusi diqqətlə yanaşı, eyni zamanda bizdən daha çox məsuliyyət, məhsuldar fəaliyyət, götürdüyümüz öhdəlikləri yerinə yetirməmizdə dəqiqlik tələb edir. Qürurla deyə bilərik ki, Beynəlxalq Müsabiqələrdə daha da fəal iştirak edən rəssamlarımız son 3 il ərzində qatıldıqları 200-dən artıq beynəlxalq karikatura müsabiqələrində 70-ə yaxın xüsusi mükafata və fəxri diplomlara layiq görülmüş, karikaturaçılarımızın əsərləri müsabiqələrin qızıl, gümüş, bürünc mükafatları ilə qiymətləndirilmişdir. İştirak etdiyimiz demək olar ki, bütün müsabiqəbrdə rəssamlarımızın karikaturaları seçilmiş ýï yaxşı 100 əsər siyahısına daxil edilmişdir. Bu hadisələr müasir dövrdə Azərbaycan karikaturasının intensive şəkildə inkişaf edərək, bu sahədə dərin bədii ənənələrə malik olmasını, dünya karikaturasının inkişafına öz layiqli töhvələrini vermək bacarığını nümayiş etdirir.
Bu gün Azərbaycan karikatura sənətinin Beynəlxalq karikatura aləmində tanınması və təbliği istiqamətində məqsədyönlü iş aparılır. Artıq tam əminliklə demək olar ki, xarici ölkələrdə Azərbaycan Kaikaturasının dostları adlandırdığımız, Azərbaycanı sevən insanlar var ki, onlar da Azərbaycan karikaturasının təbliği, bu sənət növünün dünəni və bu günü, rəssamlarımızın tanınması istiqamətində öz ölkələrində və müxtəlif beynəlxalq təşkilatlarda əhəmiyyətli tədbirbr, sərgilər, konfranslar təşkil edirlər. Türkiyədən Yurdagün Göker, Atilla Özer, İsmayil Kar, Rusiyadan Mixail Zlatkovskiy, Stanislav Aşmarin, İrandan Rəhim Bakkal, Şahram Rezaei, Makedoniyadan Cordan Pop İliyev, İsraildən Qennadiy Kostovetskiy, Ukraynadan Vladimir Kazanevski, Kiprdən Hüseyin Çakmak, Serbiyadan Zoran Matik, Belçikadan Rudi Geysens, Misirdən Effat Məhəmməd və digər həmkarlarımız Azərbaycan karikaturasının tanınması istiqamətində bizə dəstək olaraq sözün əsl mənasında fədakarlıq edirlər. Azərbaycanı sevən, Azərbaycan karikatura sənətinə laqeyd olmayan bu insanların köməyi və dəstəyi nəticəsində 100 illik karikatura tariximizi tanıtmaq kimi vacib işdə biz daha geniş imkanlar qazanmış oluruq.
Dünya şöhrətli karikatura ustası və nəzəriyyəçisi Yurdagün Göker ilk dəfə olaraq Azərbaycan karikaturaçı rəssamlarının əsərlərindən ibarət “Azərbaycan Karikaturası dünən və bu gün” adlı sərgisini 2008-ci ildə İstanbulda və daha sonra Bursada təşkil etmişdir. Türkiyə tərəfınin təşəbbüsü ilə reallaşan bu sərgilərdə türkiyəli karikaturasevərlər Azərbaycanın 50-dən artıq karikaturaçı rəssamının müxtəlif dövrlərdə yaratdıqları əsərləri ilə tanış olmaq imkanı əldə etmiş oldular. Qeyd etmək lazımdır ki, bu, Azərbaycan karikaturaçılarının xarici ölkədə təşkil olunan ilk sərgisi olmuşdur. Türkiyə Anadolu Universitetinin Karikatura janrını tədqiq və tətbiqetmə mərkəzinin direktoru professor Atilla Özer, Serbiyadan “Kiks” satirik jurnalının redaktoru Zoran Matik, Misirdən “Pharaohs” satirik jurnalının redaktoru Effat Məhəmməd, Kiprdən “Akreb” satirik jurnalının redaktoru Hüseyin Çakmak, Hollandiyadan Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının (FEKO) orqanı olan ‘Tekonews” jurnalının redaktoru Piter Nyuvandeyk və başqaları Azərbaycan karikatura tarixi haqqında, müasir rəssamlarımızın yaradıcılığını işıqlandıran materiallarla mətbuat səhifələrində mütəmadi olaraq çıxış edirlər. Müasir dünyamızın ayrılmaz hissəsi olan internet saytlarında, iranlı həmkarımız Rəhim Bakkal, ABŞ-da “Cartunion” klubunun rəhbəri Andrey Feldşteyn, Suriyadan Raed Xəlil, Rumınyadan Julian Ðånà Pai, Türkiyədən İsmail Kar, Makedoniyadan Cordan Pop Iliyev, Sudandan Camacho Nayer, Çindən Lenq Mu və başqaları bu gün öz ölkələrinin beynəlxalq karikatura qurumlarında bizə dəstək olaraq Azərbaycan karikaturasının tanınması istiqamətində bizimlə çiyin-çiyinə çalışırlar.
Son illər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev fondunun mədəniyyətin bütün sahələrinin inkişafı istiqamətində apardığı köklü və əsaslı quruculuq işləri ölkə başçısının bilavasitə diqqət və qayğısının nəticəsidir. Şahidi olduğumuz bu yüksəliş eyni zamanda Azərbaycan karikatura sənətinin inkişafına da güclü təkan vermişdir.
Karikaturanın demokratik cəmiyyətin artibutu olduğunu, bu janrın ancaq demokratik cəmiyyətdə inkişaf etməsini nəzərə alsaq günü-gündən inkişaf edən, çiçəklənən müasir Azərbaycanda son illər karikatura janrının inkişafı ölkədə gedən ümumi proseslərin bir hissəsi, demokratik cəmiyyətin göstəricisi kimi qəbul oluna bibr. Ölkəmizdə gedən bu inkişaf və yüksəliş Azərbaycan təsviri sənətinin ayrılmaz tərkib hissəsi olan karikatura janrının da yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Cəmiyyətdə və ölkənin mədəni həyatında özünəməxsus yeri olan Azərbaycan karikaturası milli ənənələrini qoruyub saxlayaraq, milliliklə bərabər, beynəlmiləl xüsusiyyətləri də kəsb edərək dünya karikatura sənətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Xalq Cəbhəsi.- 2011.- 6 aprel.- S.14.