BakıdaKorrupsiyaya qarşı mübarizə forumukeçirilib

 

BakıdaKorrupsiyaya qarşı mübarizə forumuöz işinə başlayıb. Forumda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən cinayət təqibi tədbirlər barədə danışılıb.

Forumda ilk hesabat verən  baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizə çərçivəsində 2011-ci ildə 32 şəxs barəsində 18 cinayət işinin  başlandığını hazırda  ümumilikdə icraatda 84 cinayət işinin olduğunu bildirdi. Zakir Qaralovun sözlərinə görə  Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2005-2011-ci illərdə 700 şəxs barəsində 388 cinayət işi başlanıb. Bununla yanaşı korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən cinayət təqibli tədbirləri çərçivəsində Baş Prokurorluqda “161” nömrəliQaynar xətt yaradılıb. Bu xəttə 2011-ci ilin birinci rübü ərzində 3700 zəng daxil olub, 1200 müraciət isə qəbul edildi. Baş prokuror müxalifətin 2 aprel aksiyasına da münasibət bildirib.

Baş Prokuror dedi ki, ciddi cinayət pozuntular Korrupsiyaya Qarşı Mübarizə İdarəsində, az əhəmiyyətli cinayətlər, xırda pozuntular rayon prokurorluqlarında aidiyyəti qurumlarda araşdırılır. O, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində audit bölməsinin yaradılacağını vurğuladı. Həmin bölmə təhlillər aparacaq, yoxlamalar həyata keçirəcək, nəticələr barədə baş prokurora məlumat verəcək. Daha sonra çıxış edən Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri Fuad Ələsgərov korrupsiyaya ilə mübarizə üçün vətəndaş cəmiyyəti ilə dövlət orqanlarının səmərəli əməkdaşlıq etməsinin vacibliyini vurğuladı.  Şöbə müdiri hesab edir ki,  iqtisadiyyatın davamlı inkişafı üçün makroiqtisadi sabitliyin qorunması, vergi bazasının genişlənməsi, investisiya proqramlarının davamlı olması lazımsız yoxlamaların qarşısı alınmalıdır. Korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən  tədbirlərin əhəmiyyətini vurğuladı. O, prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə ilə bağlı apardığı islahatlardan danışdı. Sonra forum məruzələrlə davam etdi. ATƏT-in Bakı Ofisinin rəhbəri Bilge CankorelKorrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın rolu”, Avropa İttifaqının ölkəmizdəki səfiri Roland Kobia isəAvrointeqrasiya prosesində korrupsiyaya qarşı mübarizənin əhəmiyyətimövzularında çıxış etdilər.

 

 

Xalaq Cəbhəsi.- 2011.- 16 aprel.- S.10.