Turizm şirkətlərinin sayı azalır

  Gürcüstana və Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı isə artıb

 

Dünən Bakıda «Sərhədyanı turizmin inkişafı və perspektivləri» mövzusunda beynəlxalq konfrans işə başlayıb. APA-nın xəbərinə görə, iki gün davam edəcək konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya və Türkmənistanın turizm sektoru orqanlarının, turizm şirkətlərinin və Azərbaycan Turizm Universitetinin nümayəndələri, turizm üzrə ekspertlər və digər şəxslər iştirak edir. Konfransın keçirilməsində məqsəd region ölkələri arasında turizmin daha da inkişaf etdirilməsi ilə bağlı yeni layihələrin inkişaf etdirilməsi, uzaq xarici ölkələrdən turistlərin cəlb edilməsi üçün birgə turizm marşrutlarının yaradılması, alternativ turizm məhsullarının yaradılması və digər üsulların müzakirəsidir.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə rəisi Aydın İsmiyevin sözlərinə görə, bütün dünyada turizm mübadiləsinin böyük hissəsi qonşu ölkələrin payına düşür. Belə ki, Azərbaycana gələn turistlərin 50-55%-i ətraf xarici ölkələrdən – Rusiya, Türkiyə, İran Gürcüstan və s.-dən gəlir. Bu baxımdan regional turizmin inkişaf etdirilməsi Azərbaycan üçün çox vacibdir. Bundan başqa, statistika göstərir ki, uzaq ölkələrdən gələn turistlər gəldikləri regionda bir yox, bir neçə ölkəni gəzməkdə maraqlı olurlar: «Məsələn, əvvəl Azərbaycana gəlirlər, sonra Gürcüstana, sonra isə Türkiyəyə gedib, oradan öz vətənlərinə yola düşürlər. Buna görə də region ölkələri xarici turistlərin daha da aktiv cəlb olunması üçün birgə layihələrin reallaşdırılmasında maraqlıdırlar. Bu baxımdan belə regional marşrutlar çox aktualdır». Bu mövzuda tədbirin ilk dəfə keçirildiyini bildirən A.İsmiyevin sözlərinə görə, konfransda birgə əməkdaşlıq, o cümlədən orta turizm marşrutlarının tətbiqi, dünya turizm bazarına regional turizm məhsullarını təqdim etmək, qarşılıqlı turist mübadiləsi həyata keçirmək və s. müzakirə olunacaq.

Qeyd edək ki, konfransın nəticəsi olaraq Bakı bəyannaməsinin qəbulu nəzərdə tutulub. Sənəddə region ölkələri arasında turizm sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, birgə layihələrin reallaşdırılması, eləcə də İpək Yolu, Aleksandr Düma, Qafqaz turus. kimi beynəlxalq mədəni turizm marşrutlarının yaradılmasının vacibliyi qeyd olunub, region ölkələrinin bu tədbirləri dəstəkləyəcəyi bildirilib.

Cari ildə Azərbaycandan Gürcüstana gedən turistlərin sayında 30% artım qeydə alınıb. Bu barədə Gürcüstanın Milli Turizm Agentliyinin departament rəhbəri Rusudan Mamatsaşvili bildirib. Onun sözlərinə görə, təkcə bu ilin 11 ayında Azərbaycandan Gürcüstana 643 min turist səfər edib. O bildirib ki, Azərbaycanlı turistlərin Gürcüstana marağının əsas səbəbi xidmət hotel qiymətlərinin aşağı olması, burda çoxlu tədbirlərin konsertlərin keçirilməsidir: «Qiymətlər çox məqbuldur, üstəlik, bizim şirkətlər müxtəlif endirim kampaniyaları da keçirirlər. Nəticədə Gürcüstanın elitar yay qış kurortları Azərbaycanda çox populyardır».

Paralel olaraq Gürcüstandan Azərbaycana gələn turistlərin sayı artır, amma onların sayı əks istiqamətdə gedənlərin sayından xeyli azdır. R.Mamatsaşvilinin sözlərinə görə, gürcü turistləri Azərbaycana biznes məqsədilə həftə sonlarında istirahət etmək üçün gəlirlər.

