“Mən XXI əsrin nağılçısıyam”

 

İndi bilmirəm, amma əvvəllər Aygün Bünyadzadəni uşaqlarla əlaqəsi olan istənilən yerdə görmək mümkün idi. Hansısa bir balaca rəssamın rəsim sərgisimi keçirilir, siz həmin sərgidə Aygün Bünyadzadəni görə bilərdiniz. Hansısa bir tamaşamı var uşaqlar üçün, Aygün Bünyadzadəni tamaşaçılar arasında görmək mümkün idi. Uşaqların sevimli Ələkbər əmisi ilə, digər bir nağılçı Sevinc Nuruqızı ilə bərabər əslində o qədər də dəyər verilməyən (əslində isə, çox böyük dəyəri var!) bir işlə - uşaqlarımızın incə, məsum qəlblərini öz maraqlı yazıları, tamaşaları ilə oxşamaqla məşğuldurlar. Eyni zamanda Aygün Bünyadzadə və ya nami – digər Elay Qayst «Cırtdan» uşaq jurnalına da rəhbərlik edir. Maşaallah, hardan alır bu enerjini sifətində daim uşaq təbəssümü dolaşan bu xanım?! Onunla müsahibəmizdə bu suallara cavab tapmağa çalışdıq.

Uşaq ədəbiyyatının yorulmaz təbliğçisi Aygün Bünyadzadə kimdir?! Özü haqqında bir balaca məlumat verərdi də…

6 ildir uşaq ədəbiyyatında varlığına, onlarla nağıl, nağıl-povestin və nağıl-pyesin müəllifi, yazdığı ilk 3 nağılına görə(!) Azərbaycan Yazıçılar Birliyinin “ilin ən yaxşı uşaq əsərlərinə görə” mükafatını almasına baxmayaraq həmin Birliyin üzvü olmayan, Respublika Gənclər Təşkilatları tərəfindən “ilin gənc yazarı” seçilməsinə, Dövlət Teatrında və Qeyri-hökumət təşkilatları tərəfində nağıl-pyesləri uğurla səhnəyə qoyulduğuna baxmayaraq hələ bir kitabı işıq üzü görməmiş XXI əsrin nağılçısı.

Hansı məqamı özünüzə daha çox yaraşdırardınız: nağılçı, yoxsa uşaq yazarı?

Nağılçı!

Nağıl yazmaq üçün nə lazımdır adama? Daxilini uşaq saxlamaq, yoxsa bir başa balacalarla münasibətdə olmaq?

Əlbəttə, həm daxilini uşaq saxlamaq, həm də uşaqlarla münasibətdə olmaq çox vacibdir. Lakin əsas bir amil var ki, onsuz nağılçı olmaq qeyri-mümkündür. Bu, nağıllara sonsuz inamdır. Bu inam isə məndə çox güclüdür. Çoxlarından fərqli olaraq nağıllara və orada baş verən möcüzələrə çox, lap çox inanıram. Əslinə qalsa, həyatımız özü də bir nağıldır axı: özünün xeyirxahları, pislikləri və möcüzəli sürprizləri ilə.

Dünya uşaq ədəbiyyatında hansı nağılçının yaradıcılığı ilə öz yaradıcılığınız arasında müəyyən yaxınlıq hiss eləyirsiniz?

Hans Xristian Andersenin həm həyatı, həm də yaradıcılığı ilə aramızda yalnız “Nağıllar ölkəsi”nin sakinlərinə məxsus olan qəribə oxşarlıqlar var. Bütün nağılçıların arasında onu özümə daha doğma hesab edirəm.

Azərbaycanda uşaq ədəbiyyatı sahəsində nə kimi problemlər var? bu problemlər hardan qaynaqlanır?

Bilirsiniz bu sahəyə gənclər niyə gəlmir? Çünki hal-hazırda bu sahədə maddi maraq yoxdur, üstəlik uşaqlarla məşğul olan şəxslərə üçünsə dırnaqarası əhəmiyyətsiz bir işlə məşğul olurmuşsan kimi baxırlar. Mən yalnız ikisini saydım. Bütün bu digər problemlərin kökü isə o qədər çoxdur ki, saymaqla bitməz.

