“Bağdadda yaranan Azərbaycan ədəbiyyatı...”

 

Əlyazmalar İnstitutunun yeni nəşrləri

 

Elm təhsil» nəşriyyatı AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Azadə Musabəylinin «Bağdadda yaranan Azər-baycan ədəbiyyatı Ruhi Bağdadi divanı» kitabını iki cilddə nəşr etmişdir.

Ümumi həcmi 962 səhifə olan əsərdə XVI əsrdə Bağdadda yaranan Azərbaycan ədəbiyyatı şərh edilmiş, Füzulidən sonra Bağdadın yetişdirdiyi ən böyük Azərbaycan şairi Ruhinin poetik irsi əlyazma qaynaqları əsasında əhatəli şəkildə araşdırılmış, divanının dünyanın müxtəlif əlyazma mərkəzlərində mühafizə edilən 7 nüsxəsi əsasında hazırlanmış elmi-tənqidi mətninin transfoneliterasiyası kitaba daxil edilmişdir. Xatırlatmaq lazımdır ki, bu Ruhi Bağdadi divanının Azərbaycanda təkmilləşdirilmiş ikinci nəşridir.

«Nurlan» nəşriyyatı AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nailə Səmədovanın «İnsan, zaman həyat həqiqəti» monoqrafiyasını nəşr etmişdir. Kitabda XI əsrdən dövrümüzə qədər yaşayıb-yaratmış bir sıra Azərbaycan ədiblərinin sənət adamlarının əsərlərində, gündəlik, tərcümeyi-hal xatirələrində şəxsiyyət mühitin əksi, həyat həqiqətinin təsviri məsələləri ətrafında fikirlər yürüdülmüş, insan, zaman həyatın real təcəssümü olan memuar nümunələri təhlil edilmişdir.

264 səh. həcmində olan əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.

AMEA Əlyazmalar İnstitutu əməkdaşlarının tərtib etdikləri «Əski çap kitabları kataloqu»nun IV cildi «Nurlan» nəşriyyatında işıq üzü görmüşdür. Kataloqa AMEA Əlyazmalar İnstitutunun əski çap kitabları xəzinəsində mühafizə edilən rusdilli, fransızdilli almandilli ingilisdilli materiallar haqqında yığcam informasiya daxil edilmişdir. 192 səhifə həcmində olan kitabı M.Adilov, S.Sadıqova, S.Əliyeva, S.Hacıyeva Ü.Əsədzadə nəşrə hazırlamışlar.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2011.- 14 aprel.- S.14.