Turizm sektorundakı rəqabət Azərbaycandakı turist şirkətlərinin sayının azalması ilə nəticələnəcək. Bu barədə Mədəniyyət Turizm Nazirliyinin şöbə rəisi Aydın İsmiyev bildirib. Onun sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanda turizm şirkətlərinin sayı 250-300-ə çatmışdı, indi isə bu rəqəm 200 ətrafındadır. A.İsmiyev turizm şirkətlərinin normal fəaliyyət göstərməsi üçün onların maddi imkanlarının böyük olmasını da vacib sayır: «Şirkətlərin öz turizm xidmətlərini reklam etməsi üçün vəsaitləri, avtobusları, təyyarələr icarə etmək s. imkanları olmalıdır».

Maraqlıdır ki, ölkəmizdən Türkiyəyə turist axını artır. Bu ilin yanvar-oktyabr aylarında Türkiyəyə 500 minə yaxın turist gedib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 24% artım deməkdir. Keçən ilin 10 ayında Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı 401 min nəfər olub. Bu ilin sonuna qədər bu rəqəmin 550 mindən çox olacağı gözlənilir. 2011-ci ilin 10 ayında (yanvar-oktyabr) Türkiyəyə gələn turist sayında keçən ilin eyni dönəminə görə 10,36% artım qeydə alınıb. Bu ilin 10 ayında Türkiyəyə gələn 28,665 milyon turistin 32,06%-i (10 milyon nəfər) Antalya, 24,11%-i (6,9 milyon) İstanbul, 10,65%-i (3 milyon nəfər) Muğla, 8,18%-i (2,3 milyon) Ədirnə, 4,44%-i (1,3 milyon) İzmir giriş qapılarından ölkəyə daxil olublar.

Bir sözlə, Azərbaycanda turizm xidmətləri hədsiz dərəcədə baha olduğundan azərbaycanlılar ölkə daxilində istirahətdən daha çox qonşu ölkələrəTürkiyə, Rusiya Gürcüstana getməyə üstünlük verirlər. Türkiyədə turizm sənayesi son 30 ildə çox böyük sürətlə inkişaf edib. Azərbaycan hökuməti arzulayır ki, 15-20 ilə Türkiyənin səviyyəsinə çatsın. Ancaq çətin ki, biz bu gedişlə Türkiyəyə çata bilək. Əslində bizi heç onlarla müqayisə etmək mümkün deyil. Çünki Türkiyədə dövlət büdcəsinin gəlirlərinin üçdə biri turizmin hesabına formalaşır. Doğrudan da son illər Azərbaycanda infrastrukturun yenidən qurulması, müasirləşdirilməsi turizmin inkişafına təkan verir. Lakin başlıca problem – turizm xidmətlərinin rəngarəngliyinin, səviyyəsinin yüksək olmaması qiymətlərin çox bahalığı həll olunmamış qalır.

Ölkədaxili qiymətlər fantastikdir. Azərbaycanın səfalı güşələrindəQəbələ, Quba, Qusar, Şamaxı, Qax s. bir günlük orta səviyyəli istirahət 100 manata başa gəlir. Bu hesabla ölkəmizdə bir həftəlik istirahət 800-1000 dollardır. Elə Rusiyadan Azərbaycana gələn turistlər burada qiymətlərin xərclərin yüksək olmasından gileylənirlər. Hətta Azərbaycan vətəndaşları üçün ölkə daxilində istirahətdən xarici turlar daha əlverişlidir. Təsadüfü deyil ki, Azərbaycan özü müalicəvi turizm məkanları (mineral sularla bol) ilə zəngin olsa da, insanlar Rusiya kurortlarına üz tuturlar. 500 dollara yol pulu da daxil Rusiyada iki-üç həftə həm istirahət etmək, həm müalicə almaq mümkündür. Bütün bunları nəzərə alsaq, hətta hökumət yerli turistləri əlverişli qiymətlər yüksək xidmət hesabına ölkə daxilində saxlaya bilsə, birinci mərhələdə bu, çox böyük uğur olardı.

 

Tərlan

Xalq Cəbhəsi.- 2011.- 10 dekabr.- S.12.