Uşaq ədəbiyyatının başqa bir nümayəndəsi Sevinc Nuruqızı Azərbaycan Yazarlar Birliyinin qurultayından əvvəl keçirilən uşaq ədəbiyyatının müzakirəsi zamanı nümayişkaranə bir şəkildə öz tənqidi fikirlərini bildirmişdi. Siz Sevinc xanımla razısınızmı?

Sözsüz! Zənnimcə, Sevinc xanım etika xatirinə s. səbəblərə görə hələ az tənqid etmişdi.

Sovet dövrü uşaq ədəbiyyatı ilə müstəqillik sonrası uşaq ədəbiyyatının oxşar fərqli cəhətləri nədir sizcə?

Sovet dövrünün uşaq ədəbiyyatı əsasən kommunizm ideologiyasına xidmət edirdi. Bu gün isə həmin ədəbiyyatda tam fərqli bir abu-hava hökm sürməlidir. Adi bir nümunə: Əgər Sovet dövrünün uşağı böyüyəndən sonra kosmonavt, müəllim s. olmaq istəyirdisə, bu günün uşağı prezident, biznesmen s. olacağını indidən qət edir. Ancaq olursa-olsun, uşaq elə uşaqdır onu doğru yola yönəltmək uşaq ədəbiyyatının ən əsas vəzifələrindən biridir.

Artıq yeni dövr uşaq ədəbiyyatının yaranması vacib amillərdən biridir. Kim var burda sizinlə çiyinçiyinə? Sevinc Nuruqızı, Elvira, yoxsa Qəşəm Nəcəfzadə?

Əlbəttə ki, Sevinc Nuruqızı bir ki, uşaq psixologiyasını dərindən öyrənməkdə mənə əvəzsiz müəllimlik edən uşaqların sevimli Ələkbər əmisi ya respublikanın əməkdar artisti Ələkbər Hüseynov. Qeyd etmək istərdim ki, bu günəcən Ə. Hüseynovun bir neçə tamaşası A.Şaiq adına Dövlət Kukla Teatrında uğurla tamaşaya qoyulub. O ki, qaldı Elviraya, təəssüf ki, o, uşaq mətbuatına daha çox meyllidir.

Bədii yaradıcılıqla yanaşı «Cırtdan» uşaq curnalına rəhbərlik edirsiniz. Necə balanslaşdıra bilirsiniz yaradıcılıqla rəhbərliyi?

Mina Media nəşriyyat evinin məhsulu olanCırtdanjurnaldakı işim yaradıcılığıma yalnız kömək edir. Belə ki, gördüklərimin içində məhz bu nəşriyyat evinin rəhbərliyi uşaq ədəbiyyatının inkişafı üçün əlindən gələni edir. Burada mənim inkişafım üçün yaradılan şəraitin nəticəsidir ki, bu gün bir nağılçı kimi dünya səviyyəsinə çıxmağa hazır olduğumu böyük inamla bəyan edirəm. Eyni zamanda yenə burada minlərlə balaca oxucu ilə əlaqə saxlayır bu günün uşaqlarının mütaliə etmək istədiyini birbaşa onların özündən öyrənirəm. Sevindirici haldır ki, Sevinc Nuruqızı da mənimlə çiyin-çiyinə məhz bu jurnalda çalışır.

Necə bilirsiniz internet şəbəkəsində normal bir uşaq saytının yaranmasının vaxtı deyilmi?

Vaxtdır, ancaqbundan ötrü bir fədakar insan tapmaq lazımdır ki, bu çətin zamanda pulsuz işləməyə razı olsun.

«Bizimki» e – dərgisini vaxtaşırı izləyə bilirsinizmi? Ümumiyyətlə necə təsir bağışlayır sizə?

Bu jurnalı bir aydır ki, kəşf etmişəm. Hazırda onu vaxtaşırı izləməyə imkanım var. Ümumiyyətlə isə, başım dünya uşaq ədəbiyyatını folklorunu, eyni zamanda müəllif nağıllarını dünya səviyyəli nağılçıların həyat yaradıcılığını dərindən öyrənməyə elə qarışmışdı ki, gənc yazarların yaradıcılığı ilə tanışlığı tamam unutmuşdum. “Bizimki”nin vasitəsi ilə mən bizim gənc yazarlar onların yaradıcılığı tanış oldum, üstəlik son dövrlərdə yaranmış ədəbiyyata da az-çox bələd oldum.

 

 

Oqtay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2011.- 13 aprel.- S.14.